«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MN-də 1,5 MİLYON MANATLIQ MƏNİMSƏMƏ üzrə MƏHKƏMƏ BAŞLAYIR

Tarix: 26-02-2024 20:15 | Bölmə: Ölkə | Baxış: 109



Müdafiə Nazirliyinin bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi işləmiş Sadiq Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi olub.

Maliyyə Nazirliyinin apardığı yoxlamalar zamanı onun 1.5 milyon manat mənimsədiyi məlum olub.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib.

O bildirib ki, işlədiyi müddətdə maliyyə hesabatına köçürülən şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. S.Hacıyev qanunsuz tapşırıqları da işlədiyi hərbi hissənin tabe olduğu korpusun maliyyə şöbəsinin rəisindən aldığını deyib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024