«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Mən sərvətimi itirməkdən qorxmuram...”- Bill Qeyts süni intellekdən qorxmamağa çağırır

Tarix: 17-01-2024 21:45 | Bölmə: Persona | Baxış: 88



“Microsoft» şirkətinin qurucusu, dünyanın ən varlı adamlarından biri Bill Qeyts süni intellektin yaxın beş il ərzində hamı üçün əlçatan olacağını proqnozlaşdırır.

ABŞ-ın CNN telekanalına danşan Qeyts, bu barədə həyəcan dolu hesabatlara diqqət çəkib, süni intellektin inkişafının dünyada milyonlarla iş yerini qapadacağı barədə iddiaları dəyərləndirib.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu bu həftə dünyada iş yerlərinin təxminən 40%-nin süni intellektin artmasının təsirinə məruz qalacağını açıqlayıb.

Qeyts bu fikirlə mütləq şəkildə razılaşmır, lakin o inanır ki, tarix hər yeni texnologiya ilə qorxu və daha sonra yeni fürsətlər olduğunu göstərir.
“1900-cü ildə kənd təsərrüfatı məhsuldarlığı ilə bağlı olduğu kimi. 

O zaman insanlar “Hey, insanlar nə edəcəklər?” deyirdilər. Əslində, çoxlu yeni sahələr, yeni iş kateqoriyaları yaradıldı və biz indi hamının təsərrüfat işi ilə məşğul olduğu vaxtdan daha yaxşı vəziyyətdəyik”, - milyarder vurğulayıb.

Qeyts süni intellektin hər kəsin həyatını asanlaşdıracağını proqnozlaşdırıb, xüsusən də həkimlərə sənədləşmə işlərində dəstək məsələsinə diqqət çəkib. "Çünki bu, həkimlərin sevmədikləri işin bir hissəsidir, biz bunu çox səmərəli şəkildə həll edə bilərik", - o deyib.

Müasir avadanlıqlara ehtiyac olmadığını bildirən milyarder, süni intellektə daxil olmaq üçün kompüter, telefon vasitəsi ilə internetdən istifadə olunacağını deyib.

O, həmçinin “OpenAI” proqramının ChatGPT-4 ilə təkmilləşdirilməsinin maraqlı olduğunu söyləyib: “Çünki ChatGPT-4 əslində oxuya və yaza bilir və bu, demək olar ki, ağ yaxalıqlı bir işçi kimi repetitor olmaq, sağlamlıqla bağlı məsləhətlər vermək, kod yazmaq, texniki dəstək zənglərində kömək edə bilər.

Bu texnologiyanın təhsil və ya tibb sektorlarına daxil edilməsi fantastik nəticələrə səbəb olacaq”.

Qeytsin sərvəti 140 milyard dollardır və “Bloomberg”in “Milyarderlər İndeksi”nə görə, bu sərvət onu Yer kürəsinin dördüncü ən zəngin adamı edir. Lakin o, bütün pulunu xərcləməsəydi, çox güman ki, hələ də dünyanın ən zəngin insanı olacaqdı.

O, CNN-ə deyib ki, sərvətini itirməkdən narahat deyil. Xeyriyyəçilik fəaliyyəti ilə bağlı suala cavabında milyarder deyib ki, öz ehtiyacları üçün kifayət qədər pulu var. 

"Mən özümü adi siyahıya enməyə məcbur edirəm və tamamilə bu sırada olduqda özümlə fəxr edəcəm", - o əlavə edib.



“Microsoft”un həmtəsisçisi və Qeytsin keçmiş həyat yoldaşı Melinda Frenç də sərvətlərinin böyük hissəsini 20 il əvvəl birlikdə qurduqları fonda, eləcə də digər xeyriyyəçilik işlərinə bağışlamağa söz verib.

2022-ci ildə Qeyts fonda 2026-cı ilə qədər hər il 9 milyard dollardan çox bağışlamaq niyyətində olduğunu açıqlayıb.

O, Uorren Baffet kimi tərəfdaşlarının vəqfinə təxminən 100 milyard dollar bağışladığını açıqlayıb. Qeyts ildə 9 milyard dollar olmaqla təqribən 20 il ərzində bütün sərvətini bağışlamağı düşünür.

Rasim Əliyev

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024