«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Qardaşına qarşı çevrilişə cəhd edən Rifat Əsəd İNSANLIĞA QARŞI CİNAYƏTDƏ ittiham olunur

Tarix: 12-03-2024 23:15 | Bölmə: Persona | Baxış: 144


İsveçrə Federal Prokurorluğu hərbi və insanlığa qarşı cinayətlərdə ittiham olunan Suriyanın keçmiş vitse-prezidenti Rifat Əsədin işini məhkəməyə verib.

Bu barədə İsveçrə hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, ittiham aktı “1982-ci ilin fevralında Həma şəhərində Suriya silahlı qrupları ilə islamçı müxalifət qüvvələri, xüsusən də “Müsəlman Qardaşlar” təşkilatının silahlı qanadı arasında qarşıdurma zamanı baş vermiş hadisələrə əsaslanır.

Prokurorluğun məlumatına görə, Suriyanın hazırkı prezidenti Bəşər Əsədin əmisi olan Rifat Əsəd Həma əməliyyatının komandiri kimi cinayətlər törədib.

Qeyd edək ki, prokurorluğa müraciət “TRIAL İnternational” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə baş tutub. Cinayət işi universal yurisdiksiya əsasında açılıb, istintaq açılan zaman Rifat Əsəd İsveçrədə olub.

Xatırladaq ki, Rifat Əsəd 1971-2000-ci illərdə ölkəyə rəhbərlik etmiş Suriyanın keçmiş prezidenti Hafiz Əsədin kiçik qardaşıdır.

O, 1984-cü ildə Hafiz Əsədə qarşı uğursuz çevriliş cəhdindən sonra Suriyanı tərk edərək Avropada, o cümlədən İsveçrə və Fransada yaşayıb.

2021-ci ildə Fransadan Suriyaya qayıdıb. Rifat Əsəd 1984-1998-ci illərdə ölkənin vitse-prezidenti vəzifəsində çalışıb./TASS

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024