«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
3,6 milyona hazırlanan Cəbrayıl şəhərinin baş planı müzakirələrə səbəb oldu - VİDEO

Tarix: 25-01-2024 19:41 | Bölmə: Ölkə | Baxış: 112



İşğaldan azad olunan Cəbrayıl şəhərində tikilən yaşayış binalarının vizual görüntüsü sosial şəbəkələrdə insanlar tərəfindən narazılıqla qarşılanıb.

Tikilən hündürmərtəbəli binaların bir-birinə yaxın və nizamsız şəkildə inşa olunması sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunur.



Məlumat üçün bildirək ki, Cəbrayıl şəhərinin baş planını  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Britaniyanın “Chapman Taylor LLP” şirkəti hazırlayıb.

Komitə baş planının hazırlanması üçün “Chapman Taylor” şirkətinə 3 milyon 644 min 888 manat 89 qəpik ödəyib.

Onu da bildirək ki, “Chapman Taylor LLP” Şuşa şəhərinin də baş planının hazırlayıb.

Qeyd edək ki, “Chapman Taylor LLP” şirkəti 1959-cu ildə İngiltərədə qurulub. Avropa, Asiya və Yaxın Şərqdə memarlıq və dizayn sahəsində bir çox layihələrə imza atıb.

Şirkətin ilk layihəsi London Polis İdarəsi (“New Scotland Yard”) olub. 

Onu da bildirək ki, “Chapman Taylor” daha əvvəl Azərabyacanda bir sıra layihələrə imza atıb.

Bakının ən böyük ticarət və əyləncə mərkəzlərini “Chapman Taylor” layihələndirib. Dənizkənarı Bulvarda yerləşən “Dəniz Mall” ticarət mərkəzi 2007-ci ildə “Paşa İnşaat” şirkətinin sifarişi əsasında “Chapman Taylor” şirkəti tərəfindən dizayn olunub. 

“Dəniz Mall” “Chapman Taylor”un Bakıda dizayn etdiyi yeganə tikili deyil. “Chapman Taylor” daha əvvəl də “Paşa İnşaat” şirkətinin sifarişi əsasında Bakıda “Port Baku Tover” adlı iş mərkəzi və “Gənclik Mall” adlı ticarət və əyləncə mərkəzini layihələndirib.

Xatıraldaq ki, hazırda Cəbrayıl şəhərində 7,87 hektar ərazidə “MİDA” MMC-nin sifarişi əsasında aşağıdakı şirkətlər tərəfindən yaşayış binaları inşa olunur:

- 1, 2, 3, 4 və 5 nömrəli binalar – “T.T.Ş İnşaat” MMC – 9 milyon 886 min manat;

- 6, 7, 8, 9 və 10 nömrəli binlar – “Perlit” MMC və “Kirs” Firması – 11 milyon 999 min 948 manat 83 qəpik;

- 11, 12, 13, 14, 15 və 16 nömrəli binalar – “Körpü-Bina-Tikinti” MMC – 9 milyon 538 min 857 manat 73 qəpik;

- 17, 18, 19, 20, 21 və 22 nömrəli binlar - “Körpü-Bina-Tikinti” MMC – 10 milyon 745 min 445 manat 77 qəpik;

- 23, 24, 25, 26, 27, 28 və 29 nömrəli binalar – “Hovers Hroup” MMC – 13 milyon 490 min 812 manat 68 qəpik;

- 30, 31, 32 və 33 nömrəli binlar – “Yar İnşaat Təmir-Tikinti” MMC və “Merkuri İnşaat” MMC konsorsiumu – 7 milyon 390 min 867 manat 93 qəpik./yeniavaz


Elnur Əli


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024