“BİZƏ SİYASƏTÇİ YOX, KİMYAÇI LAZIMDIR”- Stalinin kürəkəninə iradı...
Atasının Siyasi Büro üzvü, tanınmış siyasi xadim olmasına baxmayaraq, müharibə başlananda o, könüllü olaraq cəbhəyə gedib.
Hərbi komissarlıqda ona gənc mütəxəssis kimi hərbi xidmətdən möhlət hüququ olmasını bildirəndə Yuri Jdanov bu möhlətdən imtina edib:
Yuri Jdanov bütün həyatı boyu atasının adından istifadə etməyib və nəyə nail olubsa öz gücü, zəhməti hesabına olub. Onu ölkənin bütün birinciləri tanıyıb.
Gözünü açandan evlərində Stalini, Malenkovu, Voroşilovu və digər siyasi xadimləri görüb. Onların övladlarından fərqli olaraq Yuri daha tərbiyəli, daha ağıllı olması ilə fərqlənib.
1919-cu ildə Tver şəhərində anadan olan Yuri Jdanovun uşaqlıq və yeniyetməlik illəri Qorki və Leninqrad şəhərlərində keçib.
Atası Andrey Jdanov Mərkəzi Komitəyə təyinat alanda ailə Moskvaya köçüb. Qeyd edək ki, Yurinin atası Andrey Jdanov Stalinin ən yaxın silahdaşlarından biri sayılıb.
O, uzun illər Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi və Mərkəzi Komitənin katibi vəzifələrində işləyib, 1948-ci ildə 52 yaşında vəfat edib.
Yuri Jdanov Moskva Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb. Yuxarıda qeyd etdiyimiz kimi sovet-alman müharibəsi başlananda o, könüllü olaraq cəbhəyə yollanıb və müharibənin sonuna qədər döyüşən orduda xidmətini davam etdirib.
Müharibədən sonrakı illərdə Jdanov bütün fəaliyyətini elmə bağlayıb.
Böyük imkanlarına baxmayaraq bir müddət Moskva Dövlət Universitetində kiçik bir vəzifədə çalışan Jdanov əvvəlcə fəlsəfədən dissertasiya müdafiə edərək fəlsəfə elmlər namizədi adını alıb, daha sonra isə kimya üzrə namizədlik və doktorluq işini müdafiə edib.
Elmi fəaliyyəti ilə yanaşı Jdanov ictimai işlərdə də fəallıq göstərib. 1940-cı illərin sonunda o, siyasətlə məşğul olmağa qərar verib. Fəal kommunist Mərkəzi Komitədə həmin dövrdə yeni yaradılmış elm sektorunun müdiri vəzifəsinə təyinat alıb.
Andrey Jdanovun vəfatından sonra, 1949-cu ildə Stalinin təkidli təşəbbüsü ilə qızı Svetlana Alliluyeva Yuri Jdanovla ailə həyatı qurub. Bu Svetlananın ikinci nikahı olub.
Yuri Jdanov istər elmi, istərsə də siyasi fəaliyyətində qayınatasının adından da istifadə etməyib. O, mərkəzi Komitədə işləsə də elmi yaradıcılığını da arxa plana çəkməyib, elmi fəaliyyətini universitetin kimya kafedrasında davam etdirib.
Əslində Stalin onun siyasi fəaliyyətlə məşğul olmasını istəməyib və o, nəhayət, günlərin birində bu məsələ ilə bağlı fikrini Yuri Jdanova açıq formada bildirib. Belə ki, iş günlərini birində Jdanov kimya laboratoriyasında çalışarkən onu telefona çağırıblar. Dəstəyi qaldıranda ondan gözləməyi xahiş ediblər:
-Gözləyin, indi sizinlə yoldaş Stalin danıçacaq.
Qısa aradan sonra xəttin o başından Stalinin səsi eşidilib:
-Mənə məlumat çatıb ki, siz (Stalin kürəkəninə siz deyə müraciət edib) elmi fəaliyyətinizdən daha çox siyasətlə məşğul olursunuz. Diqqətinizə çatdırım ki, hazırda bizə siyasətçi yox, kimyaçı lazımdır. Bunu nəzərə alın.
Bu irada baxmayaraq Jdanov hər iki sahədə öz fəaliyyətini davam etdirib.
1952-ci ildə Jdanovla Svetlana Alliluyeva rəsmi şəkildə ayrılıblar. Stalinin qızı bu ayrılığın səbəbini Jdanovun “quru elm adamı” olması ilə izah edib. Stalin isə nikahın pozulmasında qızının günahkar olduğunu bildirib.
