SƏDRLƏR DƏYİŞİR, AMMA “GÖMRÜK LABİRİNTİ” BİTMİR...- “Gömrük laboratoriyası” sahibkarları necə və niyə incidir?
Gömrük orqanları Azərbaycanda sıravi vətəndaşların və xüsusilə də sahibkarların haqlı narazılıq etdiyi qurumlardan biri kimi öz “dəyişməz statusunu” saxlamaqda davam edir.
Doğrudur, son illər Dövlət Gömrük Komitəsində Azərbaycanın ən varlı adamlarından birinə çevrilmiş Səfər Mehdiyevin sədr vəzifəsindən çıxarılması başda olmaqla, ciddi kadr dəyişiklikləri həyata keçirilib, müəyyən səviyyədə şəffaflıq yaradılıb və sair.
Lakin buna baxmayaraq, gömrüyün bir çox fəliyyət istiqamətlərində köhnə “adət-ənənələr” qorunub saxlanmaqdadır...
Həmin “ənənələrdən” biri Mərkəzi Gömrük Ekspertizası İdarəsinin fəaliyyəti ilə bağlıdır. Gömrük orqanı istənilən sahibkarın gətirdiyi malı tərkibinin yoxlanması, ya da malın hansı gömrük rüsum dərəcəsinə düşdüyünü (kodunu) müəyyən etmək üçün bu idarəyə göndərə bilər və göndərir.
Bu zaman təbii ki, subyektivliyə yol verilir, hər şey orqan əməkdaşının fikrindən asılıdır. Bununla da sahibkarın “qara günləri” başlayır...
Yeri gəlmişkən, ekspertizaya görə rüsum az qala iki dəfə artırılaraq hər mal çeşidinə görə 50 manata çatdırılıb.
Yəni, bir konteynerdə 100 çeşiddə malınız varsa, ekspertizaya görə 5 000 manat ödəməlisiniz. Ona görə də sahibkarlar daha öncədən, könüllü olaraq mallarını ekspertizaya verməkdə maraqlı deyillər.
Məlumat üçün bildirək ki, Azərbaycanda 2018-ci ildən etibarən 7 pilləli (0%, 0.5,% 1%, 3%, 5%, 10%, 15%) advalor gömrük rüsum dərələcələrindən yeni 3 pilləli (0%, 5%, 15%) gömrük rüsum dərəcələrinə keçid tətbiq edilib.
Bununla bağlı rəsmi izahatda deyilir ki, məqsəd rüsum dərəcələrinin strukturunun sadələşdirilməsi, ticarət dövriyyəsinin artırılması, əksər mal kodları üzrə idxal gömrük rüsumlarının endirilməsidir və s.
Ancaq reallıqda təəssüf ki, tamamilə başqa mənzərə hökm sürür. Belə ki, Mərkəzi Gömrük Ekspertizası İdarəsinə gətirilən mal on günlərlə, hətta bəzən aylarla burada saxlanılır.
Bu zaman sahibkar həm bu malın yükləndiyi yük maşınının hər gününə görə logistika şirkətinə, sürücüyə yüzlərlə dollar artıq vəsait ödəyir, həm də həmin maşın idarənin dayanacağında “yatdığına” görə gündəlik əlavə vəsait ödəyir.
Bəzi hallarda, “əli nisbətən uzun olan” sahibkarlar gətirdikləri malların nümunələrini laboratoriyaya təqdim edərək, yük maşınlarını buradan çıxara, hətta mallarını öz anbarlarına boşalda bilirlər.
Lakin bu halda da həmin mallar gömrük orqanı tərəfindən möhürlənir və laboratoriyanın cavabı çıxana qədər onun satışına icazə verilmir.
Möhürün qanunsuz şəkildə götürülməsi və malın satılması isə böyük məbləğlərdə cərimə nəzərdə tutur.Yəni, sahibkar malı öz anbarına boşaltsa da, onu sata bilmir.
Qeyd edək ki, söhbət malın ziyanlı, yaxud ziyansız olduğunu yoxlamaq üçün aparılan laboratoriya işindən getmir. İdarə sadəcə, həmin malın yuxarıda qeyd edilən 15 faiz, 5 faiz, yoxsa 0 faiz gömrük rüsumuna cəlb edilməsini yoxlayır.
