«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Biz Rusiyanın nəfəsi kəsilənədək mübarizə aparacağıq"- Danillov

Tarix: 30-12-2023 20:25 | Bölmə: Region | Baxış: 74


 
"Ukrayna şəhərlərinə raket zərbələrinin Rusiya üçün nəticələri özünü çox gözlətməyəcək..."

"Bütün bunlar Ukraynaya hücum etmək qərarı verən, öz əllərilə özünə sonucda onu dəfn edəcək qəbir qazan bunker siçovulunun işidir..."
 
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bəyan edib ki, Ukrayna şəhərlərinə raket zərbələri Rusiyanın özü üçün əks effekt verəcək.
 
Bu barədə "news.am" nəşri yazıb.
 
O qeyd edib ki, bu günü "soyuq nifrət və isti ürəklə" qarşılamaq lazım gəlir.
 
"Müvəqqəti mövcud olan Rusiyanın qıcolmaları Kreml yaramazlarının gözlədiyindən tamamilə əks effekt verir və verəcək. Lakin onlar Ukraynanı heç vaxt anlamayıb və anlamayacaq", - Danilov əmindir.
 
Bununla bağlı o, Rusiyanın son hücumlarının beş nəticəsini açıqlayıb.
 
Birincisi, bu, "Rusiyaya və  heyvani itaətkarlıqla raşist rejiminə dəstək verən rusiyalılara qarşı daha böyük nifrət deməkdir, onlar həmişəlik düşməndir".
 
İkincisi, söhbət ruslarla bağlı nə varsa-mədəniyyət, dil, ənənələrin qəbul edilməməsi, uşaqları qətlə yetirən və "hərbi" hədəflər kimi doğum evlərini nişan alan ölkəyə nifrətin maksimum həddə çatdırılmasından gedir", - Danilov qeyd edib.
 
Üçüncüsü, bu, "tör-töküntü ölkə, yarımçıq imperiya çirki ilə hər-hansı güzəştlər barədə söhbət və hərəkətlərin yolverilməzliyidir".
 
Dördüncüsü, bu, "milli müqavimət ideyası  hərəkatının tamamilə bərqərar edilməsidir".
 
Beşincisi, "Ukraynada istənilən rusiyayönümlü hərəkatların mümkünlüyünün tamamilə məhv edilməsidir".
 
"Bütün bunlar Ukraynaya hücum etmək qərarı verən, öz əllərilə özünə sonucda onu dəfn edəcək qəbir qazan bunker siçovulunun işidir. Biz Rusiyanın nəfəsi kəsilənədək, lazım olanadək mübarizə aparacağıq", - Danilov vurğulayıb.
 
Bundan başqa, Danilov əmindir ki, Rusiyanın Dnepr, Odessa, Lvov və Kiyev kimi şəhərlərə zərbələrindən sonra cavab özünü çox gözlətməyəcək.
 
Ukraynaya miqyaslı hücum
 
Ötən gecə və səhər Rusiya qəsbkarları Ukraynanın dinc şəhərlərinə güclü raket və dron hücumları həyata keçirib.
 
Rusiya işğalçıları tərəfindən cəmi 158 hərbi hədəf buraxılıb. Ukranyanın hava hücumundan müdafiə qüvvələri 114 hədəfi dəf edib.
 
O cümlədən, 87 "X-101", "X-555", "X-55" qanadlı raketlər və 27 "Shahed-136/131" zərbə PUA-ları vurulub.
 
Raket və dronların bir hissəsi Kiyev, Odessa, Lvov, Xarkov, Dnepr, Zaporojye və digər şəhərlərə düşüb.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024