Sovet liderinin mühafizə rəisi general Vlasik sonralar yazdığı xatirələrində həmin hadisəni aşağıdakı kimi xatırlayıb:
“Yuri ilə Svetlananın ayrılması Stalinə pis təsir etmişdi. Stalin Yuri Jdanova böyük hörmətlə yanaşırdı. Nikahın rəsmi pozulduğu gün Stalin Svetlananı yanına çağırdı və onu danladı:
-Bax, sən belə axmaqsan, belə bir vaxtda əlinə yaxşı bir adam düşdü, sən onu saxlaya bilmədin. Yuri çox vicdanlı, təmiz, ləyaqətli bir adamdır. Sənsə bunu qiymətləndirməyi bacarmadın...”
1953-cü ildə Stalinin vəfatından sonra ölkənin kadr siyasətində baş verən köklü dəyişiklikərin dalğası Yuri Jdanovdan da yan keçməyib.
Heç vaxt “böyüklərin” işinə qarışmayan, adı heç bir siyasi konfliktdə hallanmayan Jdanovu heç bir səbəb olmadan Mərkəzi Komitədəki vəzifəsindən azad ediblər. Bununla yanaşı ona Nikita Xruşovun göstərişi ilə Moskvanı tərk etməyi də “məsləhət” görüblər.
Yuri Jdanova iki yerdə iş təklif olunub, Çelyabinskidə və Rostovda. O, 1953-1957-ci illərdə Rostov vilayət Partiya Komitəsində şöbə müdiri vəzifəsində işləyib. 1957-ci ildən 1988-ci ilə qədər isə Rostov Dövlət Universitetinin rektoru olub.
1988-ci ildə Mixail Qorbaçovun aşkarlıq və yenidənqurma siyasəti dövründə Yuri Jdanov Andrey Jdanovun oğlu, Stalinin kürəkəni olduğu üçün rektor vəzifəsini də itirib. O, ömrünün son illərinə qədər Rostovda nəşr olunan “Qafqazın elmi düşüncələri” jurnalının baş redaktoru vəzifəsində çalışıb./musavat.com
Digər xəbərlər
Tarix: 16-02-2024 16:00 | Bölmə: Persona | Baxış: 120
Atasının Siyasi Büro üzvü, tanınmış siyasi xadim olmasına baxmayaraq, müharibə başlananda o, könüllü olaraq cəbhəyə gedib.
Hərbi komissarlıqda ona gənc mütəxəssis kimi hərbi xidmətdən möhlət hüququ olmasını bildirəndə Yuri Jdanov bu möhlətdən imtina edib:
-Jdanovun oğlu olmaq mənə heç bir imtiyaz vermir ki, mən həmyaşıdlarımdan geri qalım, müharibədən yayınım. O ki, qaldı gənc mütəxəssis məsələsinə, mən cəbhədə daha çox lazımlı olaram.
Yuri Jdanov bütün həyatı boyu atasının adından istifadə etməyib və nəyə nail olubsa öz gücü, zəhməti hesabına olub. Onu ölkənin bütün birinciləri tanıyıb.
Gözünü açandan evlərində Stalini, Malenkovu, Voroşilovu və digər siyasi xadimləri görüb. Onların övladlarından fərqli olaraq Yuri daha tərbiyəli, daha ağıllı olması ilə fərqlənib.
1919-cu ildə Tver şəhərində anadan olan Yuri Jdanovun uşaqlıq və yeniyetməlik illəri Qorki və Leninqrad şəhərlərində keçib.
Atası Andrey Jdanov Mərkəzi Komitəyə təyinat alanda ailə Moskvaya köçüb. Qeyd edək ki, Yurinin atası Andrey Jdanov Stalinin ən yaxın silahdaşlarından biri sayılıb.
O, uzun illər Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi və Mərkəzi Komitənin katibi vəzifələrində işləyib, 1948-ci ildə 52 yaşında vəfat edib.
Yuri Jdanov Moskva Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb. Yuxarıda qeyd etdiyimiz kimi sovet-alman müharibəsi başlananda o, könüllü olaraq cəbhəyə yollanıb və müharibənin sonuna qədər döyüşən orduda xidmətini davam etdirib.
Müharibədən sonrakı illərdə Jdanov bütün fəaliyyətini elmə bağlayıb.
Böyük imkanlarına baxmayaraq bir müddət Moskva Dövlət Universitetində kiçik bir vəzifədə çalışan Jdanov əvvəlcə fəlsəfədən dissertasiya müdafiə edərək fəlsəfə elmlər namizədi adını alıb, daha sonra isə kimya üzrə namizədlik və doktorluq işini müdafiə edib.
