«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ələsgər Məmmədli AZƏRBAYCAN MƏHKƏMƏLƏRİNDƏN AİHM-ə ŞİKAYƏT EDİB

Tarix: 25-03-2024 23:15 | Bölmə: Ölkə / Aktual | Baxış: 124
Ələsgər Məmmədli Azərbaycan məhkəmələrindən AİHM-yə şikayət edib

İstintaq təcridxanasında saxlanılan Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli Xətai rayon məhkəməsinin Məmmədlinin 4 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərarını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib.

Məmmədli qətimkan tədbirinin ev dustalığı ilə əvəz olunmasını tələb edir, belə ki, həbsdə olması onda aşkar olunmuş şişlərin təhlükəlilik dərəcəsinin müəyyən edilməsi məqsədilə həkimlərin tövsiyə etdiyi müayinələri tamamlamasına imkan vermir.

Bu barədə Turan-a Ələsgər Məmmədlinin qardaşı - siyasətçi Nəsimi Məmmədli bildirib.

AİHM-ə təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar işə təcili baxılmasını nəzərdə tutan 39-cu maddəyə uyğun olaraq şikayət verilib.
Martın 8-də, saxlanıldığı gün “İstanbul Hospital”ın həkimləri Ələsgər Məmmədlinin müxtəlif orqanlarında şişlər aşkar ediblər.

Ən böyük - 22 mm-lik şiş qalxanabənzər vəzidə tapılıb. Klinikada aşkar edilmiş şişlərin biopsiyasını tövsiyə ediblər. Lakin istintaq təcridxanası şəraitində belə bir təhlili aparmaq mümkün deyil, belə ki, Penitensiar Xidmətin xəstəxanasında lazımi avadanlıq yoxdur, deyə Nəsimi Məmmədli bildirib.

Məmmədli həbs edildiyi gün onun mənzilində axtarış aparılıb, polis 7300 avro tapıldığını bildirib. Məmmədli bu pulun ona məxsus olduğunu inkar edir.

Martın 9-da Bakının Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədlinin dörd ay istintaq təcridxanasında saxlanılması barədə qərar verib. Martın 15-də Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Məmmədli xarici valyutanın qanunsuz yolla Azərbaycana gətirilməsində ittiham olunur.

“Ələsgər Məmmədli və vəkili aşkar edilmiş şişlərin təhlükəlilik dərəcəsinin müəyyən edilməsi üçün qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını tələb edir.

Ələsgər qanuna zidd əməl törətməyib, buna görə də onun əleyhinə istifadə oluna biləcək ifadə verməmək hüququna uyğun olaraq ifadə verməkdən imtina edib”, deyə Nəsimi Məmmədli qeyd edib.

Ə.Məmmədli saxlanma şəraitindən şikayət etmir, kamerada həkimlərin yazdığı dərmanları qəbul edir. Xəstənin vəziyyəti ağırdır, nəfəs almaqda çətinlik çəkir, deyə qardaşı Nəsimi Məmmədli bildirib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024