«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
İsveçdə QALMAQAL yaradıb “AD ÇIXARAN” DİPLOMATLARIMIZ - Onlar kimdir?

Tarix: 14-03-2024 22:40 | Bölmə: Ölkə / Olay / Rezonans | Baxış: 183

İsveçdə “ad çıxaran” diplomatlarımız -


Keçən il İsveçdəki xarici səfirliklər 858 min kron parklanma cərimələrinə məruz qalıblar. Bunun diqqətçəkən hissəsi isə azərbaycanlı diplomatların payına düşüb. 

Belə ki, Skandinaviya dövlətində səfirlik əməkdaşları parklanma qaydalarını 56 dəfə pozmağa görə cərimələniblər. Cərimənin məbləğinin 61 min 100 İsveç kronu olub (10 min 211 min manat).

İsveç mətbuatı yazır ki, azərbaycanlı diplomatlar avtomobillərini əlillər, təcili yardım maşınları, yük maşınları üçün nəzərdə tutulmuş yerlərdə saxlayır və qaydaları pozurlar. 
"Yenisabah" İsveçdə qaydaları pozan səfirlik əməkdaşlarını araşdırıb.

Hazırda Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyində 4 şəxs aparıcı vəzifə tutur: Maraqlıdır ki, səfirliyin internet səhifəsində digər əməkdaşlar haqda heç bir məlumat yoxdur. Diplomatik çkorpusumuzda çalışan 4 nəfər aşağıdakılardır: 

Zaur Əhmədov - Fövqəladə və Səlahiyyətli Səfir
Cavanşir Məmmədov - Müşavir
Nail Qocayev - Maliyyə attaşesi və konsulluq üzrə məsul şəxs
 Orxan Neymətov - Attaşe 

Zaur Əhmədov 2021-ci ilin aprel ayında Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycanın bu ölkədəki səfiri Zaur Əhmədovun davranışlarına görə adı tez-tez tək İsveçdə deyil, Avropa mediasının da hallanıb. Avropa mediası iddia edir ki, Azərbaycanın səfiri  diplomat professionallığına yaraşmayan şəkildə isveçli jurnalistlərlə sosial şəbəkələrdə virtual “əlbəyaxaya” çıxır. 

2 il bundan öncə Azərbaycanın İsveçdəki səfirliyi ilə bağlı daha bir qalmaqallı fakt üzə çıxıb. Belə ki, İsveçli jurnalist Rasmus Kanbakın sosial şəbəkədə fotoşəklini paylaşdığı səfirliyin lövhəsindəki yazılarda ciddi orfoqrafik səhvlərə yol verildiyi məlum olub. 

Zaur Əhmədov həmçinin 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 

Sonda qeyd edək ki, Azərbaycanın səfirliyi İsveç mətbuatında dərc edilən yazılardan xəbər tutduqdan sonra bildirib ki, onlar bütün cərimələri ödəyiblər. Bu açıqlamadan sonra İsveç Nəqliyyat Agentliyi ödənişin xarici hesabdan getdiyini və bütün cərimələrin ödənərək bağlandığını qeyd edib. 

İsveç mətbuatı həmçinin 2023-cü ildə yol hərəkəti qaydalarının pozulmasına görə, ən yüksək cərimə alanların top-10-luğunu hazırlayıb:

Azərbaycan: 61,100 kron
Qazaxıstan: 52,500 kron
Səudiyyə Ərəbistanı: 44,600 kron
Anqola: 40,300 kron
Çin: 38,600 kron
Türkiyə: 35,500 kron
Litva: 32,650 kron
Gürcüstan: 23,700 kron
Moldova: 23,100 kron
İraq: 21,200 kron

2023-cü ildə ən azı 10.000 kron cəriməsi olan digər ölkələr:

ABŞ, Hindistan, Nigeriya, Şimali Koreya, Liviya, Cənubi Koreya, Rusiya, Əlcəzair, Pakistan, Slovakiya, Küveyt, Rumıniya, İspaniya, Cənubi Afrika, Uruqvay, Kosovo, Qətər.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024