Naxçıvanski HƏRBİ LİSEYİNDƏ MİLYONLAR NECƏ TALANIB?- “Başımın altında ilan saxlayırammış...”
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 2015-2020-ci illərdə 3 milyon 450 min manatlıq yeyinti aşkarlanıb. Bunu liseyin maliyyə xidmətinin keçmiş rəisi, indi Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzinin müəllimi Səbuhi Məmmədli deyib.
Press-fakt.com “azadliq.org”a istinadla xəbər verir ki, o, Müdafiə Nazirliyi sistemində 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə məhkəmədə dindirilib.
Bu cinayət işiylə əlaqədar ayrı-ayrılıqla bir neçə məhkəmə araşdırması gedir. S.Məmmədli, nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov da daxil, 4 nəfərin məhkəməsində dindirilib.
Bu məhkəmədə generalla birgə daha 3 nəfər - Hərbi Hava Qüvvələri maliyyə xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin keçmiş rəisi Bayram Bayramov və bu idarənin zabiti Vüsal Əlizadə mühakimə olunur. İşə Bakı Hərbi Məhkəməsində baxılır.
Şahid kimi dindirilən mayor S.Məmmədli liseylə yanaşı, 2 hərbi hissədə maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb. Onun sözlərinə görə, bu qurumlarda toplam 4 milyon manata yaxın yeyinti üzə çıxıb. Bunun 3,5 milyonu hərbi liseydə olub.
S. Məmmədli məhkəmədə deyib ki, Naxçıvanski adına Hərbi Liseydə bütövlükdə mövcud olmayan 57 nəfərin adına bank kartları açdırmışdılar.
Həmin kartlara pullar köçürülür, oradan çıxarılıb mənimsənilirdi: “Şəxsiyyət vəsiqəsinin nömrəsi kimi özümüzdən rəqəmlər yazırdıq. Onu banka təqdim edib, oradan kartlar alırdıq. Nə elə vəsiqə nömrələri vardı, nə də elə adamlar. Özümüzdən adlar və rəqəmlər uydururduq”.
S.Məmmədlinin sözlərinə görə, rəqəmlərin şişirdilməsi nəticəsində mənimsənilən vəsaitlərin 90 faizi nazirliyin Maliyyə İdarəsindən göndərilən təftişə verilirdi: “Təftişə Rövşən Əliyev gəlmişdi. Ona 690 min manat verdim.
Sonradan Rəfael Xəlilov (Maliyyə və Büdcə İdarəsi təftiş şöbəsinin rəisi-red.) məndən daha 10 min istədi. Məlum oldu ki, 700 min verilməliymiş, 690 min olub. Bu 10 mini də ona görə istəyir.
Ondan əvvəl yoxlamaya Sadıq Sadıqov gəlmişdi. Ona 600 min manat verilmişdi. Sonradan məlum oldu ki, o, həmin pulu idarəyə çatdırmayıb”.
S. Məmmədli deyir ki, yeyintidən 10 faiz də özünə çatıb. İstintaq dövründə müəyyənləşdirilib ki, ona çatan məbləğ 399 min manatdır və bunun 20 min manatını geri ödəyib.
Vaxtilə təftişçi kimi müxtəlif hərbi qurumlarda yoxlama aparan Mirseyid Eyvazov da məhkəmədə dindirilib. O, şöbə rəisi Rəfael Xəlilovla birgə müxtəlif hərbi hissələrə gedib, təftiş apardıqlarını söyləyib.
Sonradan Hərbi Polis İdarəsinin maliyyə xidmətində çalışan M.Eyvazov yeyintilərdən ona da 600 min manat çatdığını etiraf edib. Müdafiə Nazirliyi sistemindəki yeyintilərlə bağlı cinayət işi başladılandan sonra bunun 400 min manatını dövlətə geri qaytardığını bildirib.
Təqsirləndirilən şəxslərdən polkovnik Cəlal Kazımov mövcud olmayan adamların adlarına bank kartları açılması və ora köçürülən pulların çıxarılıb mənimsənilməsi haqda şahid S.Məmmədlinin dedikləriylə razılaşmayaraq, bunu “nağıl” adlandırıb.
O, bankda hesab və ya kart açdırmaq üçün mütləq şəxsiyyət vəsiqələrinin təqdim olunduğunu deyib. C.Kazımov daha öncəki məhkəmə iclaslarında da bu barədə danışıb.
