«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
İranda "Xameneinin müşaviri" edam edildi - "Mossad"la əlaqələrdə ittiham edilirdi

Tarix: 08-01-2024 22:00 | Bölmə: Region | Baxış: 179
İranda

"24 yaşlı tələbə məxfi məlumatların toplanılması və onların İsrailin "Mossad" təşkilatına ötürülməsində ittiham edilib..."

"Saravani məhkəmədə bəyan edib ki, o, işgəncələr altında kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu etiraf edib..." 

Özünü İranın dini lideri Əli Xameneinin müşaviri kimi təqdim edən hüquq fakultəsinin 24 yaşlı tələbəsi Möhsün Saravani üç həftə öncə "Zahidan" həbsxanasında İsrailə casusluqda ittiham edilərək edam edilib.
 
Bu barədə "İran İnternational" telekanalı məlumat verib.
 
Məlumatda deyilir ki, Saravani məxfi məlumatların toplanmasında və onların İsrailin "Mossad" agentliyinə ötürülməsində ittiham edilib.
 
"İran Human Rights" saytının iddiasına görə, edam dekabrın 16-da həyata keçirilib və edam edilənin adı gizli saxlanılıb.
 
Yalnız bir neçə həftədən sonra hüquq müdafiəçiləri Saravaninin şəxsiyyətini müəyyən etməyə müvəffəq olub.
 
İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyatı Saravanini "alimlik dərəcəsinin oğurlanması" ittihamı ilə saxlayıb və 45 günlük həbsdən sonra azadlığa buraxıb. Təkrar həbs 2023-cü ilin iyununda baş verib.
 
Saravani məhkəmədə bəyan edib ki, işgəncələr altında kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu etiraf edib.
 
Bundan başqa, o zaman "İranın nüvə alimini aradan götürməyə cəhd edən "Mossad"ın daha üç agenti" həbs edilib.
 
2018-ci ildə, 18 yaşı olanda Saravani tez-tez İranın cənub-şərqində Sistan və Belucistan əyalətlərinin paytaxtı Zahədanda regionun qubernatoru Əli Əbtaz Haşiminin gənc müşaviri qismində hökumət müəssisələrini ziyarət edib.
 
O, bu əyalətin yeni qubernatoru Deniel Mahabi və regionun təhlükəsizlik və hüquq qaydaları xidmətinin əməkdaşı Əli Əsgər Mirşkarla sıx əlaqələr qurub.
 
Yerli saytlar Saravaninin bu məmurlarla fotoşəkillərini dərc edib. Özünü Zahədan prokuroru Məhəmməd Marinin müşaviri kimi təqdim edərək və Xameneinin xüsusi müşaviri Vahid Hakkanyanla şəkil çəkdirərək Saravani İİKK rəhbərliyinə çıxış əldə edib.
 
Lakin sonradan Saravaninin təqdim etdiyi zəmanət məktublarının özünün elmi adı kimi saxta olduğuna şübhələr yaranıb. İki həbsdən və xarici kəşfiyyatlarla əlaqələrini etiraf edəndən sonra gənc oğlan edam edilib./moderator

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024