«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"İstənilən an parlamentə işğalçılar tərəfindən zərbələr endirilə bilər..."- Ali Radanın spikeri

Tarix: 07-01-2024 16:25 | Bölmə: Region | Baxış: 62


"İstənilən an parlamentə işğalçılar tərəfindən zərbələr endirilə bilər, ona görə də təhlükəsizlik məsələsi prioritet olaraq qalır..."
 
Jurnalistlərin Ali Radaya girişi rusiyalı işğalçılar tərəfindən mümkün atəşlərə tutulması səbəbindən məhdudlaşdırılıb.
 
Bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk "İnterfaks-Ukrayna" agentliyinə müsahibəsində bəyan edib.
 
"Ali Radada otaqlar dinc dövr üçün tikilib. Konstitusiyamız da dinc dövrün Konstitusiyası kimi yazılıb.
 
Ona görə də biz anlamalıyıq ki, parlamentin otaqlarında olan istənilən adamları avtomatik olaraq sağ qalması üçün Ali Radanın sığınacaqlarında olan yerlərin sayına vurmaq lazımdır.
 
Məhz buna əsaslanaraq jurnalistlərin otaqlara girişinə qadağa qoymayan, lakin bunu nizamlayan sərəncam imzalanıb", - o, deyib.
 
Ali Radanın spikeri qeyd edib ki, işğalçı ölkə Rusiyanın prezidenti Vladimir Putin o cümlədən Ukrayna parlamentinə zərbə endirməyə əmr verə bilər.
 
"Bir şeyi izah edim. Putin hər hansı zarafatlar bir yana, həm Ali Radanı, həm hökuməti, həm də prezident Ofisini qərarlarn qəbul edilməsi mərkəzləri hesab edir.
 
Mən tammiqyaslı hərbi müdaxiləsinin ilk gününü yaxşı xatırlayıram, o zaman mən iclas zalına daxil oldum, xalq deputatlarının necə səs verdiyini gördüm, onlar sanki düşünürdülər: 
 
"Raket uçub gələcək, yoxsa yox?" Biz anlamalıyıq ki, təhlükənin səviyyəsi olduğu kimi qalır", - Stefançuk bəyan edib.
 
Onun fikrincə, əgər belə təhlükələr azalsaydı və ya yox olsaydı, ölkədə, "görünür, hərbi vəziyyət ləğv edilərdi".
 
"Biz axı sizinlə eyni şəhərdə yaşayırıq, sürgündə bir-birimizlə yazışmırıq ki, bilirik ki, istənilən məqamda zərbə endirilə bilər. Ona görə də təhlükəsizlik məsələsi yenə də prioritet olaraq qalır.
 
Mən sizə söz verirəm ki, parlamentin potensial təhlükə altında olan qərarların qəbul edildiyi mərkəzlərin siyahısından çıxarılması barədə xidməti məlumat alan kimi həmin gün sərəncam verəcəyəm və jurnalistlər Ali Radaya qayıdacaqlar", - Stefançuk vurğulayıb.
 
Kontekst
 
2022-ci ilin fevralında Rusiya qoşunlarının Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinin başlanması ilə Ali Radaya KİV nümayəndələrinin girişi məhdudlaşdırılıb, parlament iclaslarından birbaşa yayımlar isə ləğv edilib.
 
2023-cü ilin noyabrında "Azadlıq Radiosu"nun "Sxemlər" layihəsi məlumat verib ki, Ali Rada aparatı jurnalistlərin parlamentə girişinin məhdudlaşdırılması və xalq deputatlarının işinin işıqlandırılmasını məhdudlaşdıran sənədi təqdim etməyib.
 
Ali Rada bunu onunla izah edib ki, belə sənəd "tərtib edilməyib", Stefançuk isə "bu məsələni dəqiqləşdirmək üçün" vaxt verilməsini xahiş edib.
 
Spiker "İnrerfaks-Ukrayna" nəşrinə məlumat verib ki, "belə sənəd var", lakin "Xidməti istifadə üçün" nəzərdə tutulub və müharibə dövründə otaqlara giriş məsələlərini tənzimləyir.
 
"Biz hansı binalara, hansı şəxslərin və hansı sayda girişini göstərən sənədi ictimai mediaya necə təqdim edə bilərik ki?" - Stefançuk deyib.

Press-fakt.com


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024