AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ - Döyüşlərdə yaranmış Qalib Ordu
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd olunur. Ordu dövlətin əsasını təşkil edən başlıca elementlərdəndir. O yoxdusa, deməli dövlət yarımçıqdır, yaxud müstəqil deyil. Ordu, Silahlı Qüvvələr üç hissədən ibarətdir: Quru, Dəniz və Hava qüvvələri. Azərbaycan Silahlı Qüvvələri müdafiə məqsədli olub, Respublikanın müstəqilliyi və ərazi bütövlüyünü qorumaq üçün qurulan hərbi təşkilatdır.
Azərbaycan Xalq Cümhurriyyəti yarandığı gündən ordusu qurulub. Ordu quruculuğu ilə bağlı tarixdən bir qeyd: 1918-ci ilin mayın 28-də Azərbaycan hökuməti müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edib. Cümhuriyyət yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət olub. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il iyunun 26-sı tarixli qərarı ilə Çar Rusiyası dövründə “Vəhşi diviziya” adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5 000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.
Bu ordu Azərbaycan ərazilərinin erməni-bolşevik silahlılarından qoruyur və torpaqları işğaldan azad edirdi. Azərbaycan ordusu döyüşərək Vətən torpağını qanı, canı bahasına qoruyub. 1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın Hərbi Nazirliyi rəsmən ləğv edilib, onun ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib. Bu gün həm də onların, müstəqilik, ərazi bütövlüyü uğrunda o vaxt şəhid olmuş zabitlərin, əsgərlərin, matrosların, mülki şəxslərin və dövlət xadimlərinin də yad edildiyi gündür.
Bu gün işğalla barışmayıb Azərbaycanın müstəqillyi uğrunda mübarizə aparmış insanları da yada salmaq vacibdir. 1920-ci il mayın 26-31-də Gəncədə bolşevik işğalına qarşı üsyan olub. Hərəkatın əsas hədəfi Azərbaycanı sovet işğalından azad etmək, bolşeviklərin özbaşınalığına son qoymaq idi. Bu, ötən əsrdə işğala qarşı ən böyük və ən çox itkiyə səbəb olmuş üsyan olub. Onun təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Üsyanın təşkilində başlıca olaraq, Azərbaycan ordusunun 1-ci piyada diviziyası, 3-cü Gəncə alayının şəhərdə olan bölmələri, 3-cü Şəki süvari alayının təlim komandası, bir topçu batareyası, diviziya qərargahına tabe olan komendant bölməsinin şəxsi heyəti iştirak edib. Qaçaq Qəmbər, Sarı Ələkbər, qaçaq Qasım Kolaxani, qaçaq Mikayıl və başqaları da öz silahlıları ilə birlikdə Gəncə üsyanına qatılıblar. Ümumilikdə onların sayı 10 min nəfərdən çox idi.(Şəki üsyanı - 1930-cu il aprelin 13-də Şəki, Qax, Zaqatala, Balakən və Oğuzda sovet quruluşuna və Rusiyanın işğalına qarşı silahlı üsyanın ümumiləşdirilmış adıdır. Şəkinin Baş Göynük kəndində baş vermiş üsyana Molla Mustafa Şeyxzadə başçılıq edib).
SSRİ-nin tərkibində olanda Azərbaycanın ordusu yox idi. Bununla belə o vaxtkı respublikada Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında diviziya komandiri Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb.
1988-ci ildə başlayan Azərbaycan milli azadlıq hərəkatı zamanı da torpaqların işğaldan qorunması başlıca hədəflərdən olub. Onda ermənilər keçmiş SSRİ, sonrakı Rusiya hərbçilərinin yardımı, Moskvanın dəstəyi və xeyir-duası ilə Azərbaycan torpaqlarını işğal etməyə başladı. Azərbaycan əhalisi öz torpaqlarını ordusuz, ov tüfəngləri ilə qoruyurdu. Həmin illərdə könüllü özünümüdafiə dəstələri yarandı. 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı əsasən Müdafiə Nazirliyi quruldu. Azərbaycanın mərhum Prezidenti Əbülfəz Elçibəyin 1992-ci il sentyabrın 18-i tarixli fərmanı ilə oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Ancaq mərhum Prezident Heydər Əliyev 1998-ci il mayın 22-də imzaladığı fərmanla tarixi bərpa etdi və iyunun 26-sı Azərbaycan Silahlı Qüvvələr günü elan olundu.
