"PULU VERİRDİM, O DA İŞİ İNSPEKSİYANIN RƏİSİ İLƏ HƏLL EDİRDİ"- "Onlar da birbaşa nazirə tabedir..."
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesə şahid qismində Fəraim Sərkərov çağırılıb.
Hakim bildirib ki, bu cinayət işi üzrə Fəraim Sərkərov təqsirləndirilən şəxs qismində cəlb edilib və daha sonra onun işi ayrıca icraata verilib.
Qeyd olunub ki, bu səbəbdən onun dindirilməsi şahid kimi yox, təqsirləndirilən şəxs kimi alınmalıdır. Fəraim Sərkərov qeyd edib ki, 2010-cu ildən Müdafiə Nazirliyində zabit kimi çalışmağa başlayıb:
"3-cü ordu korpusunda, Zirədə yerləşən Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində maliyyə xidməti rəisinin köməkçisi işləmişəm.
2018-ci ildən 2022-ci ilin fevralına qədər Müdafiə Nazirliyinin Ağcabədidə yerləşən N saylı hərbi hissəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışmışam.
2022-ci ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatda saxlanılmışam. 8 ay ərzində dövlətə vurduğum ziyanı tam ödəmişəm. Bu səbəbdən barəmdə başqa yerə getməməklə bağlı qətimkan tədbiri seçilməklə azadlığa buraxılmışam".
Prokurorun suallarını cavablandıran Fəraim Sərkərov deyib ki, işlədiyi dövrdə maliyyə pozuntularına yol verib:
"Əlavə sifarişlər yazırdıq, həmin məbləğin 30 faizini təftişə, 20 faizini də maliyyələşməyə vermişəm. İşlədiyim dövrdə ümumilikdə 594 min manat ziyan vurulub, həmin məbləğdən də 208 094 manat mənə çatıb. Həmin ziyanı da tam ödəmişəm".
Təqsirləndirilən şəxs qeyd edib ki, işlədiyi dövrdə rəisləri Cəlal Kazımov və Rasim İbrahimov olub:
"Bütün pulları onların vasitəsilə təftişə vermişəm. İşlədiyim vaxt Maliyyə Büdcə İdarəsinin təftişindən başqa nazirlik tərəfindən iki dəfə inspeksiya gəlib. Həmin vaxtda əlavə olaraq 25 min manat pulu Cəlal Kazımova vermişəm".
Cəlal Kazımov da buna münasibət bildirib. O qeyd edib ki, Fəraim Sərkərovu maliyyə xidmətinin rəisi təyin olunması üçün təqdimatı o verib:
"Fəraimdə yalan yoxdur. O vaxt artıq olan məbləğin 20 faizini maliyyələşmənin rəisinə, 30 faizi isə təftişin rəisinə çatıb. Həmin məbləğləri maliyyə xidmətinin rəisləri mənə verib, mən də onlara vermişəm.
Heç kimdən əlavə pul alınmayıb, əlavə tapşırıqlar verilməyib. İnspeksiya pullarına gəlincə isə deyim ki, nazirlik tərəfindən bizim yoxlamadan başqa inspeksiyalar göndərilirdi.
İnspeksiyalar yalnız nazirin əmri olurdu, onlar birbaşa nazirə tabedir. Yoxlamalar gələn zaman tabeliyində olan maliyyə xidmət rəisləri məlumat verirdi.
Onlar pulları göndərirdi, mən də həmin məbləğləri Rəfail Xələfova verirdim. O da məsələləri inspeksiyanın rəisi Namiq Poladovla həll edirdi, beləcə problem aradan qalxırdı".
Vəkillərin suallarını cavablandıran Fəraim Sərkərov qeyd edib ki, artıq məbləğləri nağd şəkildə, ya da "ölü canlar" adlandırılan kartlar vasitəsi ilə çıxarıb: "Müxtəlif dövrlərdə ümumilikdə 14 kart açılıb, həmin məbləğlər çıxarılaraq nağdlaşdırılıb. Həmin pullar da təftiş zamanı hesablanıb".
Prosesdə daha sonra N saylı hərbi hissənin maliyyə xidmət rəisi Fərid Abdullayev dindirilib.
O bildirib ki, 2021-2022-ci illər arasında maliyyə xidməti rəisi olduğu hərbi hissədə artıq sifarişlər yazılaraq pullar mənimsənilib:
"Həmin dövr ərzində ümumlikdə 67 min manat yeyinti aşkar edilib. Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalarda iştirak etmişəm. Həmin yoxlama ilə razıyam. Dövlətə dəymiş ziyan tam olaraq ödənilib".
Şahid ödənişin qəbzlərini məhkəməyə təqdim edib.
Prosesdə hazırda Mərkəzi Ərzaq Anbarının maliyyə xidmətinin rəisi Səftər Əmirov da ifadə verib.
O bildirib ki, N saylı hərbi hissədə çalışdığı dövrdə artıq şifarişlər yazılaraq pullar mənimsənilib:
"Həmin məbləğlərin təftiş zamanı 50 faizi geri qaytarılıb. İşlədiyim hərbi hissədə mənimsənilən ümumi məbləğ 153 min manat olub. Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalarda iştirak etmişəm və yoxlamanın nəticəsi ilə razılaşmışam.
Həmin puldan 67 512 manat mənə çatıb. Dövlətə vurduğum ziyandan 52 800 manat ödəmişən. Qalan məbləği yaxın zamanlarda ödəcəyəm".
Prosesdə iştirak edən şahidlərin dindirilməsinin qapalı keçirilməsi ilə bağlı vəkillərin vasətət təmin edilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Digər xəbərlər
Tarix: 02-03-2024 14:40 | Bölmə: Ölkə / Araşdırma | Baxış: 173

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024