SUDAN ÇIXARILAN MİLYARDLAR...- Əhmədzadələrin dəbdəbəli həyatının sirri /FOTO
Azərbaycanda “neft bumu” dövründə külli miqdarda vəsaitlər əldə edən məmurların bir çoxu sərvətlərini ölkədən çıxarıb.
Onların sorağı Avropanın dəbdəbəli paytaxtlarından gəlir. Onlar bahalı daşınmaz əmlakların, milyonlarla avro dövriyyəsi olan şirkətlərin sahiblərinə çevriliblər. Bəzən işləri o qədər uğurlu getməsə də bu, onların zəngin həyatına təsir etmir.
Məsələn, bu gün mediada yayılan məlumatlardan məlum olur ki, Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun qızı və "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin gəlini olan Günel Rüstəmovanın direktoru olduğu "Gyunel Limited” şirkəti ötən ili zərərlə başa vurub.
Zərər bu çevrələr üçün o qədər də böyük rəqəm deyil: cəmi 6 milyon 195 min 983 funt-sterlinq. Manatla ifadə etsək, 13,3 milyon manat.
Əhməd Əhmədzadə 1994-cü ildən 2021-ci ilə qədər Azərbaycanın su təsərrüfatına rəhbərlik edib. 30 ilə yaxın müddətdə bu sahəyə daxili və xarici mənbələrdən milyardlarla manat sərmayələr qoyulub.
Amma gəlin su təsərrüfatındakı bugünkü durumuna dair Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun fikirlərinə diqqət edək: “Hazırda sadəcə içməli su və kanalizasiya sistemlərində davam edən layihələrin maliyyəti 2,7 milyard manatdan çoxdur.
Təkcə Gəncədə layihələrin icrası 550 milyon manat tələb edir. Aran bölgələrində qapalı sistemə keçirilməsi üçün 9 milyard manata yaxın vəsait tələb olunur. Sırf indiki vəziyyəti düzəltmək üçün isə 20 milyard manat vəsait lazımdır.
Biz bir şeyi etmək istəyiriksə, birinci maliyyətinə baxmalıyıq, sonra prioritetlərə bölərək problemi həll etməliyik. Azərbaycanda su borularının 50 %-nin istismar müddəti bitib. Kür-Bakı kəmərində boruların istismar müddəti bitdiyi üçün yüksəktəzyiqli su verə bilmirik.
Su itkilərimiz 39 %-dir. Bu, pis rəqəm deyil, amma ideal da deyil. Bizim hədəfimiz bunu 20 %-ə salmaqdır. Beynəlxalq təcrübədə itkilərin normal sayılan rəqəmi 10 %-dir. Bunu sıfır etmək mümkün deyil...”
Beləliklə, Z.Mikayılov su təsərrüfatında ciddi problemlərin olduğunu deyir. Dövlət indiyə qədər hər il bu istiqamətdə yüz milyonlarla dollarlıq əsaslı vəsait qoyuluşu həyata keçirdiyi halda, hələ də az qala ölkənin büdcəsi qədər sərmayə lazımdır?
Bəs niyə buna ehtiyac yaranıb?
Deməli, uzun illər ərzində bu istiqamətə yönəldilən vəsaitlərin müəyyən hissəsi “havaya” sovrulub, daha doğrusu Londona və s. Avropa paytaxtlarına daşınıb, orada daşınmaz əmlaka, şirkətlərin kapitalaşmasına yatırılıb.
Araşdırmaçı jurnalist Cavanşir Həsəlinin əldə etdiyi sənədlər əsasında verdiyi məlumata görə, Ə.Əhmədzadənin oğlu Cümə Əhmədzadənin Azərbaycanda, Türkiyədə və İngiltərədə bahalı mülkləri, otelləri, aktivləri Londonda 6 milyon funt-sterlinqi, Çexiyada 5 milyon dolları aşan şirkətləri var.
Qeyd edilir ki, onun bu ölkədə xeyli sayda şirklətləri və daşınmaz əmlakları var.
Bu barədə başqa araşdırmaçı jurnalistlər də mediada və sosial şəbəkələrdə geniş informasiya yayıblar.
O, həyat yoldaşı Günel Rüstəmova ilə birlikdə dəbdəbəli həyat tərzi ilə Londonun, Parisin, Praqanın bahalı əyləncə məkanlarının sevimli simasına çevrilib.
Bu faktlara əsasən skspertlər iddia edir ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun dediyi su təsərrüfatını yenidən qurmaq üçün lazım olan 20 milyard manatın əhəmiyyətli hissəsini Əhmədzadələrin ölkə xaricinə daşıdığı sərvətlərdə tapmaq olar.
Azərbaycanda yaxın illərin təcrübəsi göstərir ki, oliqarxların oğurladıqları pulların qaytarılmasının sadə mexanizmləri var. Sadəcə, onları işə salmaq lazımdır...
Rasim Əliyev
Digər xəbərlər
Tarix: 06-03-2024 23:30 | Bölmə: Ölkə / Araşdırma / İqtisadiyyat | Baxış: 132

Onun yazdığına görə, Cümə Əhmədzadə 2021-ci ildə Çexiyanın Budyonovsk Regional Məhkəməsində "Resort Hurka s.r.o." şirkətini qeydiyyatdan keçirib.
Şirkətin sənədlərində qeyd olunur ki, ALPS S.R.O. şirkətinin aktivlərinin bir qismi də "Resort Hurka s.r.o."ya yönəldilir. Bura Cümə Əhmədzadənin Lipno gölü sahilində aldığı 1 hektara yaxin ərazi də daxildir.
Qeyd edilir ki, onun bu ölkədə xeyli sayda şirklətləri və daşınmaz əmlakları var.
Bu barədə başqa araşdırmaçı jurnalistlər də mediada və sosial şəbəkələrdə geniş informasiya yayıblar.
O, həyat yoldaşı Günel Rüstəmova ilə birlikdə dəbdəbəli həyat tərzi ilə Londonun, Parisin, Praqanın bahalı əyləncə məkanlarının sevimli simasına çevrilib.
Bu faktlara əsasən skspertlər iddia edir ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun dediyi su təsərrüfatını yenidən qurmaq üçün lazım olan 20 milyard manatın əhəmiyyətli hissəsini Əhmədzadələrin ölkə xaricinə daşıdığı sərvətlərdə tapmaq olar.
Azərbaycanda yaxın illərin təcrübəsi göstərir ki, oliqarxların oğurladıqları pulların qaytarılmasının sadə mexanizmləri var. Sadəcə, onları işə salmaq lazımdır...
Rasim Əliyev
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024