Səməd Vurğunun QEYRİ-ADİ DƏFNİ - Bir şəklin tarixçəsi
Press-fakt.com modern.az-a istinadla Vəkilovlar nəslinin nümayəndəsi Rüfət Hüseynlinin təqdim etdiyi həmin fotonu yayımlayır.
Qeyd edək ki, 1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur.
Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.
1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur.
Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən "Azərbaycanın xalq şairi" adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür.
Həmin il may ayının 12-də Opera və Balet Teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubilyar özü bu gecədə iştirak etmir. Çünki Səməd Vurğun ağır vəziyyətdəydi, amansız xəstəlik (xərçəng-red.) dahi şairi yorğan-döşəyə salmışdı.
Səməd Vurğun daha heç vaxt qalxmayacağı yatağında uzanıb radio vasitəsilə yayımlanan gecəyə qulaq asırdı…
Gecədə şairin ünvanına dünyanın ən tərifli və xoş sözləri deyilir. Və birbaşa şairə müraciət edirlər. Şair isə uzaq-yaxın ellərdən və şəhərlərdən gəlmiş qonaqların sözlərini eşitsə də, onları görmürdü...
Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur.
Şair may ayının 30-da Bakıda Fəxri Xiyabanda dəfn edilir.
1956-cı il mayın 30-da keçirilən dəfn mərasimindən lentə alınmış bu fotoşəkil Səməd Vurğunla həmyaşıd və seminariyada ondan bir sinif fərqlə oxumuş Şamil Vəkilova məxsusdur.
Şəkildə bir sıra tanınmış simalar yer alır: görkəmli simalar Adil İsgəndərov, Mehdi Hüseyn, Mehdixan Vəkilov, Yusif Səmədoğlu,Vaqi Səmədoğlu və digərləri..
Şəkildə diqqətçəkən məqam dəfn olunmağa aparılan mərhum şairin tabuta üzüaçıq uzadılmasıdır. Elə bu məqam sosial şəbəkədə müzakirələrə səbəb olub.
Müzakirələrə qoşulan Vəkilovlar nəslinin nümayəndəsi R.Hüseynli bildirib ki, o da babalarından bu haqda çox soruşub.
“Özüm də bu barədə çox soruşmuşam. Cənazə kəfənlənib. Yanılmıramsa, məhz bu səbəbdən əllər görünmür. Kitel üstdən geyindirilib. Amma üz açıq saxlanılıb. Təbii ki, dövrü nəzərə almağımız şərtdir.
Bəli, bu şəkildə kəfənlənmə şəriət nöqteyi-nəzərindən doğru deyil. Yalnız yenə də ö dövrü (İslam adət-ənənələrinə qadağa qoyan sovet dövrü nəzərdə tutulur-red.) nəzərə almağınızı vurğulamalıyam”.
Tabutun düz arxasındakı gur saçlı şəxs Səməd Vurğunun qardaşı Mehdixan Vəkilovdur...
Mehdixan Vəkilovdan sağda mərhum şairin oğlu Vaqif Səmədoğlu, yanındakı onun anası – Səməd Vurğunun həyat yoldaşı Xavər xanımdır. Xavər xanımdan sağda şairin digər övladları - qızı Aybəniz xanım və böyük oğlu Yusif Səmədoğlu gedir...
Fotoşəkildə ən soldakı şəxs görkəmli rejissor-aktyor Adil İsgəndərov, tabutu daşıyanlardan öndə gedən soldakı şəxs isə yazıçı Mehdi Hüseyndir. Mehdi Hüseynin arxasında tabutu daşıyan şəxs yazıçı Osman Sarıvəllidir.
Şəkillə bağlı digər diqqətçəkən məqam ən sağda dayanmış Sovet İttifaqı Qəhrəmanının kimliyidir ki, bu haqda da məlumatı olan yoxdur.
Ə.Qafarlı
Digər xəbərlər
Tarix: 21-03-2024 14:40 | Bölmə: Persona | Baxış: 137
Martın 21-i Azərbaycan poeziyasında öz dəsti-xətti olan məşhur şair Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilov) doğum günüdür...
