«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Navalnının zindandan sonuncu məktubu üzə çıxdı...- Kimə yazıb?../FOTO

Tarix: 17-02-2024 16:00 | Bölmə: Persona / Sosium | Baxış: 107
Navalnının zindandan sonuncu məktubu üzə çıxdı...-Kimə yazıb?..- FOTO

Rusiyalı jurnalist Sergey Parxomenko siyasətçinin qətlindən 5 gün əvvəl Aleksey Navalnının zindandan yazdığı məktubunu dərc edib.
 
Bu haqda "Novaya qazeta Yevropa" nəşri məlumat yayıb.



Məhbus müxalifətçi mesajında karantin dövründə koloniyada oxuya bildiyi kitablardan (bəzi ixtisarlarla təqdim edirik – red.) danışıb.
 
"Sergey, salam. Varyaya Sorokin haqqında yazdım, sənə isə Çexov haqqında yazacam. Axı, demək olar ki, bütün kitablarımı orda qoyub koloniyanı tərk etdim. Olanları da etapda oxudum... 

Gəldim və karantində dedim: kitabxanadan oxumağa bir şey gətirin. Seçim yerində idi: “Dirilmə”, “Cinayət və cəza” və...

Çexovun hekayə və pyesləri. Evimdə, yəni valideynlərimin evində tez-tez deyilən “Yunanıstanda hər şey var” ifadəsinin haradan gəldiyini birincidən öyrəndim... 

Amma sonra məni bir zərbə gözləyirdi. Xüsusi rejimdə "zek"lər Çexova hörmətsizlik etdi, bütün digər pyeslərin vərəqlərinin yarısı cırıldı.

Beləliklə, onlar mənim gözləmə siyahımda qaldılar, heyf! Ancaq bir çox hekayələr salamat qaldı. Və bilirsən, oxuyurdum və fikirləşirdim ki, fikirlərimiz paylaşmalı, sənə yazmalıyam.

Məktəb illərindən bizdə (ən azı məndə) belə təəssürat yaranmışdı ki, Çexovun hekayələri çox sadə, balaca şeylərdir. Bir növ əyləncəlidirlər, amma o qədər də yox...

"Futlyarlı adam", "Qarağat". Sonra 19-cu əsrin sonlarından bu lənətə gəlmiş “Yük-200”ü oxudum. “Mənim həyatım”, "Yarğanda", “Üç il” və s.

Dostoyevskinin əsərlərində belə bir tutqunluğa rast gəlmirəm. Daha doğrusu, “Yarğanda”ni oxuyub bitirdim və daha 5 dəqiqə boş-boş divara baxdım. Eynilə “Yük-200”-ə baxdıqdan sonra olduğu kimi...

Kim mənə deyə bilər ki, ən qaranlıq rus yazıçısı Çexovdur? Odur ki, əlbəttə ki, sən haqlısan. Klassik ədəbiyyatı oxumaq lazımdır. Biz onu tanımırıq. Bağrıma basıram.. A..."

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024