9 MAY HANSI ÖLKƏDƏ NECƏ QEYD EDİLİR... - 77 il əvvələ FƏRQLİ BAXIŞ
Digər xəbərlər
Tarix: 09-05-2022 14:00 | Bölmə: Ölkə | Baxış: 248
Bu gün faşizm üzərində qələbənin 77 ili tamam olur. 9 May tarixi təkcə Rusiyada deyil, bütün keçmiş sovet respublikalarında qeyd olunur.
77 il ərzində nələr dəyişib, ölkələr İkinci Dünya müharibəsində əldə olunmuş qələbəni necə qeyd edir?
Orta Asiya ölkələri
2022-ci ildə Qazaxıstan Qələbə günü münasibətilə hərbi parad keçirməmək qərarına gəlib. Müdafiə Nazirliyindən məlumat verilib ki, xərclərə qənaət hesabına belə addım atılıb. Amma yenə də anım tədbiri keçiriləcək.
Müharibə illərində Qazaxıstan 1,2 milyona yaxın insanı cəbhəyə göndərib və onlardan 600 minə yaxını müharibədə həlak olub.
Özbəkistanda isə təxminən iki milyon insan müharibəyə gedib, onlardan 538 min nəfər evlərinə qayıtmayıb. Tacikistanda təxminən 290 min insan səfərbər edilib, onlardan üçdə biri ölüb.
Tacikistan və Qazaxıstanda 9 May Qələbə Günü, Özbəkistanda isə “Xatirə və Şərəf Günü” adlanır. Bu da təsadüfi deyil. Belə ki, respublikanın birinci prezidenti İslam Kərimovun dövründə hakimiyyət 9 Mayın belə qeyd edilməsini qərara alıb.
363 min nəfəri cəbhəyə göndərən və 100 min itki verən Qırğızıstanda Qələbə Günü həmişə əsas bayramlardan biri olub. 2020-2021-ci il koronavirus illəri istisna olmaqla, bu, mütəmadi olaraq kütləvi şənliklər və “Ölümsüz Alay”ın yürüşü ilə qeyd olunub.
Qırğızıstan sakinləri üçün 9 may ailə bayramıdır. İnsanlar öz təşəbbüsü ilə pəncərələrə qohumlarının şəkillərini qoyurlar. 2020-ci ildən hətta Türkmənistan hakimiyyəti də İkinci Dünya müharibəsinin ildönümünü hərbi paradla qeyd edir. Türkmənistandan 700 minə yaxın döyüşçü müharibəyə yollanıb, ən azı 90 min insan həlak olub.
Qafqaz üçbucağı
Cənubi Qafqazda çoxsaylı münaqişələrin vaxtaşırı silahlı toqquşmalara çevrilməsinə baxmayaraq, Azərbaycan, Gürcüstan və Ermənistan İkinci Dünya müharibəsində yekdilliklə iştirak edib.
Gürcüstan müharibəyə 700 minə yaxın insan göndərib, onlardan 300 mindən çoxu həlak olub. Gürcüstan cəmiyyətində yaşlı nəsil üçün bayram mayın 9-u, gənclər üçün isə çox vaxt ayın 8-i qeyd olunur. Bundan əlavə, burada çoxlarının SSRİ-yə münasibəti hədsiz dərəcədə mənfidir. Amma Qələbə parkında Gürcüstan rəhbərliyi hər il Naməlum Əsgər məzarını ziyarət edir. Cəmiyyətin əhəmiyyətli bir hissəsi müharibəni vətənpərvərlik savaşı hesab etmir, bu, onlar üçün sadəəcə II Dünya Müharibəsidir.
Azərbaycan da Gürcüstan kimi əhalinin beşdə birini, yəni 681 min nəfəri cəbhəyə göndərib. Onlardan 300 mini geri qayıtmayıb. Ölkə rəhbərliyi daim veteranları diqqətdə saxlayır, hər il Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi ziyarət edilərək, azərbaycanlı qəhrəmanların xatirəsi yad olunur.
Ermənistan üçün uzun müddət 9 May üçqat "bayram" olub. Amma 2020-ci ildə Azərbaycanın qələbəsi ilə bu bayramlar matəmə çevrilib. Belə ki, ermənilər 9 may tarixini Şuşanın işğal günü və qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu Günü kimi qeyd edirdilər. Lakin 44 günlük müharibədən sonra bu tarixlər ermənilər üçün qara bayrama çevrilib.
Qeyd edək ki, İkindi Dünya müharibəsində Ermənistanın 320 min sakini cəbhəyə gedib, onlardan 175 min nəfəri ölüb.
Qərb cəbhəsi
Keçmiş Sovet İttifaqının Qərb respublikaları ümumi tarixə daha həssas yanaşırlar. Bəziləri müharibəni və onun nəticələrini “vətənin əsarəti” hesab edir, bəziləri isə əksinə, əcdadlarının qəhrəmanlığını tərənnüm edir.
Belarus müharibədə 2,4 milyon vətəndaşını itirib. Belaruslular üçün Qələbə Günü ilin əsas bayramlarından biridir. Bütün rayonlarda hərbi abidələrə güllər gətirilir, mitinqlər, bayram konsertləri keçirilir, axşam səma atəşfəşanlıqla rənglənir.
Moldovaya gəlincə, müharibədə respublikanın 400 minə yaxın sakini iştirak edib, 84 minə yaxın insan həlak olub. Moldovada çoxları bayramı siyasiləşdirmək istəmir. Onlar üçün 9 May kədər və sevinc günüdür.
2022-ci ilə qədər İkinci Dünya müharibəsində qələbə Baltikyanı ölkələrdə təntənəli olaraq qeyd olunurdu. Amma Latviyada artıq 9 may tarixi Ukraynada həlak olanların Anım Günü adlandırılıb, Litvada da belə təklifə baxılıb. Hər iki respublikada bayram tədbirlərinin keçirilməsi qadağan edilib.
Bundan başqa, Latviyada 9 Mayla bağlı abidələrin sökülməsi müzakirə olunur.
Hazırda qanlı döyüş meydanına çevrilən Ukrayna isə əhalisinin beşdə birini İkinci Dünya Müharibəsində itirib. 1,3 milyon ukraynalı cəbhədə, daha 1,3 milyonu faşist düşərgələrində həlak olub. Bu ölkədə 9 May istirahət günü, 8 May isə “Xatirə və Kədər Günü” günü kimi elan edilib.
Xatırladaq ki, 1939-cu il sentyabrın 1-də faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024