ACĞÖZLÜK, TAMAHKARLIQ...- Allah gözünüzü doydursun, acgöz adamlar!
3-4 il əvvəl adının çəkilməsindən hər zaman xoşnud olan həmkarlarımdan biriylə xaricə gedirdik. Aeroportda görüşməliydik, amma o, zəng elədi ki, öz maşınıyla gedəcək, taksi tutmayım.
Adam gəldi, iş yerimdən məni götürdü, getdik aeroporta, maşını dayanacaqda, müşahidə kamerasının yaxşı gördüyü yerdə saxladı, dedi, qayıdanda götürəcəm.
5 günlüyə gedirdik. Dedim, o vaxta qədər bir ətək pul etməyəcəkmi. Taksi daha ucuz düşərdi, dedim. Qardaş dedi, yox, nə qədər baha olsa da, belə daha rahat olar, canımız da adamı zorla taksiyə basıb Xırdalana 30-40 manata aparmaq istəyən sürücülərin əlindən qurtular.
Getdik, gəldik, maşını yerində tapdıq, üz qoyduq ödəniş məntəqəsinə. İndi dəqiq yadımda deyil, amma aeroportda 5 günlük parkinq haqqı olaraq, ya 15 manat ödədik, ya 16 manat. Axır ki, 20 manat deyildi.
Dünən dəmiryol vağzalının önündəki parkinq yerlərinin yeni tariflərini əks etdirən şəkilləri görəndə yadıma o hadisə düşdü.
Şəkli burada dərc edirəm, özünüz baxın. Bu, bir yenilikdir. Bakı şəhərində, ən lüks mollarda və otellərdə bu bahalıqda parkinq tarifi yoxdur.
Hamısını qoyuram qırağa, parkinqin sutkası 30 manatdır. Əgər biz 5 günlüyə xaricə gedəndə maşınımızı dəmiryol vağzalının qarşısında saxlayıb getmiş olsaq, qayıdanda 150 manat ödəməliyik.
Aeroportda nə qədər ödəmişdik? 15 manat. O 15 manatla bu 150 manatın arasında fərq nə qədərdir? 10 dəfə. Demək, dəmiryol vağzalı hava limanından 10 dəfə artıq strateji və “şəxsiyyətli” yerdir?
Yenə dəmiryol vağzalının qarşısındakı parkinq qapalı, toxunulmaz olsa, deyərsən, bu qiymətə dəyər. Amma çölün ortasıdır, saatda 1000 adam o tərəfə keçir, bu tərəfə adlayır, hər dəqiqə avtomobilin başına hər şey gələ bilər.
Sanasan, bir sutka saxlanması üçün 30 manat verəndə avtomobil hamamlı, tualetli, təzə və təmiz çarşaflı otel otağında qalacaq, nömrədəki ketldən və çay paketlərindən istifadə edəcək, səhər yeməyi yeyəcək.
Heç nə. Yüz il əvvəlin meydanıdır, quru asfaltdır, bir qutu ağ boya ilə xətlər çəkiblər və avtomobillər o xəttin içində duracaqlar. Və kimsə bu “lüks xidmət”ə görə sürücülərdən pul sağacaq - 2 saatı 4 manat, 1 sutkası 30 manat.
Bir taksi 2 saat gözləyəndən sonra bir müştəri gələcək, deyəcək, al bu 3 manatı, məni at Bayıla. Sürücü də ondan aldığının üstünə 1 manat qoyub parkinq pulu ödəyəcək. Bu minvalla adam babat qazanar.
Bu qədər acgözlük, tamahkarlıq, zəhmət çəkmədən çox pul qazanmaq ehtirası başqa yerlərdə də var, amma bizdə artıq normaya çevrilib. Vallahi, axırda adımız çıxacaq. Artıq çıxıb da. Başqa ölkələrdə Azərbaycan, Bakı adı çəkiləndə dilucu “ooo, Baku, orda olmuşam, əla şəhərdir” deyir, ardınca “amma yaman bahaçılıqdır” deyə əlavə edirlər.
Dərhal bilirsən ki, adamı ya taksidə küçə-küçə dolaşdırıb 3-5 manatlıq yola 40-50 manatını alıblar, ya da hansısa restoranda 3-4 nəfərlə birlikdə bir öynə yemək yeyib, hesabları 150 manat tutub.
Yohannesburqdan Yakutska, Torontodan Vellinqtona qədər bütün dünyada ən bahalı çayın Bakı bulvarında verildiyini bilmirsinizsə, bilin və qürur duymaq imkanınız varsa, duyun. 200 qram isti maye adamın mədəsinə Burqund şərabının qiymətinə enir, az qala.
Bir bu, olsa nə vardı ki? Acgözlük bütün sahələrdə var. Məsələn, yeni bulvardakı “Şeytan çarxı” nədən işləmir, bilirsiniz?
Minən yoxdur. Çünki bir dəfə fırlanıb düşməyin qiyməti 10 manatdır. 10 tələbə qrup şəklində minib-düşsə, 100 manat edir, 5 nəfərlik ailənin şəhərə “quş baxışı” 50 manat tutur. Ona görə də nə vaxt baxırsa, “Şeytan çarxı” hərəkətsizdir, “bismillah” elədiyi yoxdur.
Qayıdaq vağzala. 1-2 həftə əvvəl hansısa “mərdiməzar” İsveçrədə 5-6 saatlıq parkinq üçün 25 avro ödədiyini yazmışdı. Görünür, bu qeyd dəmiryol idarəsindəki parkinq işinə baxanları gözünə dəyib, deyiblər, Bakı Sürixdən balaca şəhərdirmi ki, orda parkinq o qiymətə olsun, bizdə olmasın.
Ta demirlər ki, bura İsveçrə deyil, buranın camaatı isveçrəlilərin bir ayda qazandığını 1 ilə qazana bilmir.
Uzun sözün kəsəsi, gücümüz yalnız alqış etməyə çatır: Allah gözünüzü doydursun, acgöz adamlar./musavat.com
Samir SARI
Digər xəbərlər
Tarix: 27-03-2024 12:20 | Bölmə: Ölkə / Sosium | Baxış: 143

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024