Azərbaycan internetin bahalı olduğu ölkələr arasında…- "Bu sektorda aşkar monopoliya var"
Azərbaycanda mobil operatorlar internet qiymətlərini qaldırıb.
”Azercell”in 500 MB aylıq internet paketinin qiyməti 3 manatdan 4 manata qalxıb.
30 GB internet paketi isə 25 manatdan 29 manata qaldırılıb. 1 GB internet paketi ləğv edilib, yeni 1,5 GB internet paketi yaradılıb və qiyməti 6 manat müəyyənləşib.
10 manata olan 5 GB internet paketi ləğv edilib, əvəzində 12 manatlıq 6 GB internet paketi yaradılıb.15 manata olan 10 GB internet paketi ləğv edilib, əvəzində 19 manatlıq 12 GB internet paketi yaradılıb.
30 manata olan 50 GB internet paketi də ləğv edilib, əvəzində 39 manatlıq 55 GB internet paketi yaradılıb.
Bundan əlavə, günlük paketlərin siyahısında da dəyişiklik edilib. Belə ki, günlük 50 qəpiyə olan 100 MB internet paketinin həcmi 250 MB-yə, qiyməti isə 80 qəpiyə qaldırılıb. Günlük 1,2 manat olan 500 MB internet paketinin həcmi 1000 MB-yə, qiyməti isə 1,5 manata qaldırılıb.
Bakcell də qiymətlərində dəyişikliklər edib. Məsələn, əvvəl aylıq 50 GB internet paketin qiyməti 30 manat idisə, hazırda bu paket ləğv olunub və 56 GB internet 39 manata satılır.
Azərbaycan mobil internet qiymətlərinə görə əvvəl də nisbətən "bahalı" ölkələrin sırasında idi.
Britaniyanın cable.co.uk marketinq şirkəti müəyyən edib ki, 2023-cü ildə dünyada ən ucuz mobil internet İsraildədir. Bu ölkədə 1 GB trafik cəmi 0.02 dollaradır. Ən bahalısı Zimbabvedədir – 43.75 dollar.
Azərbaycanda son bahalaşmadan öncə 1 GB internetin qiyməti 2.9 dollar idi.
”Azercell Telekom” MMC-dən "Turan"a bildirilib ki, 20 fevral 2024-cü il tarixindən etibarən qüvvəyə minən müəyyən dəyişikliklər edilmişdir:
“Dəyişikliklər təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan ehtiyacın daim artdığı mühitdə müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə edilmişdir”.
Qeyd olunub ki, bu dəyişiklilər müqabilində abunəçilərə şəbəkəxarici və şəbəkədaxili zənglər əvəzinə, ölkədaxili zənglər təqdim edilməklə daha rahat və əlverişli istifadə imkanı yaradılıb:
“Eyni zamanda internet paketin həcmi bitdikdən sonra əlavə paket əldə edilməsi zərurətinin azaldılması məqsədi ilə daha həcmli aylıq və günlük internet paketləri təqdim edilib”.
Əlavə olunub ki, hazırda mobil zənglər üçün tariflərin artırılması nəzərdə tutulmayıb: “Hər hansı dəyişiklik olarsa, ictimaiyyət öncədən məlumatlandırılacaq”.
“Bakcell” MMC-dən də "Turan"a bildirilib ki, fevralın 20-dən əvvəlki internet paketləri daha əlverişli olan paketləri ilə əvəzlənib: “Dəyişiklik telekommunikasiya sahəsindəki tələb, təklif və rəqabətin təsiri nəticəsində edilmişdir.
Xidmətlərdə olunan dəyişiklikləri qaçırmamağınız üçün “Bakcell”in rəsmi internet saytında yenilənən məlumatları izləməyiniz tövsiyə olunur”.
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda mobil internet sektorunda digər sektorlardan fərqli olaraq açıq-aşkar monopoliya var.
O hesab edir ki, ciddi rəqabət olmadığına görə operatorlar qiymətləri istədikləri kimi qaldırırlar: "Biz başqa dövlətlərin təcrübəsinə baxanda görürük ki, qiymət məsələsində mobil operatorlara çox sərt nəzarət var. Azərbaycanda bu, belə deyil".
Üstəlik, N.Cəfərli mobil internetin qiymətlərinin artmasının keyfiyyətin artmasından asılı olduğunu düşünmür: "Belə olsaydı, dərd yarı idi. Sadəcə mobil operatorlar hegemondurlar və biz də məcburiyyətdən mobil internet xidmətlərindən istifadə edəcəyik deyə, qiymətlərini rahatlıqla qaldırırlar".
Digər xəbərlər
Tarix: 11-03-2024 21:00 | Bölmə: Ölkə / Aktual | Baxış: 153

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024