10 MİN TƏLƏBƏNİN TALEYİ NECƏ OLACAQ?- “Təhsil Nazirliyi bu tələbələri siyahıya almalıdır”
Rusiyanın Ukraynaya hücumu bu ölkədə yaşayan soydaşlarımızı da çətin vəziyyətdə qoyub. Rusiyanın işğalçı siyasəti nəticəsində minlərlə azərbaycanlı Ukraynanı tərk etmək məcburiyyətində qalıb. Həmçinin bu ölkədə təhsil alan azərbaycanlı tələbələr də təhsillərini yarıda saxlayaraq, vətənə qayıdıblar.
Məlumat üçün qeyd edək ki, Ukrayna azərbaycanlıların ən sıx məskunlaşdığı ölkələrdən biridir. Rəsmi statistikaya əsasən, muharibədən əvvəl Ukraynada iki yüz mindən artıq azərbaycanlı yaşayırdı. Bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayının 10 mindən artıq olduğu bildirilir. Ukraynada ali təhsil almaq nisbətən asan və münasib olduğundan, hər il bu universitetlərə minlərlə azərbaycanlı müraciət edir. Azərbaycanlı tələbələr əsasən Kiyev və Xarkovda yerləşən universitetlərdə təhsil alırlar. Ancaq hazırda muharibənin əsas mərkəzinə çevrilən bu şəhərlərdə nəinki təhsil almaq, sağ qalmaq belə çətindir. Ukraynadakı vəziyyətin nə zaman normallaşacağı isə məlum deyil.
Amma gerçəklik budur ki, muharibə yaxın tarixdə bitsə belə, Ukraynada həyat əvvəlki kimi olmayacaq. İşğalçılar hər gün Ukraynadakı yaşayış binalarını, infrastrukturları, hətta məktəb və bağçaları belə bombaladıqlarından, bu ölkədə həyatın əvvəlki axarına dönməsi üçün hələ bir neçə il vaxt lazım olacaq. Belə olan halda azərbaycanlı tələbələrin Ukraynaya qayıdaraq təhsillərini davam etdirmələri o qədər də real görünmür. Hazırda 10 mindən artıq tələbənin gələcək taleyi böyük sual altındadır.
Bu məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, Ukraynada təhsil alan tələbələrin Azərbaycan universitetlərinə transferi müzakirə olunmur. Bir neçə gün öncə brifinqdə Təhsil naziri Emin Əmrullayev də bu məsələyə öz münasibətini bildirərkən deyib ki, Ukraynada təhsil alan tələbələrin Azərbaycan universitetlərində təhsillərini davam etdirməsi ilə bağlı məsələ hazırda müzakirə mövzusu deyil.
Mövzuyla bağlı təhsil eksperti Kamran Əsədov təsdiq edib ki, Ukraynada 10 min azərbaycanlı tələbə təhsil alır: “Hazırda bu tələbələrin Ukraynada təhsillərini davam etdirmələri mümkün deyil. Dağıntılar səbəbindən yaxın bir neçə ildə Ukraynada normal təhsil mühitinin bərpa olunacağı da real görünmür. Ukraynada aparılan hərbi əməliyyatlar bu ölkədə ali təhsil alan minlərlə azərbaycanlı tələbəni təhsildən uzaqlaşdırıb. Nəzərə alsaq ki, münaqişənin yaxın tarixdə bitəcəyi real görünmür və dağıntılar nəticəsində Ukraynada təhsil alan tələbələrin sənədləri məhv olur, belə olan halda vaxt itirmədən bu tələbələri siyahıya alaraq, onlar haqqında müvafiq qərarlar qəbul olunmalıdır”.
Ekspert qeyd edir ki, Ukraynadakı vəziyyət normallaşana qədər tələbələr distant formada təhsil ala bilərlər: “Ukraynadakı hərbi əməliyyatların nə qədər davam edəcəyi məlum deyil. Tələbələrin əksəriyyəti muharibə uzanacağı təqdirdə çıxış yolu kimi Azərbaycan universitetlərinə köçürülmələrini istəyirlər. Amma hazırki qanuna görə akkreditə olunmayan xarici ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan universitetlərinə köçürülməsi mümkün deyil”.
K.Əsədov qeyd edib ki, bir ali təhsil müəssisəsindən digər universitetə köçürülmək, eləcə də təhsil formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər əvvəlcə Təhsil Nazirliyi tərəfindən yoxlanılır: ”Tələbə-məzun dövlət elektron məlumat sistemi üzrə sənədlərə baxılır, xaricdən köçürülən tələbənin beynəlxalq imtahan nəticələri, təhsil aldığı müəssisənin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və s. yoxlanıldıqdan sonra müvafiq qərar qəbul edilir. Xarici ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə razılıq məktubu göndərilir.
Bu qaydalardan məlum olur ki, hazırda Ukraynada təhsil alan tələbələrin ölkəmizdəki ali təhsil ocaqlarına köçürülmələri mümkün deyil. Çünki onlar bu ölkədəki ali təhsil müəssisələrinə attestat və daxili imtahan əsasında qəbul olublar. Düşünürəm ki, Təhsil Nazirliyi Ukraynada təhsil alan azərbaycanlı tələbələrin ixtisasları üzrə ölkəmizin ali təhsil müəssisələrinə köçürülmələrini və onların burada təhsillərini davam etdirmələri üçün müvafiq qərar qəbul etməlidir”.
Elvin Bəyməmmədli
Digər xəbərlər
Tarix: 06-03-2022 20:38 | Bölmə: Ölkə | Baxış: 185

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024