«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
PAŞİNYAN SÜLH SAZİŞİNİ ÜZƏ ÇIXARDI - “O, radikal müxalifətə anlatmağa çalışacaq ki...”

Tarix: 09-01-2024 16:45 | Bölmə: Region | Baxış: 61



Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh sazişinin ilkin mətnini radikal müxalifətin nümayəndələrinə göstərib.

Qeyd edək ki, eks-prezidentlər Robert Koçaryan və Serg Sarkisyanın rəhbərlik etdikləri rusiyayönlü siyasi qüvvələr hazırki iqtidarı təslimçilikdə, Ermənistanın milli maraqlarına xəyanət etməkdə ittiham edirlər.

Politoloq Elxan Şahinoğlu bildirir ki, bu “tanışılıq” Baş nazir Nikol Paşinyanın təlimatı əsasında həyata keçirilib. “Paşinyanın məqsədi aydındır. 
O əvvəlcədən sülh sazişinin mətnini rəqibləriylə tanış edib ki, sənəd imzalanandan sonra “bundan xəbərimiz yox idi”, “sənəd məxfi hazırlanıb” kimi ittihamların əsası olmasın”, - ekspert əlavə edib.

Politoloqun sözlərinə görə, radikal müxalifət sülh sazişinin mətni ilə tanış olduqdan sonra Paşinyandan tələb edəcək ki, o Ermənistanın məğlubiyyəti kimi qiymətləndirdikləri sazişə imza atmasın: “Belə olarsa, Paşinyan da radikal müxalifətə bu sualla müraciət edəcək: “Başqa təklifiniz varmı?” 
O radikal müxalifətə anlatmağa çalışacaq ki, sülh sazişinin imzalanması yubanarsa, bu, bölgədə yeni müharibə risqini artıracaq və bu, Ermənistan üçün yeni fəlakətlər gətirəcək”.

E.Şahinoğlu hesab edir ki, bütün hallarda sülh sazişinin imzalanması üçün ciddi maneə qalmayıb. Onun sözlərinə görə, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımağa hazırdır, sülh sazişinin əsasını bu bənd təşkil edəcək: “Ermənistanın radikal müxalifəti zəifdir, ictimai rəydə dəstəyi azdır. 

Ona görə Nikol Paşinyan radikal müxalifətə boylanmadan sülh sazişini imzalaya bilər. Bu həm də İkinci Qarabağ müharibəsindən dərs alan Ermənistan cəmiyyətinin əksər hissəsinin sifarişidir. 

Bu arada, Nikol Paşinyan Xarici İşlər Nazirliyində qurumun 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı “xarici siyasətin ali məqsədi Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təmin etməkdir” deyib və bu cümləsi də Baş nazirin sülh sazişini imzalamağa hazırlaşmasından xəbər verir”.

Rasim Əliyev  

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024