«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Bəxtiyara cinayət işi Amerikanın AZƏRBAYCANLI POLİSƏ SANKSİYASINA GÖRƏ AÇILIB" - VİDEO

Tarix: 01-03-2024 19:10 | Bölmə: Ölkə / Araşdırma | Baxış: 162
Bəxtiyar Hacıyevə qarşı cinayət işi Amerikanın polis zabitinə qarşı sanksiyaları ilə əlaqədar açılıb

Martın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə prosesdə o, ifadə verməyə davam edib.

Hacıyev jurnalist Ülviyyə Alovlu ilə münaqişəsindən istifadə edilərək başlayan cinayət təqibinin siyasi motivli olduğunu bildirib.

Lakin bir müddət sonra iş bağlanıb və "ABŞ onun çağırışları əsasında azərbaycanlı polis zabitinə qarşı insan hüquqlarının pozulmasına görə sanksiyalar tətbiq etdikdən" (DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Kərim Əlimərdanov nəzərdə tutulur) dərhal sonra bərpa olunub.

Hacıyev deyib ki, 9 dekabr 2022-ci il tarixində ona qarşı ittiham irəli sürüldüyü zaman onun elektron poçtu və sosial şəbəkələrdəki hesabları, habelə mobil telefonunun yaddaşı sındırılıb.

Ona qarşı iqtisadi cinayətlərlə bağlı ittihamlar DİN-ə daxil olan anonim məktub əsasında saxtalaşdırılıb.

Bütün bunlar Ülviyyə Alovlunun dövlət orqanlarına müraciətlərindən, yalandan Hacıyevin xaricdən aldığı pul ilə dövlət çevrilişi hazırladığını iddia etməsindən sonra baş verib.

İstintaq orqanlarının Hacıyevin Gürcüstanda daşınmaz əmlakları və bank hesabları ilə bağlı sorğularına mənfi cavab verilib.

Hacıyev işinin siyasi motivli olmasının daha bir dəlili kimi fəal Rail Abbasovun həbsini göstərib. Abbasov Hacıyevin ictimai müdafiəsində fəal iştirak edib və buna görə təqibə məruz qalıb. Abbasov 2023-cü ilin sonlarında həbs edilib, lakin iyulda artıq onun avtomobilinə və mənzilinə həbs qoyulmuşdu.

Bununla iclas başa çatıb və növbəti iclas martın 15-nə təyin edilib.

Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində məhkəməyə qarşı hörmətsizlik (CM-in 221 və 289-cu maddələri ) ittihamı ilə saxlanılıb. Elə həmin ilin iyulunda ona qarşı CM-in 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Noyabrın 7-də Hacıyevə qarşı CM-in 213.1-ci (vergi, işsizliyə görə sığorta, icbari tibbi və sosial sığorta ödənişindən yayınma) maddəsi ilə ittiham irəli sürülüb.

Ona qarşı irəli sürülən bütün ittihamlar saxtadır. Bəxtiyar Hacıyev əmindir ki, həbsinin və ittihamların səbəbi hakimiyyəti tənqid etməsidir.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar./Turan




Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024