SABİQ MƏMUR YAŞILLIĞI MƏHV EDİB BİZNESİNİ GENİŞLƏNDİRİR - İcra Hakimiyyəti göz yumur /FOTOLAR
Dövlət Neft Şirkətinin (SOCAR) sosial məsələlər üzrə sabiq vitse-prezidenti Bədəl Bədəlovun şəxsi maraqlara xidmət edən fəaliyyəti mediaya yaxşı məlumdur.
Vəzifədə olduğu müddətdə özünə topdağıtmaz səltənət yaradan Bədəl Bədəlovun adı mətbuatda tez-tez büdcə vəsaitini şəxsi maraqları üçün sərf edən məmurlar sırasında çəkilib.
Bədəl Bədəlovun təkcə Bakıda onlarla bahalı əmlakı, paytaxtın "Varovski” deyilən və "varlılar məhəlləsi" kimi tanınan ərazisində dəyəri milyonlarla ölçülən bir neçə villası, ticarət obyektləri barədə mediada çoxsaylı məqalələr yayımlanıb.
Aydındır ki, yoldaş Bədəlov sadalanan əmlakları əmək haqqı ilə əldə etməyib. Bədəl Bədəlovun müxtəlif şəxslərin adına olan çoxsaylı şirkətlərinin də olduğu bildirilir. Onun vəzifədən çıxarılacağı, hətta əməllərinə görə həbsə atılacağı real ehtimal kimi səsləndirilirdi.
Nəhayət, 2023-cü ildə B. Bədəlov yeni siyasi konfiqurasiya ilə uzlaşmayan məmur kimi vəzifəsindən uzaqlaşdırıldı.
Onun vəzifədən atılması mediada Prezident İlham Əliyevin siyasətinə zidd olaraq özfəaliyyətlə məşğul olan büdcə vəsaitini şəxsi maraqları üçün sərf edən daha bir məmur yola salındı” kimi başlıqlı yazılarla müşayiət olundu.
Lakin görünən odur ki, Bədəlov həbsdən qurtulmağını hələ də doğru- düzgün dəyərləndirə bilməyib.
Belə ki, o, bu gün də Bakıda öz şəxsi biznesini genişləndirməklə məşğuldur, lakin bunu leqal yolla deyil, başqalarına problem yaratmaq, qoçu dəstələri ilə özgəsinin əmlakına zərər vurmaq yolu ilə reallaşdırmağa çalışır.
Əldə etdiyimiz məlumata görə B.Bədəlov bir müddət əvvəl Nizami rayonu, Qara Qarayev prospektində yeni bir ticarət obyekti inşa etdirmək üçün torpaq sahəsi əldə edib.
Həmin ərazidə Bədəlovun adamları yaşıllığı məhv edib, ağacları kəsiblər. Bu azmış kimi, indi də həmin torpaq sahəsinin ərazisini qanunsuz şəkildə və zorakı üsullarla genişləndirməyə çalışır.
Bədəlovun qoçu dəstələri ətrafda başqalarına məxsus olan əmlaka zərər vurur , insanlara narahatlıq yaradırlar. Bunun səbəbini soruşduqda, açıq şəkildə “Bədəl müəllimdən tapşırıq almışıq” deyə, bildirirlər.
Maraqlıdır ki, bu qanunsuz davranışlara Nizami rayonu İcra Hakimiyyəti də göz yumur. İcra Hakimiyyətinin təmsilçiləri isə “korluğu” və “ karlığı” belə izah edirlər: “ Yuxarıdan göstəriş belədir”.
Lakin “yuxarı” deyilərkən konkret olaraq kimlərin nəzərdə tutulduğunu açıqlamırlar. Belə çıxır ki, məlum olmayan “yuxarılar” Nizami rayonu İcra Hakimiyyətini qanunsuzluğa sövq edir, özgəsinin əmlakına zərər vurmaq kimi cinayət əməlini dəstəkləməyi tapşırırlar. Hər halda İcra Hakimiyyətinin izahından bu qənaət hasil olur.
Bizim bildiyimiz bir həqiqət var ki, bu ölkədə sıravi vətəndaşın mülkiyyət hüququ ən ali səviyyədə qorunur! Bizim tanıdığımız bir “yuxarı” var ki, o da harın məmurun, özbaşınalıq edən sabiq məmurun deyil, vətəndaşın, sahibkarın, vergi ödəyicisinin yanındadır! Özü də bizim tanıdığımız “ yuxarı” hamıdan yuxarıdadır!
Gərəkdir ki, Nizami İcra Hakimiyyəti də bu həqiqəti dərk etsin! Onların “yuxarı” dediyi haradır? Kimdir? Bədəl Bədəlov hansı haqla Nizami rayonunda vətəndaşların əmlakına zərər vurur, əlavə ərazi zəbt etməyə çalışır ki, İcra Hakimiyyəti onun qarşısında acizlik nümayiş etdirir?
Bədəl Bədəlov kimi korrupsiyada ad çıxarmış sabiq məmurun Nizami İcra Hakimiyyəti üzərindəki hökmranlığı nəyə söykənir? Bütün bu suallara növbəti yazımızda cavab verəcəyik. Yəqin bundan sonra vurulmuş məmurun hələ də Bakıda, xüsusən Nizami rayonunda "at oynatmasından" “yuxarılar da” xəbər tutacaq…/missiya.az
Digər xəbərlər
Tarix: 15-02-2024 19:40 | Bölmə: Ölkə | Baxış: 128

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024