SABUNÇU MƏHKƏMƏSİNDƏ GÖRÜNMƏMİŞ ETİRAZ - Hakim “Sea Breeze” işində hökm oxumadı, ara qarışdı
Sabunçu Rayon Məhkəməsində etiraz aksiyası keçiririlib.
Bu gün "Sea Breeze" işində hakim Mirheydər Zeynalov son qərarını açıqlamalı idi. Lakin 14.15-ə təyin olunmuş proses qəfildən təxirə salınıb. Məhkəmə iclas katibi iş üzrə müttəhimlərin yaxınlarına bildirib ki, hakimin təzyiqi qalxdığından proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Müttəhimlərin yaxınları isə bu izahatla razılaşmayıb, məhkəmə zalını tərk etməkdən imtina ediblər.
Bildiriblər ki, övladları günahsız olduqları halda mühakimə olunur, cinayətin əsas təşkilatçısı Elnur Leysan oğlu Məmmədov azadlıqda gəzir.
Belə bir halda iş üzrə 27 məhkəmə prosesi keçirilib, amma bir daha müttəhim kürsüsündə əyləşdirilən övladlarının günahsızlığı üzə çıxıb. Buna baxmayaraq, övladları həbsdə saxlanılır. Məhkəmə zalında olan müttəhimlərin 30-a yaxın qohumları hesab edirlər ki, proses sifarişli şəkildə uzadılır.
Yada salaq ki, müttəhimlər kürsüsünə Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və məktəbli M.Ə çıxarılıblar.
Zərərçəkən kimi isə Elnur Leysan oğlu Məmmədov və Cavad Muradov tanınıblar. Bu ilin yayında baş verən hadisədən dərhal sonra Elnur Məmmədovun təşəbbüsü ilə Elmir İsmayılov və digər şəxslərlə görüş keçirilib. Həmin görüşdə Elnur Məmmədov baş verənlərə görə hər kəsdən, özəlliklə Elmir İsmayılovdan üzr istəyib, barışıblar.
Elnur Məmmədov Elmir İsmayılova deyib ki, içkili vəziyyətdə əzdiyi maşınını da düzəltdirəcək. Növbəti gün isə Elnur Məmmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb və bu gün müttəhimlər kürsüsünə çıxarılan şəxslərlə yanaşı, Elnur Məmmədovun dostu Cavad Muradov da saxlanılıb. “Sea Breeze”də dava saldığını məhkəmədə belə gizlətməyən Elnur Məmmədov isə həbs olunmayıb, azadlıqda gəzir.
Hadisənin təfərrüatına gəlincə, Elnur Məmmədov qohumu Vüqar Tağıyev və dostu Cavad Muradovla “Sea Breeze”də restoranda əyləşiblər. Vüqar Tağıyev qonşu masada olan Elmir İsmayılovu əvvəldən tanıdığından onu özünün olduğu masaya dəvət edib. Vüqar Tağıyevin dəvətini qəbul edən Elmir İsmayılov masaya yaxınlaşıb, süfrə ətrafında olanlarla salamlaşıb.
Elnur Məmmədov onun salamına nalayiq söyüşlər işlətməklə cavab verib. Elmir İsmayılov Elnur Məmmədovun içkili olduğunu başa düşdüyündən ona baş qoşmayıb. Vüqar Tağıyev də Elnur Məmmədovun içkili olduğunu, hərəkətlərinə, danışığına nəzarət edə bilmədiyini deməklə Elmir İsmayılovdan üzr istəyib. Bir müddət sonra Elmir İsmayılov restorandan çıxıb.
Buna baxmayaraq, Elnur Məmmədov Elmir İsmayılovu təqib edərək söyüşlərini davam etdirib. Sərxoş halda olan Elnur Məmmədov mübahisə zamanı Elmir İsmayılovu gözdən itirib və onu axtararkən qarşısına çıxanlarla da mübahisə etməyə, onlara da yumruq, təpik atmağa başlayıb. Onun bu hərəkətləri “Sea Breeze”dəki nəzarət kameralarına da düşüb və mətbuatda da yayılıb.
Mübahisə sakitləşəndən sonra Elmir İsmayılov dayanacağa gedərək özünə məxsus avtomobilə əyləşib və ayıq sürücü maşını dayanacağın çıxışına tərəf sürüb. Həmin vaxt restoranın dayanacağında sıxlıq olduğundan bir qədər ərazidə ləngiyib.
Bu zaman Elnur Məmmədov Elmir İsmayılovun maşınının qarşısını kəsib, ərazidən uzaqlaşmağa çalışan Elmir İsmayılovu avtomobildən düşürüb, ona xəsarət yetirib. Elmir İsmayılovun avtomobilinə də zərbələr vurmaqla yarasız hala salıb.
Mübahisənin səhəri gün Elnur Məmmədov spirtli içkinin təsirindən ayılıb və dostu Cavad Muradovla birgə tərəflər görüşüb, barışıblar.
Birinci cinayət işində Elnur Məmmədov tərəfindən təhqir edilən, xəsarət yetirilən, avtomobili əzilən Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Sumqayıt məktəblərindən birinin 10-cü sinif şagirdi M.Ə təqsirləndirilən şəxs, davanın səbəbkarı Elnur Leysan oğlu Məmmədov və dostu Cavad Vahid oğlu Muradov zərərçəkən kimi tanınıblar.
İkinci cinayət işində isə Elnur Məmmədovun dostu Cavad Muradov və Şamxal Məmmədov təqsirləndirilən şəxslər, Elmir İsmayılov, onun qardaşı Elgün İsmayılov, Peyman Vəlizadə və Məhəmməd Həsənzadə zərərçəkəndirlər.