Onun sözlərinə görə, əvvəllər hərbçilər üçün hərbi bilet vasitəsilə kart almaq olurdu, amma Zakir Həsənovun rəhbərliyi dövründə durum dəyişib: “Ondan sonra şəxsiyyət vəsiqəsi sisteminə keçdik”.
Təqsirləndirilən general və polkovniklərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələrilə ittihamlar verilib. Bu maddələrlə 14 ilədək həbs cəzası nəzərdə tutulub.
General N.Məmmədov məhkəmədə bildirib ki, rəhbərlik etdiyi Maliyyə və Büdcə İdarəsində təftiş, yoxlama işləri ilə şöbə rəisi Rəfael Xəlilov məşğul olurdu: “Mən ona inanmışam, başqa adamlarla heç nəyi dəqiqləşdirməyə ehtiyac duymamışam. Sən demə, başımın altında ilan saxlayırammış...”
R.Xəlilov da 143 milyon manatlıq yeyintiyə görə cinayət işində həbs edilənlər arasında idi. Ancaq istintaq dövrü üçün onun haqqında seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatdığından, azadlığa buraxılıb. Buna baxmayaraq, o hələ də təqsirləndirilən şəxsdir.
Digər xəbərlər
Tarix: 13-02-2024 14:45 | Bölmə: Ölkə / Araşdırma | Baxış: 117

Müxtəlif hərbi hissələrdə maliyyə xidmətinin rəisi olmuş Vüsal Məmmədli də o qurumlardakı yeyintilərdən danışıb. Onun sözlərinə görə, işlədiyi üç hərbi hissədə istintaq toplam 1,5 milyon manata yaxın yeyinti üzə çıxarıb (birində 657 min, 2-cisində 214 min, 3-cüsündə isə 500 min manat).
Bu pulların təxminən 600 min manatı özünə çatıb və bunun da 220 min manatını qaytarıb. Bu şahid də mənimsənilən pulların bir bölümünün təftiş və yoxlamaya gələnlərə verildiyini vurğulayıb.
Vaxtilə təftişçi kimi müxtəlif hərbi qurumlarda yoxlama aparan Mirseyid Eyvazov da məhkəmədə dindirilib. O, şöbə rəisi Rəfael Xəlilovla birgə müxtəlif hərbi hissələrə gedib, təftiş apardıqlarını söyləyib.
Sonradan Hərbi Polis İdarəsinin maliyyə xidmətində çalışan M.Eyvazov yeyintilərdən ona da 600 min manat çatdığını etiraf edib. Müdafiə Nazirliyi sistemindəki yeyintilərlə bağlı cinayət işi başladılandan sonra bunun 400 min manatını dövlətə geri qaytardığını bildirib.
Təqsirləndirilən şəxslərdən polkovnik Cəlal Kazımov mövcud olmayan adamların adlarına bank kartları açılması və ora köçürülən pulların çıxarılıb mənimsənilməsi haqda şahid S.Məmmədlinin dedikləriylə razılaşmayaraq, bunu “nağıl” adlandırıb.
O, bankda hesab və ya kart açdırmaq üçün mütləq şəxsiyyət vəsiqələrinin təqdim olunduğunu deyib. C.Kazımov daha öncəki məhkəmə iclaslarında da bu barədə danışıb.
Onun sözlərinə görə, əvvəllər hərbçilər üçün hərbi bilet vasitəsilə kart almaq olurdu, amma Zakir Həsənovun rəhbərliyi dövründə durum dəyişib: “Ondan sonra şəxsiyyət vəsiqəsi sisteminə keçdik”.
Təqsirləndirilən general və polkovniklərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələrilə ittihamlar verilib. Bu maddələrlə 14 ilədək həbs cəzası nəzərdə tutulub.
General N.Məmmədov məhkəmədə bildirib ki, rəhbərlik etdiyi Maliyyə və Büdcə İdarəsində təftiş, yoxlama işləri ilə şöbə rəisi Rəfael Xəlilov məşğul olurdu: “Mən ona inanmışam, başqa adamlarla heç nəyi dəqiqləşdirməyə ehtiyac duymamışam. Sən demə, başımın altında ilan saxlayırammış...”
R.Xəlilov da 143 milyon manatlıq yeyintiyə görə cinayət işində həbs edilənlər arasında idi. Ancaq istintaq dövrü üçün onun haqqında seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatdığından, azadlığa buraxılıb. Buna baxmayaraq, o hələ də təqsirləndirilən şəxsdir.
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024