«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Orduya “hazır ol” əmri verildi – “Bütün ölkəni ələ keçirəcəyik”

Tarix: 31-12-2023 20:20 | Bölmə: Region | Baxış: 84



Ordu tərəflər arasında nüvə savaşı baş verəcəyi təqdirdə Cənubi Koreyanın bütün ərazisini ələ keçirmək üçün davamlı olaraq hazırlaşmalı, bütün vasitələri, o cümlədən nüvə silahlarını səfərbər etməyə hazır olmalıdır.

Bunu Şimali Koreya lideri Kim Çen In deyib.

Ölkə lideri vurğulayıb ki, Şimali Koreya ordusu yarımadada daim dəyişən təhlükəsizlik vəziyyətini ayıq-sayıq izləməli, ona həssaslıqla nəzarət etməli, dövlətin təhlükəsizliyini qorumaq üçün daha əsaslı hərbi tədbirlər görərək, böyük mövqedən cavab verməlidir.

“Koreya Xalq Ordusu nüvə böhranı ehtimalına qarşı nüvə qüvvələri də daxil olmaqla, bütün fiziki vasitələri və qüvvələri dərhal səfərbər etməklə Cənubi Koreyanın bütün ərazisini müdafiə etmək üçün böyük hadisəyə hazırlığa davamlı təkan verməlidir”, - Kim Çen In söyləyib.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024