«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Amerikada KİV seçicilərə necə təsir edir və Tramp qalib gələrsə, nə dəyişəcək?

Tarix: 04-03-2024 21:00 | Bölmə: Ölkə | Baxış: 96
Amerikada KİV seçicilərə necə təsir edir və Tramp qalib gələrsə, nə dəyişəcək?

Amerika seçki kampaniyası və seçkilər üzrə ekspert, professor Devid Barker "Turan"a müsahibəsində seçki dövründə KİV-in roluna toxunub və qarşıdakı prezident seçkilərinin nəticələri barədə proqnozlar verib.

Amerika qanunvericiliyi seçkilərin KİV-də işıqlandırılmasını necə tənzimləyir, bu, praktikada necə işləyir? Bu sualın cavabında Barker deyib ki, KİV-in seçkilərin nəticələrinə təsiri minimaldır.

"KİV-in seçkilərin nəticələrinə minimal təsiri var, çünki bizim ikipartiyalı sistem çox güclüdür və bütün amerikalıların 80 faizə qədəri demokrat və ya respublikaçıdır. KİV-in nə dediyinə baxmayaraq, onlar öz partiya mənsubiyyətinə görə səs verirlər", - o qeyd edib.

Hər iki partiyanın tərəfdarlarının sayına görə bərabər olması və bir-birini kompensasiya etməsi vacibdir. Bu partiyalardan kənarda 15 faizə yaxın adam qalır ki, nəzəri cəhətdən onlara təsir göstərmək olar. Ancaq onlar siyasətdən kənar adamlardır. “Odur ki, əgər KİV-ə fikir verməsəniz, o, sizə təsir göstərməyəcək”, - Barker deyib.

Donald Tramp seçkilərdə qalib gəlsə, amerikalıların həyatı yaxşıya doğru dəyişəcəkmi?

Bu suala professor cavab verib ki, əgər Bayden seçkilərə qədər öz reytinqini yüksəldə bilməsə, Trampın şansı böyük olacaq.

"Tramp qalib gələ bilər. Bayden populyar deyil, onun reytinqi uzun müddətdir ki, 40 faizdən çox deyil, baxmayaraq ki, iqtisadiyyat yaxşı inkişaf edir.

Bununla belə, sıravi vətəndaşlar üçün iqtisadiyyatın vəziyyətini qiymətləndirmək çətindir. Trampın qalib gəlmək şansı yaxşıdır, amma o, favorit deyil, çünki o da olduqca aşağı reytinqə malikdir. Buna görə də nə baş verəcəyini təxmin etmək çətindir", - o deyib.

Yüz min dövlət qulluqçusu amili də var, onlar bitərəfdirlər və Tramp seçildiyi təqdirdə onları çıxarmaq və öz partiyasının üzvlərini təyin etməklə hədələyir.

"Bütün bu dövlət bürokratiyası ona tabe olsun deyə. Hərbçilərlə və Ədliyyə Nazirliyi sistemilə də eyni şeyi etmək istəyir. Əgər bu baş verərsə, demokratiya əleyhinə addım olacaq”, - Barker qeyd edib.

Eyni zamanda, Amerika cəmiyyətində demokratlar və respublikaçıların tərəfdarları arasında qütbləşmə artıb. Respublikaçıların böyük əksəriyyəti 2020-ci il seçkilərinin onlardan oğurlandığına inanır. Odur ki, 2021-ci ilin yanvar hadisələri daha geniş miqyasda təkrarlana bilər,- Barker hesab edir.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024