Elçibəyin Bill Klintona yazdığı məxfi məktub - 1993-cü ildə Prezident Prezidentdən nə istəyib? /FOTO
Bill Klintonun kitabxanası Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 1993-cü ilin aprelində ABŞ prezidentinə yazdığı məktubun üzərindən məxfiliyi götürüb.
Bu məktub Kəlbəcərin işğal olunduğu gün Prezident Əbülfəz Elçibəy tərəfindən təcili göndərilib.
Sənəddə qeyd olunur ki, dövlət başçısının məxfi məktubunu beynəlxalq məsələlər üzrə müşavir Vəfa Quluzadə ABŞ-ın Azərbaycandakı səfirliyinə təqdim edib.
Əbülfəz Elçibəy Bill Klintona yazdığı məktubda Kəlbəcərin Ermənistan tərəfindən işğal olunduğunu bildirir və bunu həmin vaxt aparılan danışıqlara zidd olduğunu vurğulayır.
“Cənab Prezident! Yaranmış vəziyyət məni sizə müraciət etməyə məcbur etdi.
Cenevrədə və Ankarada martın 27-da ATƏM-in vasitəçiliyi ilə aparılan danışıqlar gedən zaman erməni ordusu vəziyyətin eskalasiyasına başlayaraq Azərbaycanın Kəlbəcər rayonunu nəzarət altına almaq üçün hərbi aviasiyadan, ağır texnikadan istifadə edərək hucuma keçib.
Onlarla yaşayış məntəqəsi məhv edilib, içərisində qadın və uşaqların olduğu yüzlərlə dinc sakin öldürülüb. 60 min vətəndaşın həyatı təhlükə altına düşüb. Ermənilər onları ətrafdan təcrid edərək mühasirəyə almağa çalışır”.
Prezident daha sonra məktubda qeyd edir ki, bu hadisə Ermənistanın guya blokadada olması barədə dünyaya yaydığı yalanı ortaya qoyur:
“Biz dünyaya bəyan etmişdik ki, qonşumuzun enerji, yanacaq və yemək çatışmamazlığı barədə şikayətləri, blokadada “boğulmaları” barədə dedikləri dünya ictimaiyyətini aldatmaq üçün yaxşı təşkil edilmiş blefdir”.
Azərbaycan Prezidenti məktubda daha sonra yazır ki, Ermənistanın əsas məqsədi Azərbaycan ərazilərini özünə birləşdirməkdir:
“Bu çox təhlükəli məqsəddir. Bu, Dağlıq Qarabağda ikinci dəhlizi aça, müstəqil Azərbaycanın ərazilərinin 20 faizini əhatə edə bilər”.
Məktubun sonunda Elçibəy Bill Klintona müraciət edib:
“Hörmətli Prezident! Mən sizə həlak olan qadın və uşaqların adından, ədalət və demokratiya naminə müraciət edirəm. Siz bütün imkanlardan istifadə edərək Azərbaycana qarşı bu təcavüzü və soyqırımı dayandırasınız!
Hörmətlə Əbülfəz Elçibəy”.
Ağ Evdə qeydiyyatdan keçmiş məktuba verilən şərhdə qeyd olunub: “Prezident Elçibəy aprelin 1-də axşam Prezidentlə telefon əlaqəsi saxlaya biləcək”.
Qeyd edək ki, 1993-cü ilin aprelin 1-də Ermənistan ordusu Kəlbəcəri işğal edib. Bununla da aparılan danışıqlarda Kəlbəcər mühüm detala çevrilir.
Kəlbəcərin Ermənistan tərəfindən işğalı ilə bağlı ABŞ prezidenti Bill Klinton Azərbaycan Prezidentinə məktub göndərərək, ermənilərin Kəlbəcəri işğal etməsini pisləyib.
Həmin dövrdə ABŞ Türkiyə və Rusiya ilə birlikdə erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması və münaqişənin ATƏM çərçivəsində danışıqlar yolu ilə aradan qaldırılması planının hazırlanmasında və onun həyata keçirilməsi istiqamətində səylər göstərib.
1993-cü ilin may-iyun aylarında ABŞ-ın Dövlət Departamentinin Dağlıq Qarabağ problemi üzrə danışıqlarda nümayəndəsi Con Mareska və yeni müstəqil dövlətlərlə əlaqələr üzrə müşaviri Stroub Talbott Bakıya səfər edərək sülh planını müzakirə ediblər.
Lakin Azərbaycanda polkovnik Sürət Hüseynovun iyun ayında qaldırdğı hərbi qiyam Prezident Elçibəyin və AXC hakimiyyətinin devrilməsi ilə nəticələndi. Bundan sonra Ermənistan əldə edilmiş razılaşmalardan imtina etdi./azpost
Digər xəbərlər
Tarix: 06-03-2024 00:10 | Bölmə: Persona | Baxış: 133

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024