"Zəngəzur dəhlizi Ermənistanın İranla əlaqələrini məhdudlaşdırmayacaq" - Hikmət Hacıyev
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlamaq üçün tarixi imkan var.
Bunu Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev deyib. O, ötən ilə yekun vuraraq bildirib ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan birbaşa ikitərəfli danışıqlar aparmağa qadirdir və tərəflər sülh müqaviləsi imzalaya bilərlər.
“Hazırda biz sülh müqaviləsinin bağlanması üçün heç bir ciddi maneə görmürük. Əksinə, bu, son 30 ildə iki ölkə arasında münasibətlərdə ən sakit dövrdür. Bu yaxınlarda Sankt-Peterburqda Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüş də müsbət olub.
Bununla belə, konkret qrafikdən danışmaq çətindir. Prosesi başa çatdırmaq üçün əlavə danışıqlar lazımdır”. Hər iki ölkə sərhədi demarkasiya etmədən və Zəngəzur dəhlizinin taleyini həll etmədən sülh sazişi bağlamağa hazırdırmı? Bu suala cavab verərək Hacıyev deyib ki, “sülh müqaviləsi sərhədin demarkasiyasına girov olmamalıdır”.
Sülh müqaviləsi, sərhədlərin icrası və demarkasiyası ilə bağlı danışıqlar eyni vaxtda, lakin iki fərqli formatda aparılır. Noyabrda hər iki tərəf sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi üzrə birgə komissiyanın işini tənzimləmək barədə razılığa gəlib.
Prezident Əliyev dekabrın 6-da Azərbaycandan Naxçıvana “asan gediş-gəlişi” təmin etməyə çağırıb. Heç bir “yoxlamalar və müdaxilələr” olmamalıdır.
Hacıyev bildirib ki, bu, Azərbaycanın qanuni hüququdur və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Ermənistan Azərbaycanın hər iki hissəsi arasında maneəsiz nəqliyyat əlaqəsini təmin edəcəyinə söz verib.
"Biz Ermənistan öz öhdəliklərini yerinə yetirməyini gözləmək niyyətində deyilik və kommunikasiya marşrutlarımızı şaxələndirmək üçün bütün imkanlardan istifadə edəcəyik", - o qeyd edib. “Aydındır ki, gömrük və sərhəd nəzarətindən imtina yalnız Azərbaycanın bir bölgəsindən digərinə daşınan mallara şamil edilir, üçüncü ölkələrə göndərilən mallara deyil”, - deyə Hacıyev davam edib.
O, Ermənistnın yeni təşəbbüsü “Sülh kəsişməsi” adlanan nəqliyyat layihəsinə də mənfi qiymət verib. “Ermənistan Üçtərəfli Bəyannamənin öhdəliklərindən yayınmağa çalışır. Məqsəd Ermənistanın regionun açılmasına hazır oıdugu görüntüsü yaratmaqdır”, - Hacıyev bildirib.
“Ermənistan dəmir yolu əlaqəsini bərpa etmək istədiyini bəyan etsə də, paralel avtomobil magistralın tikintisini rədd edir. Əvəzində bizə uzun, əlverişsiz və hava şəraitindən asılı olan şimal marşrutu təklif olunur”. “Biz Ermənistan ərazisi ilə Naxçıvanla əlaqəni Ermənistanın suverenliyinə və İranla əlaqələrinə təhlükə hesab etmirik.
Azərbaycandan Naxçıvana - Ermənistanın vasitəsilə - nəqliyyat əlaqələri Ermənistanın İranla ticarətinə təsir etməyəcək. İki marşrut bir-birinə mane olmadan kəsişir. Siyasi iradə olarsa, məqbul şərtləri hər zaman tapmaq olar.
“Dəhliz” sözündə də qorxulu heç nə yoxdur; Bütün dünyada nəqliyyat marşrutları ilə bağlı istifadə olunur. Eynilə, bu nəqliyyat əlaqəsi Ermənistanı İranla sərhədindən məhrum etmir. Və eyni zamanda Ermənistanı iki yerə bölməyəcək. Bu cür eyhamlar bəzi Qərb mətbuatında aparılan genişmiqyaslı qarayaxma kampaniyasının nəticəsidir”, - deyə Hikmət Hacıyev bildirib./turan
Digər xəbərlər
Tarix: 06-01-2024 11:44 | Bölmə: Region | Baxış: 58

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024