«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Olması lazım olduğu yerdəyəm..."- Ukraynanın birinci xanımı... /VİDEO

Tarix: 27-06-2022 12:55 | Bölmə: Persona | Baxış: 178


Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Fransanın “France 5”  telekanalına müsahibəsində müharibə başlayandan sonra Ukraynanı tərk etmək fikrinin yaranıb-yaranmadığı haqda sualı cavablandırıb. Moderator "GORDON"a istinadla xəbər verir ki, müsahibənin video-yazısı Prezident Ofisininn "YouTube" kanalında təqdim olunub.
“Ukraynanı tərk etmək barədə heç düşünmüsünüzmü?" - deyə fransalı jurnalist Ukrayna prezidentinin həyat yoldaşına sual verib.
"Bu, mənim ölçülüb-biçilmiş qərarım oldu. Ukraynanı tərk etmək istəyim yox idi. Vətəndən və ərimdən uzaq olmaq istəyim yox idi. Həftələrlə bir-birimizi görə bilməsək də, özümü hələ də yaxın hiss edirəm. Dəstəyimi göndərə bilirəm" - Zelenskinin xanımı belə deyib. 
Zelenskayanın sözlərinə görə, Ukraynada baş verənlərə uzaqdan baxmaq daha çətindir.
"Burada olmaq mənim üçün emosional olaraq daha asandır. Olmaq istədiyim yerdəyəm. Və olmaq lazım olduğu yerdəyəm. Düşünürəm ki, bu, məni daha rahatlandırır", - deyə Ukraynanın birinci xanımı yekunlaşdırıb.



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024