Cəbrayıl, Qubadlı və Zəngilana Prezidentin xüsusi nümayəndəsi təyin edildi - Dosye
Digər xəbərlər
Tarix: 13-03-2024 19:15 | Bölmə: Persona | Baxış: 195
Vahid Rasim oğlu Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3699 nömrəli Sərəncamı ləğv edilir.
Qeyd olunub ki, Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Vahid Hacıyev mərhum jurnalist Osman Mirzəyev və akademik Vahid Hacıyevin nəvəsi, həmçinin tanınmış jurnalist Lalə Hacıyeva və tanınmış göz həkimi, tibb elmləri doktoru, professor Rasim Hacıyevin oğludur.
V. Hacıyev eyni zamanda ABŞ-da fəaliyyət göstərən məşhur azərbaycanlı jurnalist Sevinc Osmanqızının bacısı oğludur.
Onun ana babası Osman Mirzəyev AzTV-nin məşhur “Dalğa” ictimai-siyasi televiziya verilişinin yaradıcısı və aparıcılarından olub.
1990-91-cı illərdə Azərbaycan Prezidentinin (Ayaz Mütəllibov) Mətbuat xidmətinin rəhbəri olub.
Fotoda Osman Mirzəyev
Fotoda Osman Mirzəyev
Osman Mirzəyev 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında ermənilərin yüksək rütbəli dövlət xadimlərini Qarabağa aparan vertolyotu vurması nəticəsində həlak olub.
Fotoda akademik Vahid Hacıyev
Fotoda akademik Vahid Hacıyev
Vahid Hacıyevin adını daşıdığı ata babası Vahid Hacıyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, biologiya elmləri doktoru, professor olub.
Vahid Hacıyev 1983-cü ildə Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib. Akademik Vahid Hacıyev 7 aprel 2008-ci ildə vəfat edib.
Fotoda Rasim Hacıyev
Fotoda Rasim Hacıyev
Vahid Hacıyevin atası Rasim Hacıyev tanınmış göz həkimi, tibb elmləri doktoru, professordur.
Rasim Hacıyev hazırda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin "Patologiya refraksiya və oftalmoerqonomika" şöbəsinin müdiridir.
Fotoda Lalə Hacıyeva
Fotoda Lalə Hacıyeva
Vahid Hacıyevin anası Lalə Hacıyeva (Mirzəyeva) isə hazırda Bakı Dövlət Universitetində Jurnalistika fakültəsində Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimidir.
Qeyd edək ki, Vahid Hacıyev 1999-2003-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb.
Qeyd edək ki, Vahid Hacıyev 1999-2003-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb.
2003-2005-ci illərdə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər Fakultəsində magist təhsili alıb. 2017-2019-cu illərdə İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetində təhsil alıb.
2004-2007-ci illərdə “Deloitte & Touche” şirkətində işləyib.
Vahid Hacıyev 13 il - 2007-2020-ci illərdə “BP Azerbaijan”də müxtəlif yüksək vəzifələrdə çalışıb. 2020-ci ilin fevral ayından etibarən “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətin yeni İdarə Heyəti sədri təyin olunub.
Nizamnamə kapitalı 11,8 milyon manat olan “Agro Dairy” - Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biridir. Baş ofisi Bakıda yerləşir. Suvarma, əkin, tədarük və məhsul emalı ilə ölkənin Samux, Tovuz və Şəmkir kimi ərazilərində fəaliyyət göstərir.
“Agro Dairy” MMC Azərbaycanın ən böyük şirkətlərindən biri olan “Paşa Holdinq” ilə eyni ünvanda – Bakı şəhəri, Neftçilər prospekti 153-də yerləşir.
O, 2022-ci ilin may ayının 4-də Prezident İlham Əliyevin sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda, 30 dekabrında isə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Elnur Əli
Elnur Əli
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024