GENERAL: “SİSTEM 30 İLDİR BELƏ İŞLƏYİRDİ”- MN-dəki 143 milyonluq yeyinti işi
Digər xəbərlər
Tarix: 15-03-2024 14:30 | Bölmə: Ölkə / Araşdırma / Kriminal | Baxış: 140
Müdafiə Nazirliyi sistemində 143 milyon manatlıq yeyinti ilə bağlı məhkəmə araşdırmaları büdcə vəsaitlərinin mənimsənilib bölüşdürülməsindən ötrü ayrıca mexanizm olduğnu üzə çıxarıb. Nazirliyin tabeliyində olan bütün strukturlar həmin mexanizm əsasında hərəkət edib.
“Azadlıq radiosu” xəbər verir ki, bu mexanizmdən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə Baş İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov martın 14-də Bakı Hərbi Məhkəməsində söz açıb.
Onun sözlərinə görə, hərbi hissə və digər qurumlarda, şəxsi heyətin sayı nəzərə alınmaqla, smeta tərtib olunur, “əlavə xərclərin ödənməsi” adı ilə də büdcədən vəsait ayrılırmış. İldə bir dəfə təftiş-yoxlama zamanı təyinatı üzrə xərclənməyən məbləğ müəyyənləşdirilirmiş.
Ortaya çıxan rəqəmin 50 faizi nazirliyə çatdırmaq üçün təftişə göndərilən şəxsə verilirmiş. Bu 50 faizin də 20 faizi maliyyə, 30 faizi təftiş şöbələrinə çatırmış.
“30 il idi sistem belə işləyirdi”
“30 il idi sistem belə işləyirdi”
“Ordu yaranandan - 1993-cü ildən, belə qayda qoyulub. Tək mənim vaxtımda deyil. 30 il idi sistem belə işləyirdi. Məndən əvvəlki rəis Namiq Poladovun vaxtında da belə olub”, - general N.Məmmədov ifadəsində belə deyib.
O, ordunun Təlim və Tədris Mərkəzi Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin məhkəməsində şahid kimi dindirilib. N.Məmmədovun özü də həbsdədir və hazırda Bakı Hərbi Məhkəməsində onun da mühakiməsi davam edir.
Müdafiə Nazirliyi sistemindəki 143 milyon manatlıq yeyintiyə görə cinayət işi üzrə məsuliyyətə cəlb olunanların işi bir neçə yerə ayrılıb. Onların məhkəmələri ayrı-ayrılıqda keçirilir. Bu üzdən, bir işdə təqsirləndirilən şəxs digər məhkəmədə şahid kimi dindirilir.
N.Məmmədov deyir ki, o, Maliyyə və Büdcə Baş İdarəsinin rəisi təyin olunmazdan öncə maliyyələşmə şöbəsinə də 30 faiz çatırdı. Bu da narazılıq yaratmışdı. O səbəbdən bu rəqəmi 20 faizə endirib.
“Zəng eləyib deyirdi ki, “xüsusi tapşırıq” var”
“Zəng eləyib deyirdi ki, “xüsusi tapşırıq” var”
Təqsirləndirilən polkovnik R.Məlikzadənin sözlərinə görə, təftiş və maliyyələşməyə verilən toplam 50 faizdən başqa, ondan “xüsusi tapşırıq” adıyla da pullar alınırdı. Deyir, bunu edən də Maliyyə və Büdcə Baş İdarəsi Nəzarət-təftiş şöbəsinin rəisi Rəfael Xələfov idi. Yoxlama-təftişə də ya özü gəlirdi, ya da kimisə göndərirdi:
“20 və 30 faizlik ödənişlər ayrı olub, xüsusi tapşırıqların pulu ayrı. Rəfael Xələfov zəng eləyib deyirdi ki, “xüsusi tapşırıq” var, göstəriş verirdi əlavə ödənişlə bağlı. Mən də başqa maliyyə rəisləri ilə danışıb görürdüm ki, onlardan da istəyib.
Rəfael Xələfovun göstərişlərini icra eləyirdik, kim ona nəsə deyə bilərdi ki?! Ümumiyyətlə, bütün tapşırıqları ondan alırdıq. Nizami Məmmədovla əlaqəm olmayıb, mənə tapşırıq da verməyib”.
General da bildirib ki, R.Xələfov bir çox halda onun adından istifadə edərək pullar alıb: “Mənim adımdan istifadə eləyib, mən göstəriş vermədiyim halda da “xüsusi tapşırıq” adıyla pullar alıb, mənə verməyib...”.
R.Məlikzadəyə “xüsusi tapşırıq” adı ilə 2 milyon manatdan çox pulu mənimsəməsi haqda ittiham verilib.
General deyir ki, düzdür, ona “xüsusi tapşırıq” adıyla alınmış vəsaitlər gəlib çatıb. İstintaqda da bu məsələni üzərinə götürüb, “xüsusi tapşırıq” adıyla mənimsənilən vəsaiti ödəyib.
Amma o, polkovnik R.Məlikzadədən bu adla 2 milyon manat almadığını vurğulayıb: “Bu, Rəşad Məlikzadə ilə Rəfael Xələfov arasında aydınlaşdırılmalı məsələdir”.
Generaldan sonra R.Xələfov da məhkəmədə şahid qismində dindirilib. Amma onun dindirməsi qapalı keçirilib.
R.Xələfov da 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə həbs olunanlar arasında idi. Amma ötən il azadlığa buraxılıb. Polkovnik Xələfov həbsdən buraxılsa da, yenə təqsirləndirilən şəxs statusundadır.
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024