«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Kriminal aləmdə SOCAR-ın VİTSE-PREZİDENT VƏZİFƏSİNİN QİYMƏTİ - Dələduz Aidə Seyfullayeva kimdir?..

Tarix: 14-02-2024 17:00 | Bölmə: Ölkə / Araşdırma / Kriminal | Baxış: 284


Bakı Ağır Cinayətlər Məhkəməsində iştirakçıları öz cinayət əməlləri ilə Azərbaycan siyasi elitasındakı əxlaqı səciyyələndirən cinayət prosesi başa çatıb.

Proses 1 oktyabr 2023-cü il tarixində başlamışdı.

Hakim Azər Tağıyev dələduzluq yolu ilə vətəndaşlardan külli miqdarda pul almaqda ittiham olunan Aidə Seyfullayevanın 7 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.

Seyfullayeva “Azneft” İB-nin Nərimanov adına Neft-Qaz İdarəsinin rəisi Qoçəli Mahmudova oğlu Tosif Mahmudovu 150 min manata SOCAR dövlət şirkətinin vitse-prezidenti vəzifəsinə düzəltməyi vəd edib.

O, 89.200 manatı alıb, qalan məbləği Tosif Mahmudov vəd olunan vəzifəyə təsdiq edildikdən sonra almalı idi.

Xətai Rayon Məhkəməsində icraatda olan digər bir məhkəmə prosesinə görə, Abdullayeva üç vətəndaşı aldadaraq, 4,500, 7,500 və 10,000 manat məbləğində pul alıb.

Seyfullayeva barəsində 13 dəfə axtarış elan olunub, lakin naməlum səbəblərdən qərar yerinə yetirilməyib. 2018-ci ildə o, dələduzluğa görə mühakimə olunub. Himayəsində azyaşlı oğlu var.

Bakı Ağır Cinayətlər Məhkəməsindəki proses haqqında məlumat verən criminal.az saytının redaktoru Anar Məmmədov hesab edir ki, Seyfullayeva vaxtında saxlanılsa idi, yeni cinayətlər törətməzdi.

Elbrus Ərud (Seyfullayev)

A.Məmmədovun verdiyi məlumata görə, Qoçəli Mahmudov SOCAR prezidentinin müşaviri Daşqın İsgəndərovun yaxın qohumudur. Həbs olunan Seyfullayeva isə Qafqazinfo.az saytının təsisçisi və baş redaktoru (şəkildə) Elbrus Ərudun (Seyfullayevin) doğma bacısıdır./Turan

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024