Ukrayna dronları ilk dəfə olaraq Piterdə strateji obyektlərə zərbə endirib
"İndi Piter və Leninqrad vilayətindəki hərbi obyektlər Ukrayna qüvvələri üçün əlçatan zonadadır..."
"Əgər Ukrayna sənayesi uzaq mənzilli dronların kütləvi istehsalını mənimsəyərsə, Rusiyanın bütün HHM sistemi üçün ciddi təhlükə olacaq..."
Sankt-Peterburqun "Pulkovo" hava limanı öz işini dayandırıb
Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlanandan ilk dəfə olaraq pilotsuz uçuş aparatı Sankt-Peterburqa hücum edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi bəyan edib. Məlumatı "pravda.com.ua" nəşri yayıb.
"Astra"müstəqil jurnalistlər layihəsinin məlumatına görə, dron yerə düşüb və Peterburq neft terminalının ərazisində partlayıb.
İlkin məlumatlara görə, zərərçəkən və dağıntılar olmayıb. Bu hücumla əlaqədar olaraq Piterin "Pulkovo" hava limanı öz işini dayandırıb.
Rusiya KİV-ləri həmçinin iddia edir ki, guya, Ukrayna qoşunları kamikadze-dronlarla Leninqrad vilayətində dəniz limanına hücum etməyə cəhd edib.
Rusiyalılar bəyan edir ki, üç dron buraxılıb, onlardan ikisi, guya, radioelektron mübarizə qüvvələri tərəfindən məhv edilib və Fin körfəzinə düşüb, daha bir dron təxminən gecə saat ikidə neft terminalı ərazisi üzərində vurulub.
Həmçinin məlumat verilir ki, dronun qalıqları limanın elevator meydançalarının birinin açıq ərazisində mazut çənləri arasında yerə düşüb. Yerə düşəndən sonra dron partlayıb, nəticədə 130 kv metr ərazidə yanğın baş verib.
Peterburq sakini Ukrayna dronunun partlayışından sonra ilk dəqiqələr barədə danışıb. Onun sözlərinə görə, o, küt səs eşidib, bundan sonra ev silkələnib və divarlar titrəyib. Rusiyalı qadın evdə qaz partlayışının baş verdiyini zənn edib.
Ukraynadan buraxılan dronlar, guya, Bryansk, Smolensk, Tver və Novqorod vilayətlərindən uçub gedib.
Ukrayna tərəfi əmin edir ki, Leninqrad vilayətində neft bazasına Ukrayna dronlarının hücumu Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin (BKİ) xüsusi əməliyyatıdır.
"Bu, Baş Kəşfiyyat İdarəsinin Ukraynanın müasir vasitələrlə həyata keçirdiyi əməliyyatıdır. Məlumatların toplanması davam edir, hədəflərə çatmağımız barədə təsdiq edilən məlumatlar var. İndi Piter və Leninqrad vilayətindəki hərbi obyektlər Ukrayna qüvvələri üçün əlçatan zonadadır", - bunu BKİ-dəki mənbə deyib.
Ukrayna dronlarının Rusiyanın Leninqrad vilayətinə ilk hücumu olması barədə dəqiqləşdirici suala cavabında nəşrin həmsöhbəti deyib: "İlk dəfə deyil, amma fərqlər də var və düşmən bunu hiss edib".
Ukrayna hakimiyyəti və hərbçilər bu hadisəni rəsmən şərh etməyib.
Peterburq neft terminalı 1996-cı ildə Leninqrad limanının Neftenaliv rayonu yerində işə başlayıb.
Bu, Rusiyanın Baltik regionunda neft məhsullarının daşınması üzrə ən böyük terminalıdır (illik buraxılış qabiliyyəti 12, 5 milyon tondur), həmçinin Sankt-Peterburq Böyük Limanının ən böyük stividor (stividor limanlarda yük vurub boşaldan fəhlələrin başçısı və ya bu işlərin icraçısıdır-red.) şirkətidir.
"Leninqrad vilayətinə dron hücumu ciddi məsələdir..."
BBC-nin hərbi icmalçısı İlya Avişev nədən Leninqrad vilayətinə dron hücumunun ciddi məsələ olduğunu izah edib.
O, qeyd edib ki, dronların Peterburq neft terminalına hücumunda iki məqam diqqəti cəlb edir.
Birincisi, müharibə başlanandan ilk dəfə olaraq zərvə PUA-ları Ukraynadan Fin körfəzi sahilində təxminən 900 km böyük bir məsafəni qət edib.
Ukrayna dronları Rusiyanın uzaqda yerləşən hərbi obyektlərinə artıq hücumlar həyata keçirib, Engels və Pskovda hücuma məruz qalan hava limanları Kiyevin nəzarətində olan mümkün yaxın buraxılış yerindən təxminən 700 km aralıda yerləşir.
Ukrayna konstruktorları həmçinin uzaq mənzilli dronların yaradılmasını anons edib. Görünür, yalan deməyiblər.
İkincisi, Moskvaya və Rusiyanın mərkəzi hissəsinin digər şəhərlərinə hücumları zamanı olduğu kimi, dronlar maneəsiz hədəfə çatır, yalnız son məqamda onu yaxın yerlərdə və bəzən mühafizə olunan obyektin hava məkanı daxilində fəaliyyət göstərən HHM sistemləri xilas edir.
Düşmənin hava hədəfləri ilə belə mübarizə üsulunun çatışmazlıqları Belqorod və ilhaq edilmiş Krımın timsalında əyani şəkildə təzahür edilir.
Birinci halda uzaq məsafələrdən fəaliyyət imkanı olmayan HHM sistemi Ukrayna dron və raketlərini birbaşa şəhərin üzərində dəf etməyə məcburdur.
Bu zaman bir hədəfə eyni zamanda bir neçə raketəleyhinə vasitədən istifadə etmək lazım gəlir, əks halda 100 faizlik məhvetmə zəmanəti olmayacaq.
Üstəlik, kifayət qədər bahalı olan raketlərdən çox sərf edilir və üstəlik bütün bunlar şəhər sakinlərinin başına yağdırılır. Bəzən raketlər düşmənin hava hədəflərindən daha çox dağıntılar törədir.
Rusiyanın Krımdakı hərbi obyektlərinə zərbələr göstərib ki, düşünülmüş güclü və kombinəedilmiş hava hücumu zamanı isə obyekt HHM-i hədsiz yüklənir, onun imkanları düşmənin bütün hücum vasitələrini eyni zamanda məhv etmək üçün kifayət etmir və hətta raket və dronların bir hissəsi xeyli zərər vurur.
Əgər Ukrayna sənayesi uzaq mənzilli dronların kütləvi istehsalını mənimsəyərsə (yaxud artıq mənimsəyibsə), bu, Rusiyanın bütün HHM sistemi üçün ciddi təhlükə olacaq. Rusiyada vacib hədəflər çoxdur və hər birini müdafiə etmək üçün heç bir HHM kifayət etməyəcək./moderator
Digər xəbərlər
Tarix: 19-01-2024 17:52 | Bölmə: Region | Baxış: 116

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024