Sosial şəbəkədə mərhum şairə aid müxtəlif şeir parçaları, fotoşəkillər və xatirələr paylaşılır. Bunlardan ən diqqətçəkəni Səməd Vurğunun dəfnində lentə alınmış bir fotoşəkil olub.
Press-fakt.com modern.az-a istinadla Vəkilovlar nəslinin nümayəndəsi Rüfət Hüseynlinin təqdim etdiyi həmin fotonu yayımlayır.
Qeyd edək ki, 1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur.
Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.
1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur.
Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən "Azərbaycanın xalq şairi" adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür.
Həmin il may ayının 12-də Opera və Balet Teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubilyar özü bu gecədə iştirak etmir. Çünki Səməd Vurğun ağır vəziyyətdəydi, amansız xəstəlik (xərçəng-red.) dahi şairi yorğan-döşəyə salmışdı.
Səməd Vurğun daha heç vaxt qalxmayacağı yatağında uzanıb radio vasitəsilə yayımlanan gecəyə qulaq asırdı…
Gecədə şairin ünvanına dünyanın ən tərifli və xoş sözləri deyilir. Və birbaşa şairə müraciət edirlər. Şair isə uzaq-yaxın ellərdən və şəhərlərdən gəlmiş qonaqların sözlərini eşitsə də, onları görmürdü...
Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur.
Şair may ayının 30-da Bakıda Fəxri Xiyabanda dəfn edilir.
1956-cı il mayın 30-da keçirilən dəfn mərasimindən lentə alınmış bu fotoşəkil Səməd Vurğunla həmyaşıd və seminariyada ondan bir sinif fərqlə oxumuş Şamil Vəkilova məxsusdur.
Şəkildə bir sıra tanınmış simalar yer alır: görkəmli simalar Adil İsgəndərov, Mehdi Hüseyn, Mehdixan Vəkilov, Yusif Səmədoğlu,Vaqi Səmədoğlu və digərləri..
Şəkildə diqqətçəkən məqam dəfn olunmağa aparılan mərhum şairin tabuta üzüaçıq uzadılmasıdır. Elə bu məqam sosial şəbəkədə müzakirələrə səbəb olub.
Müzakirələrə qoşulan Vəkilovlar nəslinin nümayəndəsi R.Hüseynli bildirib ki, o da babalarından bu haqda çox soruşub.
“Özüm də bu barədə çox soruşmuşam. Cənazə kəfənlənib. Yanılmıramsa, məhz bu səbəbdən əllər görünmür. Kitel üstdən geyindirilib. Amma üz açıq saxlanılıb. Təbii ki, dövrü nəzərə almağımız şərtdir.
Bəli, bu şəkildə kəfənlənmə şəriət nöqteyi-nəzərindən doğru deyil. Yalnız yenə də ö dövrü (İslam adət-ənənələrinə qadağa qoyan sovet dövrü nəzərdə tutulur-red.) nəzərə almağınızı vurğulamalıyam”.
Tabutun düz arxasındakı gur saçlı şəxs Səməd Vurğunun qardaşı Mehdixan Vəkilovdur...
Mehdixan Vəkilovdan sağda mərhum şairin oğlu Vaqif Səmədoğlu, yanındakı onun anası – Səməd Vurğunun həyat yoldaşı Xavər xanımdır. Xavər xanımdan sağda şairin digər övladları - qızı Aybəniz xanım və böyük oğlu Yusif Səmədoğlu gedir...
Fotoşəkildə ən soldakı şəxs görkəmli rejissor-aktyor Adil İsgəndərov, tabutu daşıyanlardan öndə gedən soldakı şəxs isə yazıçı Mehdi Hüseyndir. Mehdi Hüseynin arxasında tabutu daşıyan şəxs yazıçı Osman Sarıvəllidir.
Şəkillə bağlı digər diqqətçəkən məqam ən sağda dayanmış Sovet İttifaqı Qəhrəmanının kimliyidir ki, bu haqda da məlumatı olan yoxdur.
Ə.Qafarlı
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024