«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"10 noyabr bəyanatından imtina etməyəcəyik"- Erməni müxalifəti

Tarix: 05-05-2022 14:28 | Bölmə: Region | Baxış: 167



"Müxalifət Baş nazir Nikol Paşinyanın Qarabağa dair imzaladığı bəyanatlardan, habelə onun hökumətinin başladığı danışıqlardan imtina etmir".
Erməni mətbuatı xəbər verir ki, bu bəyanatla mayın 4-də müxalifət liderlərindən biri, "Hayastan" parlament fraksiyasının üzvü İşxan Saqatelyan çıxış edib.
Saqatelyan əlavə edib ki, Paşinyanın bəyanatları və onun hökumətinin apardığı danışıqlar müxalifət üçün qeyri-məqbuldur: “10 noyabr bəyanatı haqqında biz demişik ki, bu bizim üçün məqbul olmasa da, artıq baş vermiş faktdır. Amma biz Nikolun bu kapitulyasiyanı sona çatdırmasına mane olmalıyıq. Biz müharibəni qızışdırmayacağıq. Biz Türkiyə və Azərbaycanla danışıqları dayandırmayacağıq, müharibə elan etməyəcəyik, amma bu danışıqlara qarşı tərəfə nə lazım olduğunu soruşmaq üçün yox, ölkəmizin maraqlarını real şəkildə müdafiə etmək üçün gedəcəyik. Nikol da belə deyir. Amma əslində belə demir”.
Nikol Paşinyan müxalifətin parlamentdə oxunan təlbələrinə cavabında deyib ki, Qarabağ danışıqlarını o yox, keçmiş prezident Serj Sarkisyan iflasa uğradıb:“Serj Sarkisyan bu tribunadan gələcək müharibə barədə bəyənat verib demişdi: “Biz ümid etməməliyik ki, Azərbaycan Qarabağ məsələsini hərbi yolla həll etməyə cəhd göstərməyəcək””.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024