«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Doqquz illik həbsdən sonra bəraət: NƏ QƏDƏR TƏZMİNAT KƏSİLİB? - VİDEO

Tarix: 17-02-2024 15:35 | Bölmə: Ölkə / Olay | Baxış: 112


İki nəfərin qətlinə görə ömürlük məhkum edilərək doqquz il sonra bəraət alan Aydın Qəhrəmanovun təzminat tələbinə baxılıb.

Nəsimi Rayon Məhkəməsi iddianı qismən təmin edib.

Qəhrəmanov həbsdə keçirdiyi doqquz ilin maddi və mənəvi ziyanı üçün bir milyon manat tələb edib. İddiaya cavabdeh kimi Maliyyə Nazirliyi və Baş Prokurorluq tanınıb. 

Hakim Əfsanə Heydərova iddiaçı və cavabdeh tərəflərin çıxışlarını dinlədikdən sonra qərarı elan edib.

Qərara əsasən, Aydın Qəhrəmanova mənəvi ziyana görə 114 min manat təzminat kəsilib. Maddi ziyanla bağlı tələb isə rədd edilib.

İddiaçı qərardan narazı qalıb.

Qeyd edək ki, Aydın Qəhrəmanov birlikdə yaşadığı qadını və onun qardaşı qızını öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilib.

Doqquz il sonra - 2022-ci ilin sonunda Bakı Apellyasiya Məhkəməsi Qəhrəmanova bəraət verib.



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024