Zəngilan üzrə xüsusi nümayəndə kimdir? - Babası Prezidentin mətbuat katibi olub
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vahid Hacıyevi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda özünün xüsusi nümayəndəsi təyin edib.
Press-fakt.com modern.az-a istinadla Vahid Hacıyev barədə məlumatları oxuculara təqdim edir.
O, əslən Şuşadan olan tanınmış nəslin nümayəndəsidir.
Qeyd edək ki, Zəngilan üzrə xüsusi nümayəndə bu təyinatadək Azərbaycanın kənd təsərrüfatı sahəsində ixtisaslaşan böyük şirkətlərindən biri olan “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyəti sədri vəzifəsini tutub. O, həmin vəzifəyə 2020-ci ilin aprelində təyin olunmuşdu.
Daha əvvəl isə 13 il “BP Azerbaijan” neft şirkətində müxtəlif yüksək vəzifələrdə çalışıb.
Onun “BP Azerbaijan”da sonuncu vəzifəsi Ticarət Əməliyyatları Kəşfiyyatı üzrə Biznes menecer olub.
Vahid Hacıyevin atası Rasim Hacıyev tanınmış göz həkimi, tibb elmləri doktoru, professordur. Rasim Hacıyev Şuşa rayonunun Malıbəyli kəndində doğulub, Azərbaycan Tibb Universitetini bitirib. O, hazırda Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun "Göz Xəstəlikləri" kafedrasının professoru, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin "Patologiya refraksiya və oftalmoerqonomika" şöbəsinin müdiridir.
Vahid Hacıyevin anası Lalə Hacıyeva (Mirzəyeva) Bakı Dövlət Universitetində çalışır, filologiya elmləri namizədidir. Yeri gəlmişkən, Lalə Hacıyeva mərhum jurnalist Osman Mirzəyevin qızıdır. O, vaxtilə “Lalə Mirzəyeva” imzası ilə BBC radiosunun Azərbaycan xidmətinin əməkdaşı olub. Lalə xanım 2000-ci ildən BDU-nun Jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimidir.
Xüsusi nümayəndə Vahid Hacıyev ata babasının adını daşıyır.
Babası Vahid Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, biologiya elmləri doktoru, professor olub. O, Şuşa şəhərində anadan olub. Uzun müddət elm sahəsində fəaliyyət göstərib. Mərhum Vahid Hacıyev 1952-1957-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda baş elmi işçi, 1957-1958-ci illərdə Botanika Bağında direktor əvəzi, 1957-1972-ci illərdə yenə həmin institutda elmi işlər üzrə direktor müavini olub.
1972-1973-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun direktoru vəzifəsini icra edib. 1978-1988-ci illərdə isə institutun elmi işlər üzrə direktor müavini kimi fəaliyyət göstərib. 1988-2008-ci illərdə direktor vəzifəsini icra edib. O, 1983-cü ildə Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü (akademiki) seçilib.
Akademik Vahid Hacıyev ömrünün sonlarında Elmlər Akademiyasının Botanika İnstitutunda Geobotanika şöbəsinin müdiri vəzifəsini tutub. O həm də Azərbaycan Botaniklər Cəmiyyətinin sədri olaraq fəaliyyət göstərib. Vahid Hacıyev 7 aprel 2008-ci ildə vəfat edib.
Xüsusi nümayəndə Vahid Hacıyevin ana babası Osman Mirzəyev tanınmış jurnalist olub,
fəaliyyətə “Molodyoj Azerbaydjana” qəzetindən başlayıb, “Vışka” qəzetində redaktor müavini vəzifəsinədək yüksəlib. “Əməkdar jurnalist” fəxri adına, “Qızıl qələm” mükafatına layiq görülüb.
Azərbaycan Dövlət Televiziyasında (AzTV) “Dalğa” ictimai-siyasi televiziya verilişinin yaradıcısı və aparıcılarından biri olub. 1990-cı ilin avqustundan Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidmətinin rəhbəri işləyib. (Osman Mirzəyev eks-prezident Ayaz Mütəllibovun mətbuat katibi olub-red.). Bir neçə kitabın müəllifidir.
Vətənpərvər jurnalist 1988-89-cu ililərdə Moskvanın Dağlıq Qarabağ siyasəti və Xüsusi İdarə Üsulunu tənqid edərək, erməni separatçıları və onların havadarlarının məkrli əməlləri barədə xəbərdarlıq edib.
Osman Mirzəyev 1991-ci il noyabrın 20-də Azərbaycanın yüksək rütbəli dövlət xadimlərini Qarabağa aparan vertolyotun göyərtəsində olarkən Xocavənd rayonunun Qarakənd yaxınlığnda erməni qəsbkarları tərəfindən qətlə yetirilib.
Digər xəbərlər
Tarix: 04-05-2022 21:44 | Bölmə: Persona | Baxış: 213

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024