Azərbaycan ordusu döyüşlərdən, sınaqlardan keçmiş dünyanın, o cümlədən regionun sayılan hərbi birləşməsi olub. O, çağdaş silah və hərbi texnika ilə döyüş qabiliyyətini sübut edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan torpaqlarının ermənilərdən və havadalarından təmizlənməsi istiqamətində apardığı əks-həmlə əməliyyatı zamanı Azərbaycan ordusu öz gücü və bacarığını dosta da, düşmənə də göstərə bildi. Silahlı Qüvvələri müasir texnologiyanın uğurlarından istifadə etməklə yeni dövrün müharibəsini apardı. Qalib gəlib, Zəfərlə çıxdı. Onun şücaəti, cəsarəti və əzmi nəticəsində Azərbaycan torpaqları iğaldan azad edildi.
Müstəqilliyin bərpasından sonra Azərbaycan Silahlı Qüvvələrinin ilk paradı 1992-ci il oktyabrın 9-da Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində keçirilmişdi. Bakıda keçirilən həmin tədbir torpaqları işğal altında olan bir cəmiyyətdə, ordudan vətənsevərlik rurhunun artması və güclənməsinə xidmət edirdi.
Ölkə və regionda gedən ciddi siyasi, geoplotik proseslər Azərbaycan torpaqlarının 4,8 faiznin, o cümlədən Kəlbəcər, Şuşa, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının işğalına da səbəb olmuşdu. Bu işğal 30 ilə yaxın davam etdi...
Prezident, Ali Baş komandan İlham Əliyevin qətiyyəti ilə sentyabrın 27-də başlayan hərbi əməliyyatlar 44 günə Ermənistanı kapituliyaya məcbur etdi. Azərbaycan ordusu Ermənistanı bir dövlət kimi siyasi xəritədən silməyə qadir olduğunu göstərdi.
Azərbaycan Türkiyə, İsrail, Pakistan, Ukrayna, Böyük Britaniya və başqa dost ölkələrin siyasi, ictimai və mənəvi dəstəyi nəticəsində torpaqlarını işğaldan təmizlənməsinə nail oldu.
Torpaqlar işğal altında olduğu üçün Azərbaycanda uzun illəri hərbi parad keçirilmirdi. 2020-ci il dekabrın 10-da isə Bakıda Azadlıq Meydanında Qələbə Paradı və ya Zəfər Paradı Vətən Müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Bakıda tarixi hərbi parad oldu. Paradı Ali baş komandanı, Prezidenti İlham Əliyev və fəxri qonaq qismində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib.
Döyüşlərdən alnıaçıq, üzüağ, Zəfərlə çıxan Ordununun yaranmasından 104 il ötür. Bu illər ərzində o, indiki kimi tanınıb, qəbul olunmayıb. Dünya onu öz torpaqlarını işğaldan təmizləyən qalib ordu olaraq tanıyıb, hörmətlə yanaşır. 104 il ərzində döyüşlərdə, savaşlarda münaqişələrdə bərkiyib, təcrübə toplayıb, Zəfər qazanıb. Bu gün ona dünya sayğı ilə yanaşır. Onun şücaəti həm də siyasət meydanın da Azərbaycanın uğurular əldə edilməsinə təkan verib. 2021-ci il iyunun 15-də Şuşa şəhərində “Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə”nin imzalanmasında onun da çox böyük rolu var.
Azərbaycan Silahlı Qüvvələri işğal altında saxlanılan torpaqları azad etməklə bölgədə sülh və təhlükəsizliyin təminatçısı olduğunu da nümayiş etdirib. Bu gün Qalib Ordunun Günüdür! Gününüz mübarək!
Digər xəbərlər
Tarix: 26-06-2022 15:15 | Bölmə: Ölkə | Baxış: 141

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024