Dövlət başçısının kabinetində çılpaq qızların rəqsi - Kreml bu məzhəkəyə niyə göz yumub
Sovet dövründə kommunistlərin əxlaq məsələsi əsas göstəricilərdən biri sayılıb. Hətta nikahın rəsmi pozulması, boşanma faktları kommunistlərin yüksək vəzifəyə təyinatında, yaxud da vəzifəsində qalmasında böyük problemlər yaradıb.
Maraqlı faktlardan biri odur ki, bu yazılmamış qanun bəzi hallarda yüksək ranqlı dövlət məmurlarına tətbiq edilməyib. Mixail Kalinin isə Stalin hakimiyyətinin sərt rejimində ümumiyyətlə bu məsələyə məhəl qoymayıb, öz yüngül həyat tərzini dəyişməyə cəhd etməyib.
Qeyd edək sovet dövründə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini daşıyan faktiki olaraq dövlət başçısı sayılıb. Bütün fərman və qanunlar onun imzası ilə təsdiqlənib. Bu vəzifənin ən uzunömürlü sahibi isə Kalinin olub. O, 1919-cu ildən ömrünün sonuna, 1946-cı ilə qədər bu vəzifəni daşıyıb.
Ən yüksək kürsüdə əyləşməsinə baxmayaraq Kalinin heç vaxt ciddi siyasi fiqur kimi tanınmayıb. Onun heç vaxt siyasi təşəbbüskarlığı olmayıb, müzakirəyə çıxarılan məsələlərdə o, yalnız Stalinin fikirlərini dəstəkləyib.
Əslində Kalininin siyasi mütiliyi Stalin üçün sərfəli olub. Belə ki, o, ölkənin birinci şəxslərindən biri kimi siyasi proseslərə müdaxilə etməyib, problem yaratmayıb, Kreml qruplaşmalarında Stalinin əleyhinə getməyi ağlına belə gətirməyib.
Kalininlə Stalinin tanışlığı hələ 1901-ci ildən başlayıb. Onun 20-ci əsrin əvvələrində inqilabi fəaliyyətini Lenin və Stalin yüksək qiymətləndiriblər və zaman-zaman Kalinin ən yüksək vəzifələrə təyinat alıb.
Gənclik illərindən fərqli olaraq Kalinin SSRİ Ali Soveti Rəyasət Heyətinə sədr seçildikdən sonra siyasi səhnədəki fəallığını məhdudlaşdırıb. Müasirlərinin təbirincə desək o, Stalinin əl buyruqçusuna çevrilib.
Kalinin siyasi səhnədə fəaliyyətini məhdudlaşdırsa da Böyük Teatrın səhnəsində fəallığı ilə ad çıxarıb. O, dövlət tədbirləri zamanı keçiriləcək konsert proqramlarına əvvəlcədən nəzarət edib, proqramla tanış olub, hətta məşqlərdə iştirak edib.
Məqsəd heç də Stalinə nümayiş olunacaq konsertin daha maraqlı və xoşagələn olmasını təmin etmək olmayıb. Kalinin sadəcə özünü gənc aktrisaların arasında çox “xoşbəxt” hiss edib.
Məşqlər zamanı Kalinin minnətdarlıq əvəzi olaraq gənc xanımların əllərindən, bir çox hallarda isə balerinaların çılpaq çiyinlərindən öpüb.
Hər dəfə məşqlərə gələndə onlara kiçik hədiyyələr, şokolad, alt geyimləri, kiçik yumşaq oyuncaqlar gətirib, onların problemləri ilə maraqlanıb və dərhal bu problemləri həll edib. Sonra isə onları bir-bir bağ evinə, bəzən isə kabinetinə dəvət edib.
Gənc xanımların çoxu bir öpüşə, bir sığala bir çox problemlərini həll ediblər. Kalinin daha çox balerinalar lütlənib kabinetindəki tünd yaşıl üzlü iş masasının üzərinə çıxaraq rəqs edəndə xoşhallanıb. Bu rəqs məzhəkəsindən məmurlar da xəbərdar olublar.
Amma kimsə qoca kommunistin əyləncəsinə “zəhər” qatmaq istəməyib. Çünki onlar da yaxşı biliblər ki, gec-tez bu ehtiras Kalininin sonuna çıxacaq.
