«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Rotşildlər ailəsinin “baron”u öldü - Yəhudi ənənələrinə uyğun dəfn olunacaq

Tarix: 26-02-2024 21:40 | Bölmə: Persona | Baxış: 203



Rotşildlər ailəsinin lideri Lord Yakob Rotşild 87 yaşında vəfat edib.

Bu barədə Rotşildlər ailəsi adından verilən açıqlamada bildirilib.

Həmçinin qeyd olunub ki, Yakob Rotşild yəhudi ənənələrinə uyğun şəkildə dəfn ediləcək.

Qeyd edək ki, Rotşildlər beynəlxalq mətbuatda dünyanı idarə edən ən güclü iki ailədən biri kimi təqdim olunurlar.

Karyerasına 1963-cü ildə ailəyə məxsus “NM Rothschid and Sons” bankında başlayan Yakob Rotşild bir çox fond və qalereyaları da idarə edib.

Rotşildlər ailəsi 19-cu əsrin antisemit karikaturalarından tutmuş koronavirus epidemiyasına qədər bir çox sui-qəsd nəzəriyyələrinin önündə gəlirdi.

Dünya sərvətinin az qala yarısına sahib olduğu iddia edilən ailənin nəslinin yəhudi inancına malik Xəzər türklərinə aid olduğu deyilsə də, bununla bağlı rəsmi bir sübut yoxdur.

O, Rotşildlər sülaləsinin London qanadının rəhbəri olub.
 
Yakob 1991-ci ildən bəri dünyadakı böyük münaqişələrin təhrikçilərindən biri hesab olunur. Onun Afrika, Gürcüstan, Qırğızıstan və Ukraynada rəngli inqilablara sponsorluq etdiyi güman edilir.

Yakob Rotşildın ölümündən sonra ailədaxili davanın qızışacağı proqnozlaşdırılır./News-kmv.ru

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024