«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Səfərbərliyə cəlb olunanların yarısı evə göndərilir - Rusiya əsgər toplamaqda çətinlik çəkir /FOTO

Tarix: 03-10-2022 16:00 | Bölmə: Ölkə | Baxış: 170



“Vladimir Putinin qismən səfərbərlik elanından sonra Rusiyada tələsik və düşünülməmiş şəkildə çağırış vərəqələri paylanmağa başlandı. Nəticədə yaşlılar, tələbələr və yararsız mülki şəxlər hərbi xidmətə çağırıldılar.
Bu yolla minlərlə şəxs səfərbərliyə cəlb edilsə də, sonradan onların böyük əksəriyyəti hərbi xidmətə yararsız hesab olunaraq, evə göndərildilər. Bu, Rusiyada böyük narazılıqlara və bir çox hərbi məmurların işdən çıxarılmasına səbəb oldu”.

Bu barədə Britaniyanın “Daily Mail” nəşrinin dərc etdiyi məqalədə bildirilir.
Nəşrin məlumatına görə, Rusiyanın Xabarovsk vilayətinin hərbi komissarı Yuri Layko yeni heyətin yarısının çağırış meyarlarına uyğun gəlmədiyi üçün tutduğu vəzifədən uzaqlaşdırılıb.

Həmçinin Rusiyanın Qərb Hərbi Dairəsinin komandiri, 56 yaşlı Aleksandr Juravlev də bu səbəbədən istefaya göndərilib.



Rusiyanın Xabarovsk vilayətinin qubernatoru Mixail Deqtyarev səfərbərliyə cəlb olunanların yarısının hərbiyə yararsız olduğunu deyib: “10 gün ərzində bir neçə min soydaşımız çağırış vərəqəsini alıb və komissarlığa gəlib. Ancaq onların təxminən yarısı hərbi xidmətə qəbul üçün seçim meyarlarına cavab vermədiyi üçün evə göndəriliblər”.

Xəbərdə qeyd olunur ki, Rusiyanın ən böyük bölgəsi olan Yakutiyadan olan 300 nəfər şəxs səhvən səfərbərliyə cəlb olunduqları üçün geri qaytarılıblar.

Sibirin Omsk vilayətindən olan çağırışçılardan biri öz müraciətində səfərbərliklə bağlı təəsüratlarını danışıb: “Bizi tarlaya atdılar. Burada nə etdiyimiz barədə heç bir fikrim yoxdur. Biz burada tək deyilik. Burada 800 nəfər var. Gözləyirik”.

Açıq yerə atılanlar arasında Norilsk Arktika forpostunda səfərbər edilmiş kişilər də var.

Rusiyalı şərhç Maksim Yusin vəziyyətin yaxşı olmadığını bildirib: “İşlər o qədər də yaxşı getmir. Düşünürəm ki, hər kəs vicdanla etiraf edəcək ki, səfərbərliyin hərbi əməliyyatların gedişatını dəyişməyə kömək edib-etməyəcəyi məlum deyil”.

Press-fakt.com





Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024