"Ölkəyə DƏRMAN İDXAL EDƏNLƏRİN ƏKSƏRİYYƏTİ MONOPOLİSTDİR - sağlam rəqabət yoxdur"
Keçən ilin iyulunda Azərbaycanda "Dərman preparatları haqqında" Qanuna dəyişikliklər edildi. O vaxt bildirilmişdi ki, həmin dəyişikliklər qiymətlərin optimallaşdırılmasına, keyfiyyətsiz dərmanların qarşısının alınmasına xidmət edəcək.
Lakin son zamanlar ölkədə dərmanların qiymətinin daha da artması, bəzi dərmanların heç tapılmamaması, əvəzləyicilərin isə iki-üç dəfə baha olması ilə bağlı şikayətlər eşidilir.
Bakıda yaşayan Nazilə Məmmədova (ad şərtidir) "Turan"a bildirib ki, apteklərdə bir il əvvəl damaq və ağız boşluğu üçün 8-10 manata satılan məhlul tapılmır: "Onu axtarıb apteklərdən birində tapdım. Qiyməti isə dəhşət baha dedilər – 24 manat. Mən təqaüdçü adamam, ona görə 24 manat verə bilmərəm".
Ötən il Tarif Şurası dərman qiymətlərinin yuxarı həddini müəyyənləşdirmişdi. Bildirilmişdi ki, bu, qiymətlərin enməsinə səbəb olacaq.
Nazirlər Kabinetinin 2023-cü il üzrə hesabatında bildirilir ki, ən çox satılan 105 dərman vasitəsi üzrə apteklərdə monitorinqlər aparılıb.
Əlavə olunduğuna görə, dərman vasitələrinin idxalı, topdan və pərakəndə satışı sahəsində yüksək bazar payına malik olan şirkətlərdən toplanılmış məlumatlar əsasında müvafiq təhlillər aparılaraq təkliflər hazırlanıb. Hələlik, təkliflərin detalları açıqlanmayıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvarında ölkədə 2.4 milyon manatlıq dərman istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 1.5 milyon manat və ya 2.8 dəfə artıb.
Lakin daxili istehsal tələbatın çox kiçik bir hissəsini təmin edir. 2023-cü ilin yanvar-dekabrında Azərbaycana 560 milyon 837 min dollar dəyərində 26 min 45 ton əczaçılıq məhsulları idxal edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci illə müqayisədə dərman idxalı dəyər ifadəsi ilə 92 milyon 99 min dollar (14.1 faiz), miqdar ifadəsi ilə 428 ton (1.6 faiz) azalıb.
Keyfiyyətə gəlincə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, bu məsələyə daim nəzarət edilir: "Azərbaycana daxil olan hər bir dərman vasitəsinin nümunələri götürülür və həmin nümunələrin parametrləri Mərkəzin ixtisaslaşmış laboratoriyası tərəfindən yoxlanılır".
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı düşünür ki, "Dərman vasitələri haqqında" Qanuna edilən dəyişikliklərdən sonra ölkədə dərman təchizatında vəziyyət müsbətə doğru dəyişib.
"Dünyanın heç bir yerində dərmanları ölkəyə dövlət gətirmir. Sərf etmir deyə, tələbat az olan dərmanları sahibkarlar ya gətirmir, ya da az gətirir. Məhz ona görə bəzi dərmanlar tapılmır", - o, "Turan"a bildirib.
Amma deputatın sözlərinə görə, neqativ hallara da rast gəlinir: "Ən mükəmməl qanun qəbul olunsa da, bu olacaq. Fürsətçilər hər zaman olub, onlar da çalışır ki, dərmanları iki-üç dəfə baha satsın".
M.İbrahimqızı hesab edir ki, bu halların azalması üçün mütləq ictimai nəzarət olmalıdır: "Jurnalistlər, qeyri-hökumət təşkilatları bu halları araşdırıb ictimailəşdirməlidir ki, fürsətçilərə qarşı müvafiq addımlar atılsın".
Həkim-radioloq Aydın Əliyev isə AzadlıqRadiosuna bildirib ki, qanuna dəyişiklərdən sonra dərmanların qiymət və keyfiyyəti baxımından müsbət dəyişikliklər hiss olunacaq qədər deyil: "Yenə də dərman preparatları baha satılır, yenə də keyfiyyətdən şikayətlər var.
Ölkəyə dərmanları idxal edənlərin əksəriyyəti monopolistdir və burada sağlam rəqabət yoxdur".
Ekspertin fikrincə, iş adamlarına şərait yaradılmalıdır ki, onlar dərman zavodları ilə əlaqə qurub məhsulları daha ucuz qiymətə ölkəyə gətirsinlər: "Bunun üçün azad rəqabət lazımdır. Təəssüf ki, biz bunu görmürük".
Onun sözlərinə görə, keyfiyyətə də ciddi nəzarət olunmalıdır: "Dərmanların hamısının qablanmanın üstündə yazılan tərkiblə uyğun gəlib-gəlmədiyi laboratoriya şəraitində yoxlanmalıdır. Yalnız ondan sonra onun satışına icazə verilməlidir.
Növbəti etapda isə depolarda və apteklərdə dərmanların saxlanmasına ciddi nəzarət edilməlidir. Saxlanma şəraiti standartlara uyğun olmasa, bu, dərmanların keyfiyyətinə təsir edə bilər".
Mövzu ilə bağlı dərman idxalı ilə məşğul olan şirkətlərlə danışmaq mümkün olmayıb./turan
Digər xəbərlər
Tarix: 20-03-2024 15:00 | Bölmə: Ölkə / Araşdırma | Baxış: 132

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024