Elmi fəaliyyəti ilə yanaşı Jdanov ictimai işlərdə də fəallıq göstərib. 1940-cı illərin sonunda o, siyasətlə məşğul olmağa qərar verib. Fəal kommunist Mərkəzi Komitədə həmin dövrdə yeni yaradılmış elm sektorunun müdiri vəzifəsinə təyinat alıb.
Andrey Jdanovun vəfatından sonra, 1949-cu ildə Stalinin təkidli təşəbbüsü ilə qızı Svetlana Alliluyeva Yuri Jdanovla ailə həyatı qurub. Bu Svetlananın ikinci nikahı olub.
Yuri Jdanov istər elmi, istərsə də siyasi fəaliyyətində qayınatasının adından da istifadə etməyib. O, mərkəzi Komitədə işləsə də elmi yaradıcılığını da arxa plana çəkməyib, elmi fəaliyyətini universitetin kimya kafedrasında davam etdirib.
Əslində Stalin onun siyasi fəaliyyətlə məşğul olmasını istəməyib və o, nəhayət, günlərin birində bu məsələ ilə bağlı fikrini Yuri Jdanova açıq formada bildirib. Belə ki, iş günlərini birində Jdanov kimya laboratoriyasında çalışarkən onu telefona çağırıblar. Dəstəyi qaldıranda ondan gözləməyi xahiş ediblər:
-Gözləyin, indi sizinlə yoldaş Stalin danıçacaq.
Qısa aradan sonra xəttin o başından Stalinin səsi eşidilib:
-Mənə məlumat çatıb ki, siz (Stalin kürəkəninə siz deyə müraciət edib) elmi fəaliyyətinizdən daha çox siyasətlə məşğul olursunuz. Diqqətinizə çatdırım ki, hazırda bizə siyasətçi yox, kimyaçı lazımdır. Bunu nəzərə alın.
Bu irada baxmayaraq Jdanov hər iki sahədə öz fəaliyyətini davam etdirib.
1952-ci ildə Jdanovla Svetlana Alliluyeva rəsmi şəkildə ayrılıblar. Stalinin qızı bu ayrılığın səbəbini Jdanovun “quru elm adamı” olması ilə izah edib. Stalin isə nikahın pozulmasında qızının günahkar olduğunu bildirib.
Sovet liderinin mühafizə rəisi general Vlasik sonralar yazdığı xatirələrində həmin hadisəni aşağıdakı kimi xatırlayıb:
“Yuri ilə Svetlananın ayrılması Stalinə pis təsir etmişdi. Stalin Yuri Jdanova böyük hörmətlə yanaşırdı. Nikahın rəsmi pozulduğu gün Stalin Svetlananı yanına çağırdı və onu danladı:
-Bax, sən belə axmaqsan, belə bir vaxtda əlinə yaxşı bir adam düşdü, sən onu saxlaya bilmədin. Yuri çox vicdanlı, təmiz, ləyaqətli bir adamdır. Sənsə bunu qiymətləndirməyi bacarmadın...”
1953-cü ildə Stalinin vəfatından sonra ölkənin kadr siyasətində baş verən köklü dəyişiklikərin dalğası Yuri Jdanovdan da yan keçməyib.
Heç vaxt “böyüklərin” işinə qarışmayan, adı heç bir siyasi konfliktdə hallanmayan Jdanovu heç bir səbəb olmadan Mərkəzi Komitədəki vəzifəsindən azad ediblər. Bununla yanaşı ona Nikita Xruşovun göstərişi ilə Moskvanı tərk etməyi də “məsləhət” görüblər.
Yuri Jdanova iki yerdə iş təklif olunub, Çelyabinskidə və Rostovda. O, 1953-1957-ci illərdə Rostov vilayət Partiya Komitəsində şöbə müdiri vəzifəsində işləyib. 1957-ci ildən 1988-ci ilə qədər isə Rostov Dövlət Universitetinin rektoru olub.
1988-ci ildə Mixail Qorbaçovun aşkarlıq və yenidənqurma siyasəti dövründə Yuri Jdanov Andrey Jdanovun oğlu, Stalinin kürəkəni olduğu üçün rektor vəzifəsini də itirib. O, ömrünün son illərinə qədər Rostovda nəşr olunan “Qafqazın elmi düşüncələri” jurnalının baş redaktoru vəzifəsində çalışıb./musavat.com
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024