“QƏTƏRDƏ VƏ ƏMİRLİKLƏRDƏ BİR NEÇƏ ON MİLYARDI VAR ” – Belarus lideri nə etməyə hazırlaşır?
Belarus Prezidenti Aleksandr Lukaşenko vəzifəsindən getdikdən sonra özü və ailəsi üçün təhlükəsizlik və rahat həyat təminatı üçün “Prezident haqqında” qanunu dəyişdirib.
Dəyişikliklərə əsasən, keçmiş prezident vəzifə səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı fəaliyyətinə görə məsuliyyət daşıya bilməz, onun tutulması, həbs edilməsi və ya istintaqa cəlb edilməsi qadağandır.
Toxunulmazlıq onların mənzil, nəqliyyat, rabitə, arxiv və digər əmlakına, o cümlədən yazışmalarına şamil edilir. Bundan əlavə, eks-prezident daimi yaşayış üçün pulsuz dövlət daşınmaz əmlakı, o cümlədən tikililər olan torpaq sahəsi alacaq.
Maraqlıdır, Lukaşenko bu dəyişikliyə niyə gedir? Onun təhlükəsizlik qayığları nə ilə bağlıdır?
Siyasi ekspert Sergey Bulba Rusiya mediasına müsahibəsində bildirib ki, Aleksandr Lukaşenko yeni ildən əvvəl də eyni əhval-ruhiyyədə idi:
“Başa düşür ki, səhhəti tükənir. Mənə ən etibarlı görünən məlumata görə, Lukaşenko üzunmüddətli ürək-damar xəstəlikləri səbəbindən ikinci dərəcəli şəkər xəstəliyinə tutulub. Bu xəstəlik onun həyatı tərk etməsi təhlükəsini on qat artırır. Ona görə də çox narahatdır.
Yeni ilə qədərki dövrdə Afrika ölkələrini gəzdi, oğlunu Çinə göstərmək üçün ora uçdu… O, bir həftə Birləşmiş Ərəb Əmirliklərində olub: bildiyimizə görə, belarus xalqından oğurladığı pulları Qətər və Birləşmiş Ərəb Əmirliklərində saxlayır.
Rəsmi məlumatlara görə, o bir həftə ərzində mühüm simaların heç biri ilə görüşmədi.
Sonra deyirlər ki, yüksək rütbəli ruslardan birinin xahişi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şahzadəsi ilə görüşüb, görüşdə böyük və kiçik oğlu iştirak edib.
Yəni, Aleksandr Qriqoryeviç ilk növbədə ora qoyulan pula nəzarət etməkdə maraqlıdır, görünür, o, şahzadəni birtəhər inandırmağa çalışır ki, əgər ona nəsə olarsa, iki varisi var, bu barədə hər şey qaydasındadır, onları heç kəs incitməsin, onlar da Lukaşenko kimi yaxşıdırlar.
Qəribədir ki, səfərə ortancıl oğlunu götürməyib”.
Qeyd edək ki, Lukaşenko ölkədə bütün dövlət qurumlarından qanuna riayət etməyi, ən əsası dövlət vəsaitlərinə qənaət etməyi tələb edir.
Bununla belə, “Prezident haqqında” qanuna edilən dəyişikliyə görə, eks-prezident mülkiyyətinə keçən əmlaka görə gəlir vergisindən azad olunur.
O, hava limanlarından, aerovağzallardan, avtovağzallardan, dəmiryol vağzallarından, çay limanlarından özü və qonaqları pulsuz istifadə etmək hüququna malikdir.
Sergey Bulba bu ziddiyəti belə şərh edir: “Lukaşenkonun Birləşmiş Ərəb Əmirliklərində saxladığı sərvəti bir neçə on milyarddır, amma tramvay biletlərini özünə pulsuz etməsi onun şəxsiyyətindən xəbər verir.
Qeyd etmək lazımdır ki, o, kinlidir, həmişə soyuqqanlı şəkildə qurduğu sxeminə ciddi şəkildə riayət edir.
Xatırlayıram, hələ 1996-cı ildə 13-cü çağırış Ali Şura qanunsuz olaraq dağıdılanda alman kəşfiyyatçısı Hans-Georg Wieck ATƏT xətti ilə Belarusda işləyirdi.
O, Lukaşenkodan soruşdu ki, sən nə etmək istəyirsən? Lukaşenko ona bütün bu sxemi təsvir etdi, dedi ki, sağlamlığım icazə verilənə qədər hökmranlıq edəcəm və sonra kənara çəkiləcəyəm, lakin tam təminat alacağam. Yəni indi açıqlanan yeni plan deyil”.
Siyasi ekspert hesab edir ki, Lukaşenkonun özünə tam toxunulmazlıq təminatı alması Belarusda heç kiç üçün sürpriz deyil: “Yeganə məsələ odur ki, silahlı qüvvələr, təhlükəsizlik xidməti və rus lobbisi 2020-ci il hadisələrindən dərhal sonra qərar qəbul etmişdilər. Lukaşenko Belarusun etirazlarından o qədər qorxdu ki, bu qərara etiraz etmədi.
Razılaşmaya görə, əgər Lukaşenkonun başına qəfil nəsə gəlsə, o zaman hakimiyyət Təhlükəsizlik Şurasının rəhbərliyinə keçəcək. Görünür, indi o, bu haqda fikirləşib, özündən sonra hakimiyyəti varisinə ötürmək üçün bütün lazımi tədbirləri görür”.
Sergey Bulba Belarus liderini Rusiyanın hazırladığı dublyorun əvəz edəcəyi barədə ehtimalları belə dəyərləndirib: “Düzünü desəm, Rusiyada dublyorların olmasına az adam şübhə edir. 2000-ci illərin əvvəllərindən bu belədir. Bizdə eksklüziv məlumat var ki, Lukaşenko Putindən dublyor istəyib.
Amma, birincisi, ona bənzəyən xarakter, elə onun boyda adam tapmadılar. Digər tərəfdən, plastik cərrahlar, loqopedlər və s. dublyorun prezidentə oxşarlıq faizini təxminən 85% -ə çatdırmağı bacardılar.
Amma Lukaşenko bundan həqiqətən də istifadə etmir, sanki dublyoru hansısa sandıqda, kabinetdə gizlənir, amma istismar edilmir, çünki o, hər hansı sahədə özü qərar verməyi sevir”.
Rasim Əliyev
Digər xəbərlər
Tarix: 05-01-2024 16:30 | Bölmə: Persona | Baxış: 66

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024