«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Gənc fəalın şikayətini Suraxanı Məhkəməsi rədd, Apellyasiya Məhkəməsi təmin edib

Tarix: 29-01-2024 21:20 | Bölmə: Ölkə | Baxış: 123
Apellyasiya Məhkəməsi Möhyəddin Orucovun şikayətini təmin edib

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan ictimai fəal Möhyəddin Orucovun ailə üzvləri ilə telefon danışığı və görüşlərinin qadağan edilməsindən verdiyi şikayətə baxılıb. 

Orucov dekabrın 13-də saxlanılıb, lakin ailəsinə bu barədə məlumat verilməyib. İki gün sonra onun barəsində narkotik ittihamı ilə həbs qətimkan tədbiri seçilib. Ailə üzvləri yalnız məhkəmə təhqiqatı günü fəal haqqında məlumat almağa müvəffəq olub.  

Məhkəmənin qərarından sonra o, Şüvəlan qəsəbəsində 3 saylı İstintaq Təcridxanasına yerləşdirilib, burada qanunvericiliyin tələblərinə zidd olaraq ona ailə üzvlərinə saxlanıldığı yer haqqında məlumat verməsinə icazə verilməyib. 

Dekabrın 19-da müstəntiq Orucovun ailə üzvləri ilə telefon danışıqlarını və görüşlərini qadağan edib. Müdafiə tərəfi bu qərardan Suraxanı Rayon Məhkəməsinə şikayət verib. Lakin şikayət təmin edilməyib və bu qərardan apellyasiya şikayəti verilib.

Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və Orucovun ailə üzvləri ilə telefon danışığı və görüş hüquqlarının bərpa edilməsi haqqında qərar verib.

Orucovun səhhəti və saxlanma şəraiti ilə bağlı şikayəti var. O, böyrək xəstəliyindən əziyyət çəkir. Bundan başqa o, Şüvəlan İstintaq Təcridxanasında 19 digər məhbusla birlikdə saxlanılır, baxmayaraq ki, kamera 10 nəfərlikdir.

Orucov son bir ayda həbs olunan 12 fəal və jurnalistdən biridir. Avropa İttifaqı və ABŞ Dövlət Departamenti də daxil olmaqla, beynəlxalq qurumlar Azərbaycan hakimiyyətini onu azad etməyə çağırıb./turan

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024