Bu isə ya işin çoxluğundan, ya səhlənkarlıqdan, ya da hansısa digər səbəbdən on günlərlə, bəzən aylarla vaxt aparır. Deməli, sahibkar həm yük maşınının icarəsinə, həm də “dayanacaq pulu”na görə əlavə xərclər çəkir.
Malı hansısa anbara boşaldırsa, orada icarə haqqı ödəyir, malı satışa çıxara bilmədiyi üçün əlavə izafi xərclərə düşür – işçiyə əmək haqqı, mağazaya icarə haqqı və sair ödəyir.
Məsələn, onun kredit götürdüyü bank isə öz faizlərini tələb edir, icarəyə verən öz haqqını, işçi öz maaşını istəyir və onları gömrüyün sahibkarın başına açdığı oyunlar maraqlandırmır.
Bütün bunlar da nəticədə həmin malın maya dəyərini artırır, rəqabət qabiliyyətini azaldır və ən nəhayət, qiymətini bahalaşdırır ki, bu da sonda sahibkarın və sıravi alıcıların başında, cibində “çatlayır”.
Mərkəzi Gömrük Ekspertiza İdarəsi isə “xımır-xımır öz işi ilə məşğuldur, heç yerə tələsmir. Hansı ki, bu vəziyyətin yaranmaması üçün asan çıxış yolları var.
Birincisi, idarənin işini sürətləndirmək, süründürməçiliyə, bürokratiyaya son qoymaqdır. Ancaq uzun illərdən bəri, o cümlədən S.Mehdiyevdən əvvəl, onun öz dövründə və indinin özündə də bunu etmək istəyənə oxşamırlar.
Yaxşı, əgər bunu bacarmırlarsa, heç olmasa sahibkardan əvvəlcədən hansısa məbləğdə depozit almaq olar. Zatən sahibkar heç yerə qaçan deyil. Onu “boğazlamaq” gömrük və vergi orqanı üçün bir udum su içmək qədər asandır.
Ancaq yenə də, sahibkara inam yoxdursa, depozit alsınlar. Yəni, əgər mal 15 faiz, yaxud 5 faiz gömrük dərəcəsinə düşərsə, həmin depozitdən sahibkarın ödəməli olduğu gömrük rüsumu çıxıla bilər. Yox, əgər 0 faizə düşərsə, depozit sahibkara qaytarılar.
Əvzəində, astagəl laboratoriyanın öz işini gördüyü müddətdə sahibkar asanlıqla malını satışa çıxarar və öz xərclərini, maaşları, icarə haqqını və s. ödəyər, əlavə xərclərə düşməz, nəhayət, onun satışa çıxardığı mal da daha ucuz olar.
Ancaq göründüyü kimi, DGK bunların heç birini etmir – nə Mərkəzi Gömrük Ekspertiza İdarəsinin işini sürətləndirmir, nə də sahibkara ekspertiza müddətində öz malını satmağa imkan yaratmır.
Müqayisə üçün bildirək ki, məsələn, Gürcüstanda sahibkar nəinki ekspertiza xərclərini, ümumilikdə gömrük rüsumunu dərhal yox, malı satandan sonra ödəyə bilir. Yəni, ona müəyyən möhlət verilir. Azərbaycanda isə bütün xərcləri, rüsumları dərhal, yerindəcə ödəyən sahibkar belə süründürməçiliklə üzləşir.
Əlbəttə ki, ekspertiza məsələsi gömrükdəki çoxsaylı problemlərdən yalnız biridir və daha çox texniki məsələdir.
Belə problemləri həll etmək üçünsə sadəcə, öz vətəndaşına, sahibkarına azca da olsa “can yandıran” məmurlara ehtiyac var. Belələri isə görünür ki, yoxdur, xüsusilə də gömrük orqanında./azpolitika
Cəlal Məmmədov
Digər xəbərlər
Tarix: 04-03-2024 15:01 | Bölmə: Ölkə / Aktual / İqtisadiyyat | Baxış: 164

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024