İstintaqda olması iddia edilən üçüncü cinayət işində isə Elnur Leysan oğlu Məmmədov və hazırda axtarışda olan digər şəxslər təqsirləndirilən statusundadırlar. Bu işlə bağlı hər hansı bir rəsmi məlumat, açıqlama, arayış yoxdur.
3-cü cinayət işin olması yalnız şifahi məlumatlara əsaslanır. Elnur Məmmədovun barəsindəki cinayət dosyesi isə hələ ki, məhkəməyə göndərilməyib. O, zərərçəkən kimi tanındığı iş üzrə keçirilən 26 məhkəmə prosesindən 3-nə qatılıb. Hər dəfə məhkəməyə qardaşına məxsus “TT Fight Club”da məşq edən 15 nəfərə yaxın idmançının əhatəsində gəlib.
Elnur Məmmədov məhkəmədə də “Sea Breeze”dəki qalmaqallı hərəkətlərini inkar etməyib. Hakimin “o videoda sizi görmürük” sualına Elnur Məmmədov “Necə mən yoxam?! Hamını vuran o köynəksiz mənəm dəə” cavabını verib.
Yanvarın 31-də hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilmiş prosesdə iş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli M. Ə.-nin vəkilləri müdafiə nitqi ilə çıxış etmişdilər.
Onlar müdafiə etdikləri şəxslərin təqsirsiz olduqlarını, barələrindəki cinayət işinin əsassız və qanunsuz olduğunu vurğulayıblar. Bildiriblər ki, ittiham aktı sübutlar, şahid ifafələri, təqsirləndirilən şəxslərin telefon anten məlumatları ilə məhkəmə araşdırması zamanı tamamilə təkzib olunub. Vəkillər müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər. Bundan sonra müttəhimlər məhkəmədə son söz deyiblər.
Elmir İsmayılov bildirib ki, o, özünü ittiham üzrə günahkar saymır: “Bu iş ilk gündən qərəzli aparılıb. Mənim və burada bərabər olduğum şəxslərin heç bir günahı yoxdur.
Hamı, siz də möhtərəm hakim bilirsiniz ki, “Sea Breeze”də davanı salan da, bu gün kənarda qalan da Elnur Məmmədov olub. Biz isə günahımız olmaya-olmaya 8 aydır ki, həbsdəyik. Sizdən ədalətli hökm çıxarılmasını, bizə bəraət vermənizi xahiş edirəm”.
Peyman Vəlizadə də barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi: “Hörmətli hakim, biz “Sea Breeze”də dava olanda orada olmamışıq. Saatlar sonra ora gəlmişik. Bu, məhkəmədə də təsdiqləndi. 8-9 aydır ki, həbsdəyik, ailəmizdən kənardayıq. Buraxın, gedək işimizlə məşğul olaq. Xahiş edirəm ki, bizə bəraət verəsiniz”.
Məhəmməd Həsənzadə son sözündə hakimin dövlət adından çıxaracağı hökmün ədalətli olacağına inandığını dedi: “Möhtərəm hakim, burada günahsızlığım tam aydın oldu.
Ona görə də gələcək fəaliyyət istiqamətlərimi dilə gətirirəm. İstəyirəm ki, həm möhtərəm hakim, həm də prokuror 22 yaşlı gənc həmvətənlərinin gələcəyinə biganə qalmasın. Artıq 7 aydan çoxdur ki, həbsdəyəm. Buna görə təhsilim yarımçıq qalıb.
Arzum budur ki, iş üzrə mənə bəraət verəsiniz və mən Dövlət İqtisad Universitetinin son kursunu bitirim, hərbi xidmətə gedərək Vətənə olan borcumu ödəyim. Sizdən xahiş edirəm ki, mənə əsassız cəza təyin edərək Vətənə xidmət arzumu gözümdə qoymayın. Çox xahiş edirəm, dövlətimiz adından bəraət hökmü çıxarın.
Əmin olun ki, mən aldığım tərbiyə ilə dövlətimizə və vətənimizə o qədər bağlıyam ki, əgər bəraət haqqım olmasaydı, günahım olsaydı, günahımı səmimi etiraf edərək barəmdə humanist qərar verilməsini xahiş edərdim. Lakin bu iş üzrə gedişatdan da göründüyü kimi mənim hər hansı bir günahım yoxdur.
Xahiş edirəm ki, bizə ədalətli zəfər bəxş edin. Necə ki, 2-ci Qarabağ savaşında Ali Baş Komandan bizlərə ədalətli zəfər bəxş etdi”.
M.Ə də hakimdən xahiş etdi ki, onun məktəbli olmasını, məktəbi bitirib ali məktəbə daxil olmaq arzusunu, günahsızlığını nəzərə alıb barəsində bəraət hökmü çıxarılsın. Bundan sonra proses fevralın 6-na qədər təxirə salınmışdı. Hakim hökmü elan edəcəyini də açıqlamışdı...
Qeyd edək ki, Elnur Məmmədov oliqarx Leysan Məmmədovun oğludur. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan Obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Minatəmizləmə Agentliyində Aparat rəhbəri kimi davam edib.
Elnur Məmmədov Leysan Məmmədovun üç övladından biridir. Elnur Məmmədovun qardaşı prokurorluq orqanlarında məsul vəzifədə çalışır, “Sea Breeze”dəki davanın əsas fiqurantı Elnur isə Vergilər Xidmətinin inspektoru olub.
Digər xəbərlər
Tarix: 06-02-2024 19:40 | Bölmə: Ölkə / Araşdırma | Baxış: 117

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024