«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
HİTLERİN "SÖVDƏLƏŞMƏ" TƏKLİFİ - Almaniya büdcəsi belə darmadağın olub

Tarix: 05-02-2024 13:45 | Bölmə: Persona | Baxış: 122
Hitlerin “sövdələşmə” təklifi – Almaniya büdcəsi BELƏ darmadağın olub

II Dünya müharibəsi illərində Adolf Hitlerin yüksək vəzifəli hərbçilərlə görüşü adətən ən azı bir həftə əvvəldən planlaşdırılıb. 

Müşavirə iştirakçıları bu görüşlərdə məruzə etmək üçün xidməti ərazilərinə və xidməti sahələrinə uyğun olaraq arayış və hesabatlar hazırlayıblar. 
1941-ci ilin dekabr ayında isə ali rütbəlilər əvvəlcədən xəbərdar edilmədən fürerin hərbi stavkasına dəvət olunublar. Müşavirənin ilk dəqiqələrindən Hitler qəzəbli görünüb.

Maraqlıdır, Avropa ölkələrini bir-bir işğal edən, hələ məğlubiyyətini ağlına belə gətirməyən fürerin təcili, əvvəlcədən planlaşdırılmamış müşavirə çağırması hansı səbəbdən irəli gəlib?
Müşavirədə əvvəlcə kəşfiyyatın ötürdüyü məlumatlar müzakirə olunub. Hitler həmin məlumatları dinlədikdən sonra məsələyə aşağıdakı kimi münasibət bildirib:

“Bu məlumatlardan belə anlamaq olar ki, Almaniya ordusuna, onun SSRİ ərazisində dislokasiya olunan düşərgələrinə həmlə yetirmək, Vermaxt qoşunlarının əməliyyat keçirəcəyi ərazilərdə diversiya törətmək mümkünsüzdür. Kəşfiyyatın məlumatına görə, bu cür təxribatları törətmək məsafə və mövqe baxımından sovet qoşunları üçün əlçatan deyil. Əgər belədirsə, bəs onda diversiyalar kim tərəfindən törədilir?”

QOSA.jpg (123 KB)

SSRİ ərazisindəki Almaniya ordusunun hərbi birləşmələrinin komandanları füreri qəzəbləndirən və narahat edən bu məsələyə aydınlıq gətiriblər. Onlar işğal etdikləri ərazilərdə partizan dəstələrinin fəaliyyəti haqqında Hitleri ətraflı məlumatlandırıblar. Əyani olaraq Hitlerə partizan dəstələrinin vəzifələrini əks etdirən və kəşfiyyat tərəfindən ələ keçirilən vərəqələr də təqdim edilib.

Həmin vərəqələrdə qeyd edilib ki, partizan dəstələrinin əsas fəaliyyət istiqaməti Vermaxt qoşunlarının işğal olunmuş SSRİ ərazilərində dislokasiya olunmuş hərbi hissələrində diversiya törətməkdən, rabitə xətlərini, almanların nəzarətində olan su borularını və su anbarlarını, istifadə etdikləri enerji mənbələrini və elektrik xətlərini, ərzaq, əşya və silah-sursat anbarlarını məhv etməkdən, almanların istifadə edəcəyi yolları, dəmiryolu xətlərini, körpüləri sıradan çıxarmaqdan, işğal olunmuş ərazilərdə dinc əhali arasında antifaşist təbliğatı aparmaqdan, səfərbərlik və təxliyə işlərinin həyata keçirilməsində dövlət qurumlarına yaxından kömək etməkdən ibarətdir.

Partizan dəstələrinin fəaliyyətini əks etdirən bu məlumatlar füreri daha da qəzəbləndirib. Hitler elə həmin müşavirədə partizanlara qarşı aparılacaq mübarizə tədbirləri haqqında əmrin hazırlanmasını göstəriş verib.

Əmr hazırlanarkən Hitlerin təklifi ilə ona bir bənd də əlavə edilib. Fürer göstəriş verib ki, işğal olunmuş ərazilərdə dinc əhali arasında təbliğat işi daha da gücləndirilməlidir.

Bununla yanaşı, işğal olunmuş ərazilərdəki insanları maddi cəhətdən maraqlandırmaq, onlara partizanların ələ keçirilməsi, yaxud da yerinin müəyyənləşdirilməsi zamanı mükafatların verilməsi vəd edilməlidir. Qeyri-rəsmi olaraq bu bənd “sövdələşmə” adlandırılıb.

PARTİ SON.jpg (115 KB)

Bu işin həyata keçirilməsini Hitler təbliğat naziri Göbbelsə həvalə edib. Mexanizm işə salınıb. İşğal olunmuş ərazilərdə almanlar ciddi və yerli əhaliyə qazanc gətirə biləcək təbliğat işlərinə başlayıblar.

Satqınlığa, partizanları ələ verməyə, yaxud da yerini bildirməyə görə mükafatlar ayrı-ayrı bölgələrdə fərqli müəyyənləşib. Məsələn, Ukraynanın Poltava ərazisində partizan dəstələrinin başçısını tutub gətirən, yaxud da yerini dəqiq bildirən şəxsə 10 min rubl pul vəd edilib. Mövcud dövr üçün bu, böyük məbləğ sayılıb. Belə ki, həmin dövrdə orta aylıq gəlir maksimum 300-400 rubl təşkil edib.

Mükafatlar təkcə puldan ibarət olmayıb. Almanlarla işbirliyinə gedənlər, onların tapşırıqlarını yerinə yetirənlər, partizanlar haqqında dəqiq məlumat verənlər torpaq sahəsi, inək, donuz, ərzaq məhsulları ilə mükafatlandırılıblar.

QOSA SON.jpg (155 KB)

Smolensk istiqamətində partizanların tərəfinə keçən alman zabiti Frits Ştroytsın tutulması üçün isə Göbbels daha böyük mükafat vəd edib. Yerli rus sakinlərdən biri bütün “gücünü” və hiyləgərliyini səfərbər edərək partizan dəstəsinə qoşulub, etibar qazanıb, sonda isə Frits Ştroytsu aradan çıxararaq almanlara təhvil verib.
O bu “qəhrəmanlığına” görə 1 hektar torpaq, 1 ev, 5 inək və 20 donuzla mükafatlandırılıb.

Ən yüksək mükafatlar partizan dəstələrinin başçıları olan Anatoli Şestakov, Mixail Sokolov, Sidor Kovpak üçün nəzərdə tutulub. Onları tutub gətirənlərə 40 min marka mükafat vəd edilib.

Almanların “pul mükafatı” sövdələşməsinə gedən sovet vətəndaşları az olmayıb. Amma həmin pulları onlara rahat xərcləmək də qismət olmayıb. Müharibədən sonra onlar ən ağır maddə ilə, vətənə xəyanətdə ittiham olunaraq həyatları ilə vidalaşıblar.

Onu da qeyd edək ki, Hitlerin partizanlara qarşı mübarizə təklifi heç də arzulanan nəticəni verməyib. Bu təklifin icrası yalnız Almaniyanın büdcəsinə mənfi təsiri ilə yadda qalıb. /musavat.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024