«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
VİTSE-ADMİRAL SÜBHAN BƏKİROV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - DOSYE

Tarix: 12-01-2024 19:30 | Bölmə: Persona | Baxış: 122



Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirov ehtiyata buraxılıb.
Bu barədə Pravda.az etibarlı mənbədən məlumat əldə edib.

Qeyd edək ki, Müdafiə Nazirliyi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsinin ehtiyata və istefaya göndərildiyini dair məlumat yayıb.

Press-fakt.com xatırladır ki, Sübhan Bəkirov 1964-cü il avqustun 4-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 

1982–1984-cü illərdə Sovet Ordusunun sıralarında, üzaq şərq vilayətində hərbi xidmətdə olub.

1993-cü ildən Azərbaycan Ordusunun Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının 23 nömrəli hərbi zavodunda müxtəlif vəzifələrdə çalışıb.

1993-cü ildə Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər hərbi gəmi təmiri zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub.

1997–2013-cü illərdə Müdafiə Nazirliyində və Azərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib.

2014-cü ildə müdafiə nazirinin əmrinə əsasən hərbi gəmi təmiri zavodunun baş mühəndisi — zavod rəisinin müavini vəzifəsinə, bir müddət sonra isə zavod rəisi ("n" saylı hərbi hissənin komandiri) vəzifəsinə təyin olunub.

2016-cı ilin iyun ayında müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanının Maddi Texniki Təminat üzrə müavini- Maddi Texniki Təminat Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2017-ci il tarixli 3006 nömrəli Sərəncamına əsasən Sübhan Bəkirov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 12 mart 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2020-ci il tarixli Sərəncamına əsasən kontr-admiral ali hərbi rütbəsi verilib.



Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı Dəniz Xüsusi Təyinatlıları tərəfindən Araz boyu istiqamətində 23 kənd, bir sıra yaşayış məntəqəsi və eləcə də, adsız yüksəkliklər daxil olmaqla Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Sübhan Bəkirov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 4 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Vitse-admiralı ali hərbi rütbəsi verilib.

Asudə vaxtlarında idmanla məşğul olmağı, kitab oxumağı, şeir yazmağı sevir və bir neçə şeir kitablarının müəllifidir.

Ailəlidir. Üç övladı var.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024