«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"PUTİNİN BUNDAN SONRA ƏN AZI 20 İL ÖMÜR SÜRMƏK POTENSİALI VAR"- Professor Xavinson

Tarix: 11-01-2024 21:00 | Bölmə: Persona | Baxış: 85



"Onun kəşf etdiyi preparatlar son 40 ildə 112 milyon pasiyent tərəfindən qəbul edilib..."
 
"Bu möcüzəli "gəncləşdirici" peptidlərdən Brejnev, Andropov və Yeltsin də yararlanıb..."
 
Putinə bundan sonra 20 il dolğun həyat vəd edən, özünə 120 il ömür arzulayan, diktatorun şəxsi herontoloqu, professor 77 yaşında dünyasını dəyişib
 
Öz elmi kariyerasını qocalıqla mübarizəyə həsr edən tibb elmləri doktoru, alim Vladimir Xavinson Sankt-Peterburqda vəfat edib.
 
Bu barədə "moscowtimes.ru" nəşri məlumat verib.
 
Professor, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyasının akademiki, yaşəleyhinə təbabət texnologiyasının müəllifi, peptid biotənzimləyicilərinin yeni siniflərinin eksperimental və kliniki tədqiqatlar sahəsində aparıcı elmi əməkdaşı 77 il yaşayıb, hərçənd 100 illik yubileyini qeyd etməyə ümid edib.

Onun ölümünün səbəbi rəsmən açıqlanmayıb. 
 
Ehtiyatda olan tibb xidməti polkovniki 1946-cı ildə Almaniya Demokratik Respublikasında zabit Hatskel Xaimoviç Xavinson və Anna Yakovlevna Xavinsonun ailəsində anadan olub. 
 
1970-ci ildən başlayaraq qocalma mövzusunu fəal şəkildə öyrənməyə başlayıb. Yüksək fizioloji aktivliyə malik peptid biotənzimləyicilərinin kəşfi ona dünya şöhrəti qazandırıb.
 
Onun tərəfindən işlənib hazırlanan və tibbi praktikada tətbiq edilən 13 peptid preparat son 40 ildə 112 milyon pasiyent tərəfindən qəbul edilib.
 
O cümlədən Xavinsonun preparatlarından Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak edənlər və Spitak zəlzələsi zamanı zərərçəkənlər yararlanıb. 
 
Onun möcüzəvi təsirə malik "gəncləşdirici" peptidləri digər müalicə metodları tükənəndən sonra xəstəliklərinin sonuncu mərhələsində Brejnev və Andropov tərəfindən qəbul edilib. 
 
1996-cı ildə bu preparatlardan Yeltçin istifadə etməyə başlayıb və onun müəllifi növbədənkənar polkovnik hərbi rütbəsi alıb. 
 
Putin Kremlə köçəndən sonra həmçinin Xavinsonun uzunömürlülük metodları ilə maraqlanıb və hətta onu öz yaxın ətrafının dairəsinə daxil edib. 
 
Alimin dəyərləndirməsinə görə, Rusiya prezidentinin bundan sonra ən azı 20 il ömür sürməsi üçün "çox gözəl potensialı var".
 
Üstəlik, professir Xavinson Putini müasir kişinin nümunəsi hesab edir, bu  barədə o, öz müsahibələrində dəfələrlə bəyan edib.
 
"Bax, kişi belə görünməlidir, - o "Fontanka.ru" nəşrinə müsahibəsində Rusiya prezidentinin qurşağadək çılpaq fotoşəklinə nəzər salaraq deyib.
 
Onun ideallığı nədədir? O, içki içmir, siqaret çəkmir, idmanla məşğul olur. Ondan nümunə götürmək lazımdır! Hamı-gənclər və gənc olmayanlar belə davranmalıdır". 
 
Xavinsonun sözlərinə görə, Putinin qibtəedici herontoloji potensialı bir neçə amillərdən ibarətdir.
 
"Keçmişi nəzərə alsaq, bu potensial onun idman ustası olması, düzgün həyat tərzi, hərbi tərbiyəsi və sairədir, hazırda isə bildiyim qədər pəhrizə riayət etməsi və bədən tərbiyəsi ilə məşğul olmasıdır, - o, deyib.
 
Hesab edirəm ki, bizim prezidentimizin potensialı çox yüksəkdir. Ona görə yox ki, mən kimsədən qorxuram, mən müstəqil adamam, amma o, nümunədir. Hesab edirəm ki, çox gözəl potensialdır". 
 
2016-cı ildə Sankt-Peterburq Biotənzimləmə və Herontologiya İnstitutunun direktoru Vladimir Xavinson "səhiyyənin, tibb elminin inkişafına verdiyi böyük töhvələrə və uzun illər vicdanlı əməyinə görə" Dostluq Ordeni ilə təltif edilib. Yüksək mükafat ona prezident Putin tərəfindən təqdim edilib.
 
Professorun özü də həmçinin Avropa ailəsindən çıxanlara məxsus olan sağlam həyat tərzi keçirib, 120 il ömür sürməyi planlaşdırıb. Onun sözlərinə görə, kəşf etdiyi preparatlar orqanizmi möhkəmləndirir və ömrü uzadır.
 
Hələ Sovet İttifaqında Ukrayna Herontologiya İnstitutu ilə birgə biz tədqiqatlar aparmağa başladıq, 15 il ərzində biz ildə 2 dəfə bu preparatları insanlara yeridirdik, - professor danışıb.
 
Bu, orqanizmin funksiyalarının artmasına gətirib çıxarıb. Təcrübədə iştirak edənlərin bəzilərinin 90-dan çox yaşı var. Ölüm halları 45 faiz azalıb. Hazırda kimin kimi-tədqiqat müəlliflərinin, yaxud sınaqdan keçirilənlərin bir- birini üstələməsi bəlli deyil.
 
Ümumiyyətlə isə insanın potensialı ona 120 il yaşamağa imkan verir. Hələ İncildə, Əhdi-Ətiqdə Tanrı insana məhz bu qədər ömür yazıb. Ginnesin Rekordlar Kitabına görə, fransız qadın Anna Kalman 122 il, rusiyalı qadın Varvara Semenyakova 117 il ömür sürüb. Ona görə də insan ən azı 100 il yaşamalıdır. 
 
Vladimir Xavinsonun özünün öz preparatlarını qəbul etməsi bu gün bəlli deyil. Həmçinin onun ölümdən öncəki sağlamlıq vəziyyəti açıqlanmır. Rəsmi nekroloqda onun xroniki xəstəliklərdən əziyyət çəkməsi də göstərilmir./moderator

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024