«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Rusiyada Navalnının adını çəkmək cinayətdir - 4 vilayətdə məhkəmə qərarı çıxarılıb

Tarix: 02-03-2024 13:55 | Bölmə: Ölkə | Baxış: 114



Rusiyanın ən azı dörd regionunun məhkəmələri müxalif siyasətçi Aleksey Navalnının adını ekstremist simvollarla eyniləşdirib. 

Bunu Rusiyanın “Birinci şöbə” hüquq-müdafiə təşkilatı bəyan edib.

Təşkilat qeyd edir ki, Ulyanovsk, Çelyabinsk, Krasnodar və Murmanskda Navalnının xatirə mitinqlərinin iştirakçılarına verilən inzibati xəta haqqında qərarlardan məlum olur ki, mərhum müxalifətçinin adından istifadə edilməsi cinayətə bərabər tutulur. 

Belə ki, Rusiya məhkəmələri etirazçıların plakatlarında Navalnının adının əks edildiyinə görə onlara inzibati həbslər verib.

Qeyd edək ki, Navalnının dəfn mərasimi ilə əlaqədar Rusiyanın 19 şəhərində 120-dən çox adam saxlanılıb.

Xatırladaq ki, fevralın 16-da Rusiya hakimiyyəti müxalifət lideri Aleksey Navalnının cəzaçəkmə koloniyasında öldüyü barədə məlumat yayıb. Kreml ölümün dəqiq səbəbini açıqlamayıb.

Uzun müddət koloniya rəhbərliyi Navalnının cəsədini anasına verməkdən imtina edib, onu şantaj edib və gizli dəfn mərasiminə razılıq verməsini tələb edib. Sonda cənazə yaxınlarına verilib.

Martın 1-də Navalnı Moskvada Borisov qəbiristanlığında dəfn edilib. On minlərlə rusiyalı siyasətçi ilə vidalaşmağa gəlib. Onlar “Müharibəyə yox” və “Putin qatildir” şüarları səsləndiriblər.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024