Acı sonluğu Kalininə əvvəlcə 16 yaşlı Bella Uvarova yaşadıb. O, Kalininin kabinetinə dəvət olunanda qoca bolşevikin çılpaq rəqs etmək təklifini rədd edib. Uvarova Kalininin bu rəqsin sonundakı məqsədini yaxşı anlayıb və onun caynağından çətinliklə qurtula bilib.
Elə həmin günün axşamı 16 yaşlı balerinanın meyiti Moskva ətrafında tapılıb. Meyit elə bir tanınmaz halda olub ki, hətta valideynləri qızlarını tanımaqda çətinlik çəkiblər. Hadisə ilə bağlı cinayət işi açılıb. O da məlum olub ki, Bella Uvarova qətlə yetirildiyi gün Kalininin kabinetində olub.
Amma cəmisi iki gündən sonra, istintaq işi başa çatmamış balerinanın valideynləri xarici kəşfiyyatın agentləri kimi “xalq düşməni” elan edilərək güllələniblər və bununla da iş bağlanıb, Kalinin “çevikliyi” sayəsində sudan quru çıxıb.
Bu hadisə Kalinin üçün dərs olmayıb. Onun növbəti hədəfinə bağ qonşuluğunda yaşayan marşal Yeqorovun həddi-buluğa çatmayan yaxın qohumu düşüb. Kalinin elə öz bağında, bütün ailə üzvləri evdə olarkən marşalın qohumunu zorlayıb. Bu hadisə Stalinə də məruzə edilib.
Stalin bu dəfə də köhnə silahdaşını əfv etsə də onun həyat yoldaşını, Yekaterina İvanovnanı həbs etdirərək 15 illik sürgünə göndərib.
Cəzanın tətbiqi belə əsaslandırılıb ki, Kalininin həyat yoldaşı azyaşlı qızın zorlanmasında həyat yoldaşına şərait yaradır. Amma rəsmi sənədlərdə cəzanın səbəbi Kalininin həyat yoldaşının əksinqilabçı olması göstərilib.
Böyük səs-küyə səbəb olan bu hadisədən sonra Böyük Teatrın aktrisaları Kalinindən uzaq gəzməyə çalışıblar. Digər bir tərəfdən Kalininin fiziki imkanları da onu ürəyindən keçənlərdən yavaş-yavaş məhrum etməyə başlayıb. Kalinini fiziki zəifliyi çox məyus edib və bu haqda o, ciddi düşünməyə başlayıb.
Kalinin xalq təbabəti ilə məşğul olan köhnə tanışını yanına dəvət edib. Cinsi zəifliyi ilə bağlı problemlərini ona danışıb. Loğman köməyini əsirgəməyib. O, Kalininə məsləhət görüb ki, həftədə bir dəfə 5-10 dəqiqə ağzı açıq olan arı qutularının üstündə oturmalıdır. Belə ki, arıların insanının arxa hissəsini çalması cinsi gücü artırır.
Kalinin loğmanın bu “resept”indən razı qalıb. Köhnə gücə malik olmaq üçün hər şeyə hazır olan köhnə bolşevik bağına iki-üç arı qutusu gətizdirib və şalvarını aşağı çəkərək açıq qutunun üzərində oturub. Bu onun birinci və sonuncu “tibbi proseduru” olub.
Bir neçə gün stulda otura bilməyən Kalininin ağrıları Kremlə qədər gedib çatıb. Stalin bu hadisəyə bir az əsəbi, bir az da istehzalı reaksiya verib:
“Ehtirası keçi qocaldıqca ağlını itirir, bu haqda düşünmək lazımdır...”
Amma düşünməyə ehtiyac qalmayıb. 1945-ci ilin əvvəllərində Kalininin səhhətində ciddi problemlər yaranıb, o, bağırsağından əməliyyat olunub.
Ancaq əməliyyat müsbət nəticə verməyib. Xərçəng xəstəliyi Mixail Kalinini əldən salıb, o, iş qabiliyyətini də itirib. Ömrünü son aylarını xəstəxanada keçirən ehtiraslı dövlət başçısı 1946-cı ildə 70 yaşında vəfat edib.
Maraqlı məqamlardan biri budur ki, Rusiya Federasiyası ərazisində 3358 meydan, prospekt, küçə və müxtəlif obyektlər iş masasının üstündə çılpaq qızları oynadan, əxlaqsızlığı ilə “ehtiraslı keçi” ləqəbini qazanan Kalininin adını daşıyır./musavat.com
İlham Cəmiloğlu
Digər xəbərlər
Tarix: 10-03-2024 00:30 | Bölmə: Persona | Baxış: 123

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024