RUSİYA ELİTASI MƏDDAHLIQ YARIŞINA ÇIXIB - “Putinin sağlamlığı Rusiyanın sağlamlığıdır”
Rusiya artıq idarəçilikdəki avtoritarizm və totalitarizm elementlərinə görə artıq Yaxın Şərq və Afrika ölkələrini də geridə qoymağa başlayıb.
Xüsusilə də Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan sonra ölkədə yaradılan qapalı mühit təkcə qorxu və repressiyalarla deyil, həm də bu cür ölkələr üçün xarakterik olan aşırı məddahlıq və yaltaqlıqla müşayiət olunmaqdadır...
Rusiya mətbuatı xəbər verir ki, Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko Sankt-Peterburqda "Leninqrad" atom buzqıran gəmisinin təməlqoyma mərasimində Vladimir Putinə sağlamlığı ilə bağlı “jest edib”.
Bu hadisə müstəqil mətbuatda və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Belə ki, Kremlin məddah jurnalistlərindən olan Pavel Zarubin tədbir zamanı Matvienkonun Putinlə ayaqüstü dialoquna diqqət yetirib və bundan sonra tələsik spikerə yaxınlaşaraq, soruşub: “Siz Prezidentlə zarafat etdiniz. Nə ilə bağlı zarafat edirdiniz?”
Matvienko cavabında deyib: “Mən dedim ki, Vladimir Vladimiroviç, mən sizə əlcək hədiyyə edəcəm. Küçədə əlcəksiz çox soyuqdur. Həm də papaqsız... Prezidenti qorumaq lazımdır. Onun sağlamlığı bizim ölkəmizin sağlamlığıdır...”
Putinə yüksək ranqlı məmurlar və siyasətçilər tərəfindən ictimaiyyət qarşısında açıq məddahlıq edilməsi halları artıq Rusiyada adi hal alıb.
Vəziyyət o yerə çatıb ki, özlərini müxalifət adlandıran partiyaların liderləri də “yaltaqlıq yarışı”na qoşulublar.
Məsələn, bir zamanlar Rusiyada “ana müxalifət” hesab edilən, az qala Yeltsin hakimiyyətini devirmək üzrə olan, özünü SSRİ Kommunist Partiyasının varisi kimi qələmə verən Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyuqanov da Matvienkodan qətiyyən geri qalmır.
Ötən ayın sonlarında Dumadakı fraksiya liderlərinin Putinlə görüşündə Zyuqanov üzünü Kreml sahibinə tutaraq, deyib: “Bağışlayın, sizi papaqsız açıq havaya buraxan adamı döyərdim!
Çöldə 15 dərəcə şaxta var! Sağlam Ali Baş Komandan millətin sağlamlığı deməkdir. Bu, qəti şəkildə qəbuledilməzdir!”
Bütün bunlar Azərbaycanda məşhur olan bir lətifə-dialoqu xatırladır: “Müdir, sizdən bərk incimişəm! Niyə? Ona görə ki, son vaxtlar özünüzə heç fikir vermirsiniz...”
Bəli, tarixə dostoyevskilər, çexovlar, mendeleyevlər, brodskilər, çaykovskilər və digər dahi şəxsiyyətlər qazandırmış Rusiyanın müasir halı bundan ibarətdir.
Hazırda Rusiya tarixi öz səhifələrinə yalnız haqsız müharibələr, hərbi cinayətlər, qətliamlar, işğalçılıq və bu cür məddahlıq, yaltaqlıq nümunələrini həkk etdirir...
Haqsız, işğalçı müharibə zatən imperializmə, diktaturaya, çar idarəetmə üsuluna meylli olan və bütün bunları öz geninə hopdurmuş Rusiya cəmiyyətini daha da dərin deqradasiyaya uğradıb. Onun bu vəziyyətdən çıxmaq ümidi və ehtimalı isə olduqca zəifdir...
Yeri gəlmişkən, Motvienkonun bu ikrah doğuran məddahlığına – “Putinin sağlamlığı Rusiyanın sağlamlığıdır” fikrinə tanınmış rusiyalı jurnalist və publisist, Rusiya Jurnalistlər İttifaqının keçmiş sədri, Dövlət Dumasının sabiq deputatı İqor Yakovenko bu cür şərh verib:
“Bu, çox iyrəncdir. Əslində, burada hər şey əksinədir. Putin nə qədər sağlamdırsa, Rusiya o qədər xəstədir...”
Cəlal Məmmədov
Digər xəbərlər
Tarix: 28-01-2024 10:45 | Bölmə: Ölkə / Aktual / Sosium | Baxış: 132

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024