«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ukrayna müharibəsi 5 il davam edəcək - ŞOK PROQNOZ

Tarix: 21-01-2024 10:45 | Bölmə: Region | Baxış: 121

Ukrayna müharibəsi 5 il davam edəcək - ŞOK PROQNOZ 


Ukrayna ərazisində döyüşlər ən azı iki il davam edəcək.
 
Bu barədə CNN kanalı ABŞ və digər Qərb ölkələrinin kəşfiyyat məlumatları ilə tanış olan çoxsaylı mənbələrə istinadən yazıb.
 
Bəzi Amerika və Qərb rəsmiləri müharibənin beş il davam edəcəyini gözləyirlər.
 
CNN mənbələrinin məlumatına görə, 2024-cü ildə tərəflərdən birinin nəzərəçarpacaq üstünlüyə nail olacağı ehtimalı azdır.

Bildirilir ki, gələn il Ukrayna öz silahlı qüvvələrini bərpa edəcək və hərbi istehsalı artıracaq.

Yalnız bundan sonra əks-hücum üçün yeni cəhd edə biləcək.
 
Amerika və Qərb rəsmiləri bu il heç bir tərəfin əhəmiyyətli irəliləyiş əldə edəcəyini gözləmirlər.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024