“QIRMIZILARIN QƏNİMİ”- Amerika kəşfiyyatına 40 min səhifəlik məxfi informasiya ötürən agent
O, 1972-ci ildə ABŞ-ın Bonndakı səfirliyinə gizli məktub göndərib, Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib.
Səfirlik əməkdaşları Polşa Silahlı Qüvvələrinin Baş Qərargahının yüksək vəzifəli əməkdaşı Riçard Kuklinskinin məktubuna dərhal reaksiya veriblər.
Bir neçə günlük araşdırmadan sonra Polşa ərazisində Kuklinski ilə ABŞ səfirliyinin iki əməkdaşının gizli görüşü keçirilib.
Kuklinski müvafiq təlimatlar aldıqdan sonra Mərkəzi Kəşfiyyat İdarəsinin agenti kimi fəaliyyətə başlayıb. Bu fəaliyyətin müqabilində ona yüksək “qonorar” vəd edilib.
Qeyd edək ki, 1930-cu ildə Varşavada anadan olan Kuklinski əvvəlcə Polşada ali hərbi təhsil alıb, daha sonra təhsilini SSRİ-də Voroşilov adına Hərbi Akademiyada davam etdirib.
Qısa müddət ərzində Kuklinski hərbi karyerasında böyük uğurlar əldə edib və o, sosialist blokuna daxil olan Polşanın Silahlı Qüvvələrinin Baş Qərargahında yüksək vəzifəyə təyinat alıb.
Məhz bu vəzifədə xidmət edərkən Kuklinski 1968-ci ildə Sovet İttifaqı və Varşava Müqaviləsi Təşkilatının qoşunlarının Çexoslovakiyaya yeridilməsində iştirak edib.
“Dunay” əməliyyatı və “Praqa baharı” kimi tarixə düşən bu hadisələr Kuklinskinin siyasi baxışlarını dəyişib. 1994-cü ildə qələmə aldığı xatirələrdə Kuklinski “Dünay” əməliyyatı haqqında təəssüratlarını aşağıdakı kimi bölüşüb:
“Bu əməliyyatda iştirak edən qoşunların əsas hissəsi SSRİ-dən idi. Hadisələrin canlı şahidi kimi onu deyə bilərəm ki, sovet hərbçilərinin təcavüz ehtirası qədərindən də artıq idi.
Mən bu hadisədən sonra belə qənaətə gəlmişdim ki, SSRİ istənilən vaxt, sosialist blokuna daxil olan istənilən ölkədə öz siyasi maraqlarını təmin etmək üçün Praqa hadisələrini düşünmədən təkrar edə bilər. Bu, məni hədsiz dərəcədə narahat edirdi...”
Kuklinskini narahat edən digər bir məsələ Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Boleslav Xaxo ilə qeyri-rəsmi söhbətləri olub. General bu söhbətlərdə Kuklinskiyə SSRİ-nin qərb məsələlərinə görə istənilən vaxt Polşa ilə hərbi konfliktdə girəcəyinə şübhə etmədiyini bildirib.
Bu narahatlıqlar 1972-ci ildə Kuklinskini gələcək planları ilə bağlı yeni qərarlar verməyə məcbur edib və yuxarıda qeyd etdiyimiz kimi o, ABŞ-ın Bonndakı səfirliyi vasitəsi ilə Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa başlayıb.
1981-ci ilə qədər Amerika kəşfiyyatına işləyən Kuklinski Mərkəzi Kəşfiyyat İdarəsinə 40 min səhifədən artıq məxfi məlumatlar ötürüb. Bu, Kuklinskinin agent kimi məhsuldarlığının əsas göstəricisi olub.
ABŞ rəsmiləri Kuklinskini qəhrəman kimi qəbul ediblər, onu Mərkəzi Kəşfiyyat İdarəsinin ən uğurlu və ən məhsuldar agenti kimi dəyərləndiriblər.
1982-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Keysi ABŞ prezidenti Ronald Reyqana ünvanladığı məktubda Rıçard Kuklinski haqqında yazıb: “Son 40 ildə Rışard Kuklinski kimi kommunizmə zərbə vuran ikinci bir şəxs olmayıb. O qırmızıların qənimidir...”
Bu “zərbə”lərə görə Kuklinski Reyqan tərəfindən ABŞ-ın ən yüksək dövlət mükafatlarından biri sayılan “Distinguished Intelligence” medalı ilə təltif edilib.
Kuklinski agent kimi fəaliyyət göstərərkən onu hansı təhlükələr gözlədiyini də yaxşı anlayıb. Bu ərəfədə onun haqqında müəyyən, ancaq sübuta yetirilməyi mümkün olmayan şübhələr də yaranıb. Nəhayət, 1981-ci ildə Kuklinski özünün və ailəsinin təhlükəsizliyini təmin etmək üçün Amerikaya qaçıb.
1984-cü ildə Polşa Hərbi Tribunalı polkovnik Rıçard Kuklinskiyə qiyabi ölüm cəzası hökmü çıxarıb. Bununla da onun Polşaya qayıtması mümkünsüz olub.
Kommunist rejiminin süquta uğraması Kuklinskinin Polşaya yollarını açıb. 1999-cu ildə Polşa NATO-ya üzv olduqdan sonra hərbi tribunalın 1984-cü ildə çıxardığı hökm ləğv edilib, o, tam bəraət alaraq Polşaya qayıdıb.
Hələ Amerikaya qaçmazdan əvvəl Kuklinski ilə bağlı diqqət çəkən məqamlardan biri də onun son dərəcə zəngin həyat sürməsi olub. O, sonralar bununla bağlı açıqlamalar da verib:
“Mən Varşavada böyük ev tikdirmişdim, bir neçə şəxsi avtomobilim var idi. Sözsüz ki, bu diqqətdən yayına bilməzdi və bunlar maaş hesabına da ola bilməzdi. Mərkəzi Kəşfiyyat İdarəsi mənim işimi yüksək qiymətləndirirdi və işimin qarşılığında mənə kifayət qədər yüksək məbləğlər verilirdi.
Əslində burada qeyri-adi bir şey görmürəm. Ən əsası odur ki, mən Amerikaya göndərdiyim məxfi hərbi informasiyalarla öz vətənimi, Polşanı qırmızıların təcavüzündən qoruyurdum...”
Vaxtilə Polşada “vətən xaini” kimi ittiham olunan Kuklinskiyə sonralar elə Polşada da yüksək qiymət verilib. 2016-cı ildə Polşa prezidenti Andjey Duda polkovnik Rıçard Kuklinskini ölümündən sonra briqada generalı rütbəsi ilə təltif edib.
Qeyd edək ki, Kuklinski 2004-cü ildə, 73 yaşında Varşavada vəfat edib./musavat.com
Digər xəbərlər
Tarix: 04-02-2024 20:00 | Bölmə: Persona | Baxış: 112

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024